Архив тегов | adamlar

Robert FROST. QARANLIQDA QAPI

(THE DOOR İN THE DARK)

 

Otaqdan otağa gedəndə gecə,

Yolu yoxlayardım əl gəzdirərək.

Alaqapıdansa keçəndə gərək,

Salaydım qolumu yanıma tezcə.

Alıb sayıqlığı qapı əlimdən,

Başıma çırpıldı elə qəfildən,

Ağrıdan, bilirəm, üzüm əyildi.

Yəqin adamlarla şeylərin indi,

Mehriban vəhdəti pozulub gedir.