Архив тегов | Aidə Mustafayeva

BİZİM DEKAMERON: KAŞ BÜTÜN OLİQARXLAR MƏŞUQƏLƏRİNİ ƏRƏ VERƏLƏR…

samir Orucov aidə mustafayeva

Mənə Azərbaycandan bir dostum zəng edib deyir ki, Cavid Qurbanov məşuqəsi Aidə Mustafayevanı Ağstafanın icra başçısı Samir Oruucova ərə verib, Mirzə, sən buna necə baxırsan. Dedim ki, çox yaxşı baxıram. Bu, Azərbaycan üçün ilk könüllü istefa kimi bir şeydir, yəni  Cavid Qurbanov, türkün məsəli, presedent yaradır. Bəlkə gələcəkdə məmurlar vəzifələrindən də istefa verəcəklər. Dostum dedi ki, Mirzə, Cavid Qurbanov tam istefa vermir, bir növ Samir Orucovla şərikli müəssisə yaradır. Dedim onda qoy fikirləşim, buna necə baxdığımı sonra deyərəm…

Xeyli fikirləşəndən sonra Covanni Bokkaçonun Dekameron əsrərindən bir əhvalat ydıma düşdü. 6-cı günün 7-ci novellasındakı bu əhvalat Prato adlanan şəhərdə baş verir. Oranın qanununa görə ərinin zinakarlıqda, yəni oynaşının ağuşunda  tutduğu qadın diri-diri yandırılırmış. Günlərin bir günü gözəl qadın madam Filipppanı əri Rinaldo gənc oynaşı Ladzarrino ilə bir yataqda tutur. Əvvəl istəyir ki, arvadı özü öldürsün. Sonra fikriləşir ki, bu işi qanunla görmək lazımdır. Və arvadı çəkir məhkəməyə. Podesta, yəni eyni zamanda məhkəməyə başçılıq edən şəhər icrasının rəhbəri, arvadın gözəlliyini görəndə ona dil atır ki, zinakarlığını boynuna almasın. Gözəl olduğu qədər cəsur olan arvad isə heç nəyi danmır, bütün məhkəmədəkilərin qabağında deyir ki, bəli, mən oynaşımla sevişirəm. Üzünü tutur podestaya, deyir ki, soruşun mənim ərimdən, haçan mən onun istədiyini yerinə yetirməmişəm. Əri təsdiq edir ki, doğrudan da elədir, haçan istəyibsə, arvad yerinə yetrib. Madam çıxışına davam edib deyir ki, ərinin istədiyini verəndən sonra  onun artığı qalır. İndi bu artığı o neyləsin? İtlərə atsın? Saxlayıb xarab eləsin? Ya nəcib bir gəncə versin?

Podesta və bütün məhkəmə bu qərara gəlirlər ki, arvad tamamilə haqlıdır və onu cəzadan azad edirlər.

O gündən  Prato şəhərində zinakarlığa görə qadınlara cəza ləğv olunur. Cəza yalnız özünü pulla satanlara verilir…

İndi qayıdaq Samir Orucovun toyuna. Burda məsələ bir az mürəkkəbdir. Əgər Cavid Qurbanov görübsə ki, cavan məşuqəsinin çox artığı qalır və onu şərəfli bir Əliyev kadrı ilə bölüşdürmək qərarına gəlibsə, hər şey əladır. Ümumiyyətlə, burda hər şey əladır. İndi o aparıcıya çəkilən xərcləri Cavid Qurbanovla Samir Orucov bölüşəcəklər. Fərqi görürsünüz? Hərəsi bir məşuqə saxlasa, ikiqat xərcdir. İkisi birini saxlayanda xərc yarıbayarı azalır. Bəlkə nəticədə Cavid Qurbanov nazirlikdə, Samir Orucov Ağstafada az oğurlayarlar…Belə getsə, Azərbaycanda korrupsiya azalıb gedər…

Dostuma zəng edib dedim ki, bu işə yaxşı baxıram. Əvəz Zeynallı demişkən, kötü deyil, iyidir…01.03. 2024, Samara

Mirzə ƏLİL

 01. 03. 2024 Samara