Архив тегов | Abzas media

RƏSULZADƏ, PEŞƏKAR NAQQAL VƏ NAQQAL SÜRÜSÜ

məmmədəmin_rəsulzadə 140

Hamını İlham Əliyevin qazancı maraqlandırır, məni isə Əli Kərimlinin.

Əli Kərimli yəqin ki, partiya rəhbəri kimi maaş alır. Nə qədər? Az olmaz. Ən azı yumurta içməyə çatar. Yumurtaiçməyi səsinin cingildəməyindən bilir. Opera səshənsinə çıxar – Koroğlunu olmasa da, Keçəl Həmzəni oxuyar.

Hələlik Əli Kərimli yumurta içməklə bərkidib qoruduğu səsini ildə bir dəfə Rəsulzadənin abidəsi önündə nitq demək üçün istifadə edir. Elə alovlu danışır ki, elə bil Napoleon Misirdə qoşun qarşısında nitq deyir.

Baxırsan abidə ətrafında yığılanlara, “naqqal sürüsü” ifadəsindən başqa bir şey adamın ağlına gəlmir. Bu adamların yüzdən biri niyə Tofiq Yaqublunun məhkəməsinə getmir? Niyə bu adamlar onların  hüquq və mənafelərini müdafiə etdikləri üçün zindana salınmış gənc azərbaycanlı qızlara divan tutan məhkəmənin qabağına yığılıb dəstək nümayiş etdirmirlər? Büt önündə yığılmağın kimə nə xeyri? Rəsulzadə sağ olsaydı, bütü ziyarətə gedərdi ya həbsdəki mübarizə yoldaşının köməyinə?

Haqlı sual çıxır: Əli Kərimli ya İsa Qəmbər kinin və nəyin lideridirlər? Bunlar seçkiyə getmirlər, nümayiş, mitinq, piket keçirmirlər və müxalif adıyla komortlu həyat yaşayırlar. Bu adamların davranış nümunəsi azərbaycanlıların potensial ictimai-siyasi qüvvə ola biləcək iki nəslini fərsiz demaqoqlar dəstəsinə və naqqallar sürüsünə çevirib.

Rəsulzadənin bütü önünə yığılanların əksəriyyəti sosial şəbəkələrdə öz adlarını gizlədərək “İlham rədd olsun!” yazanlardır. Sonra şəbəkə səhifəsinin sahii tutulanda onun on minlərlə abunaçilərindən beşi də dalınca getmir. Son nümunə — Ayaz Sayadoğlu.

Belə adamlara nə deyəsən? “Naqqal sürüsü”ndən daha çox yaraşan ad varmı?

 

Mirzə ƏLİL

31. 01. 2024, Samara

 

BAKIDA HƏBSLƏR: «GÖZƏLLİK OĞRULARI»

Nərgiz Absalamova

90-cı illərin sonlarında bəlkə də Samara kitabxanasına təsadüfən düşmüş bir fransız romanını oxudum. Paskal Bruknerin “Gözəllik oğruları” (Les voleurs de beauté”) romanıında oğurlanan gözəl, çox gözəl qızlardır. Üç nəfərdən ibarət banda Parisdə kütlə içərisində belələrini nişanlayır, dallarınca düşüb izləyir, fürsət yarananda oğurlayıb dərin bir zirzəmiyə salıb qapayır. Gözəl qızları oğurlamaqda bandanın məqsədi  ödəniş almaq deyil. Onlar gözəlliyi mütləq şər kimi görürlər, çünki gözəl olanlar gözəl doğulmayanların hədsiz iztirablarına səbəb olur. Şəhəri gözəllərdən “təmizləməklə” dəstə nəcib bir missiyanı həyata keçirdiyini zənn edir.

“La beauté humaine est l’injustice par excellence. Par leur seul aspect certains êtres nous dévaluent, nous rayent du monde des vivants : pourquoi eux et pas nous ? Tout le monde peut devenir riche un jour ; la grâce, si on ne l’a pas de naissance, ne s’attrape jamais”.

 «İnsan gözəlliyi əzəli olaraq ədalətsizlikdir. Təkcə öz görünüşləri ilə bəzi varlıqlar dəyərdən salırlar, bizi canlılar dünyasında heçə çevirirlər: niyə onlr, niyə biz yox? Hər kəs bir gün varlı ola bilər, ancaq kimə gözəllik neməti doğuluşdan verilməyibsə, onu heç vaxt qazana bilməz”.

Daha bir sitat:

“…la beauté n’est pas une promesse de bonheur, mais une certitude de désastre. les êtres beaux (hommes ou femmes) sont des dieux descendus parmi nous et qui nous narguent de leur perfection…”

“..gözəllik xoşbəxtlik vədi deyil, əksinə, fəlakət əminliyidir, gözəl varlıqlar (qadınlar və kişilər) bizim aramıza enmiş ilahilərdir, onlar kamimilliyi ilə bizə rişxənd edirlər…” (tərcümə mənimdir-X.X.)

Son vaxtlar Bakıda iki gənc qadın jurnalistin həbsi mənim yadıma bu romanı saldı.

Bu həbslərin izahında “ekspertlər” çətinlik çəkirlər, onların fikrincə bu gənc qadınların fəaliyyəti hakim rejim üçün heç bir real təhlükə yaratmır.

Paskal Bruknerin romanında bu həbslərin izahı var. Gözəl, gənc, azadfikirli qızların varlığı yəqin ki, hakim ailənin yuxusunu və iştahını pozur, illərlə yığdıqları sərvət gözlərindən düşür: onların hər şeyləri var, ancaq gözəl və azad deyillər. Əliyevlər ailəsinin və ailəyə yaxınların şəkillərini qabağınıza qoyub baxın: bir gözəl üz, bir sağlam baxış tapmazsınız. Mənimsədikləri sərvət başlarından aşsa da, azad deyillər, xalq tərəfindən sevilmədiklərini bilirlər və xalqdan qorxurlar, keşikçilərsiz, topsuz-tüfəngsiz addım atmırlar.

Həyat deyil, cəhənnəmdir.

Və ona görə qorxurlar ki, ölkədə azadfikirli, azadruhlu adamlar var. Azad insan isə gözəl olmaya bilməz.

Onlar gənc jurnalist qadınların simasında həm də ləyaqətdən, nəciblikədən yaranan gözəlliyi, kölə halına salmağa çalışdıqları insanların arasından seçib oğurlamaqla öz iztirablarını yüngülləşdirməyə çalışırlar. Ancaq əks nəticəyə nail olurlar. Sevincin, Nərgizin gözəlliyi həbsdən sonra yeni çalarlarla parladı. “Gözəllik oğruları”nın nəsibi isə öz ibtidai instinktləri ilə yaratdıqları cəhənnəmdə çəkdikləri iztirablardır…

 

02. 12. 2023, Samara

AZƏRBAYCANDA QOHUMBAZLIQ, YELİÇİLİK YOXDUR… ANCAQ DAHA PİS ŞEY VAR…

sevin_vaqifqızı

Bakıdakı son hadisələrlə bağlı çox düşünəndən sonra iki nəticəyə gəldiim. Bu nəticələrdən biri pozitiv, ikincisi neqativdir. Pozitivdən başlayım.

Çoxdan sabitləşmiş belə bir fikir mövcuddur ki, Azərbaycan həyatına xas ən xoşagəlməz, demokratiyanın inkişafı qalsın, onun yaranmasına mane olan, total korrupsiyaya meydan yaradan cəhətlədən biri traybalizmdir – yəni tayfaçılıq, qohumbazlıq, yerliçilik. Bakıdakı həbslər göstərir ki, bu fikrin heç bir əsası yoxdur.

Məsələn, jurnalist və romançı Əəz Zeynallı həbs edilir. Əvəz Zeynallı yerazdır, Bakı əhalisinin də bəlkə üçdən biri yeraz olar. Əvəz Zeynallının arvadının da kökləri Ermənistanla bağlıdır. Yəni ər-arvad birlikdə götürülsə, bunların Bakıda uşaqlı-böyüklü bir neçə min qohumu olar. Yaxın dostlarını, kirvələrini bura əlavə etsək, Zeynallı tayfasından bəlkə on min adam çıxar. Bu qədər adamın hətta yarısı polis idarəsiin qabağına yığılıb onun xaraba olmalı binasını əlləri ilə silkələsələr, idarə doğrudan da yıxılıb xarabaya dönər. Bu tayfaın üçdən biri, yəni üç-dörd min adam məhkəmədən çox türmələrdəki “press-xata”nı xatırladan məhkəmə binasının ətrafına yığışıb onu hətta üfürməklə yıxıb dağıda bilməzlərmi?

Ancaq Əvəz Zeynallının məhkəməsinə beş min yox, beş-on adam gəlir…

Sevinc Vaqifqızının nə qədər qohumu olar? Bəs yerliləri? Bəs məktəb yoldaşları? Jurnalist həmkarları? Niyə məhkəmənin qabağına gələn yoxdur?

Əlbəttə, jurnalistlərin şərlənib tutulmağı yaxşı deyil, buna pis də demək olmaz, çünki əlahəzrət prezidentin xətrinə dəyər, çünki onun gördüyü işlərə pis demək olmaz… Bu həbslərdə xalq üçün təsəlliverici, parlaq gələcəyə ümid yaradan vacib bir şey var: biz yerliçilikdən azad olmuşuq. Qohumumuzun, yerlimizin başını gözümüzün qabağında kəssələr də, yaxına gedən deyilik. Bunu hamıdan qabaq peyğəmbər kimi uzaqgörən İlham əliyev başa düşüb. Ona görə istədiyi, daha doğrusu istəmədiyi hər adam basır dama, bilir ki, nəinki kənar adamlarının, hətta əzizlərinin də cınqırı çıxmayacaq…

İndi neqativ nətiə. Bu nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikasındakı siyasi rejim faşizmin klassik təyininə tamamilə uyğun gəlir.

İngiliscə Vikipediyada faşizmin tərifi:  ultranationalist political ideology and movement, characterized by a dictatorial leader, centralized autocracy, militarism, forcible suppression of opposition, belief in a natural social hierarchy, subordination of individual interests for the perceived good of the nation or race…”

Yəni:

diktator lider

avtokratiya

müxalifətin zor tətbiqi ilə əzilməsi – bunlar hamısı Azərbaycanda var? Var!

Fərqli olan nədir

“fərdi maraqların millətin ya irqin mənafeyinə tabe edilməsi”. Azərbaycanda fərdi maraqlar milli ya irqi mənafeyə yox, hakim ailənin mənafeyinə tabedir. Bu da Azərbaycandakı rejiin klassik faşizmdən də mürtəce olduğunu ya da rejimin süqut ərəfəsi olduğunu gəstərən deqradiyasına sübutdur….

 

01. 12. 2023, Samara

«BAYRAĞIN ALTINDA YAŞAR XALQ OLAN…»

20230721_135628

Ölkə təsadüfi, xalq təsadüfi,

Təsadüflərin də hər cürü vardır…

Uşaq yuxusudur tarix hardasa,
Hardasa dəlilsiz bir uydurmadır.

 +

Bayrağın altında yaşar xalq olan,

Yamruq altdakının adı bəs nədir?

Yurdunda qonaq tək yaşayır insan,
Biri qastarbayter, biri kölədir.

 +

Yumruq düyünlənmir yumruq önündə,
Yayınıb uzağa qaçırıq ancaq.

Qolaylanır Yumruq uzaqdan indi,
Uşaq yuxusudur həm ölkə, həm xalq.

 +

Unudulubsa da yurdumun yolu,

Dost, önümdə açsan xəritəni sən,

Göstərə bilərəm gözüyumulu,
Ağalar və qullar ölkəsini mən…

 

25.11. 2023, Samara