Архив тегов | AKSİYA

BAKIDA MİTİNQLƏR SU İLƏ YOX, BENZİNLƏ DAĞIDILACAQ

Azərbaycanın daxili işlər naziri deyib ki, müxalifət mitinqləri bundan sonra da polis qüvvəsiylə dağıdılacaq. Ramil Usubov deyib: “Ancaq bundan sonra ola bilsin ki, biz sudan benzinə keçdik, çünki qabaqdan yay gəlir, Bakıda su qıt olacaq. Allaha şükür ki, neftimiz bundan belə əlli il də mitinq dağıtmağa çatar”.

HESAB MƏSƏLƏSİ

Əgər bu gün Bakıda etiraz aksiyasının dağıdılmasına sərf edilmiş bütün su səngərlərdəki əsgərlərimizin  təmizliyinə işlənsəydi, bir nəfər də bitli Azərbaycan əsgəri qalmazdı.

HİLAL MƏMMƏDOVUN HƏBSİNƏ SON!

 

Bakıda keçirilən “Əsgər ölümünə son!” aksiyası vüsətiylə entuziazm, iştirakçlra qarşı hörmət doğurur. Belə bir aksiyanın Hilal Məmmədovun azadlığı tələbiylə keçirilməməyi məyusluq doğurur. Bu ahıl ziyalının həbsi də qətldir, tədricən həyata keçirilən qətldir. Prezident seçkilərində namizəd olmaq istəyənlər niyə milli azlıqların hüquqlarının qorunacağı barədə öhdəliklər götürmürlər?

Talışların və başqa azlıqların hüquqları tam təmin olunmayınca separatçılıq üçün münbit zəmin qalacaq, seperatçılıq təhlükəsi isə həmişə diktaturanı bərkitmək üçün bəhanədir.