Архив тегов | Aleksandr Blokun şeirləri

ALEKSANDR BLOK. «FANİ KÖLGƏLƏRİ GÜNDÜZÜN GEDİR…»

БЛОК.jpg

S. Solovyova

Бегут неверные дневные тени…

Fani kölgələri gündüzün gedir,
Zəng səsi ucadır, həm də anlanan.

Nurlanıb kilsənin pilləkənləri,
Gözlər canlı daşlar keçərsən haçan.

 

 

Keçərsən toxunub sən soyuq daşa,
Kilsə buyuran tək abırlı donda.

Bəlkə yaz çiçəyi əlindən düşər,

Surətlər önündə, zərif toranda.

 

 

Çəhrayı kölgələr nədənsə artır,
Zəng səsi ucadır, həm də anlanan.

Qədim pillələrdə qaranlıq yatır,

İçim işıqlanır – lap yaxındasan.

 

4 yanvar 1902

Ruscadan tərcümə

Samara

08.03. 2019

 

ALEKSANDR BLOK. «AH, NECƏ YAŞAMAQ İSTƏYİRƏM MƏN…»

ALEKSANDR BLOK

              О, я хочу безумно жить,

              Все сущее – увековечить…   

 

Ah, necə yaşamaq istəyirəm mən:

Ötəri hər şeyi —  əbədi etmək,

Canlatmaq  — həyata keçməyənləri,

Simasız nə varsa – bəşərilətmək.

 

Ağır yuxusuyla boğsa da həyat,

Nəfəsdən düşsəm də indi nə qədər,

Məni yada salıb bəlkə də bir vaxt,

Qəlbi sevic dolu gənc belə söylər:

 

Ona hüznlüyü tutmayaq irad,

Bəlkə bu, ilhamın mənbəyi idi?

Xeyirdən, işıqdan yaranmış övlad,

O həm azadlığın təntənəsiydi.

 

5 fevral 1914

Ruscadan tərcümə

26-27.01. 2017, Samara

 

ALEKSANDR BLOK. «GÜNAHA BATASAN BAŞDAN AYAĞA…»

ALEKSANDR BLOK

              (1880 – 1921)

 

             Грешить бесстыдно, беспробудно,

             Счет потерять ночам и дням…

 

Günaha batasan başdan ayağa,

Sayı bilinmədən günlərin ötə.

İçkinin dəmiylə başın ağrıya,

Kilsəyə gedəsən salıb xəlvətə.

 

Üç dəfə səcdəylə ikiqat olub,

Sonra yeddi dəfə  xaç da vurasan.

Qızmalı alnını tüpürcək dolu,

Kirli döşəməyə toxundurasan.

 

Nəzir nimçəsinə mis quruş atıb,

Üç və yeddi dəfə, dalbadal gərək,
Bəlkə də yüz yaşlı, ləkəli, çatlı,

Minlərin öpdüyü surəti öpmək.

 

 Qarşına çıxanı evə dönən tək,

Aldadasan elə o quruş qədər.

Qapına sığınan ac iti görcək,

Yaxşı bir təpiklə qovasan gedə.

 

Surətin önündə yanan çırağın,

İşığında sayğav şaqqıldadasan.

İsladıb ağzında sonra barmağı,

Pulları saydıqca çay da vurasan.

 

Yıxasan özünü pərqu döşəyə,

Nəhayət, dolanda yuxu gözünə…

Belə həyatla da bil ki, Rusiya,

Bütün ölkələrdən əzizsən mənə.

 

26 avqust 1914

Ruscadan tərcümə

20-22 yanvar 2017, Samara

 

 

 

 

ALEKSANDR BLOK. ƏZİZ DOST, ELƏ BU SAKİT EVDƏ DƏ…

ALEKSANDR BLOK

                (1880 – 1921)

              Милый друг, и в этом тихом доме,

                        Лихорадка бьет меня…

 

Əziz dost, məni bu sakit evdə də,

Titrətmə-qızdırma yaman çaşdırıb.

Rahatlıq və nizam var, ancaq nədən,

Mənə yer tapılmaz ocaq başında.

 

Çöldən boran səsi gəlir qəribə,

Bu nizam, rahatlıq qorxu gizlədir.

Sənin arxandaca, əziz rəfiqə,

Görürəm iki göz məni izləyir.

 

Elə arxasında çiyinlərinin,
Duyuram titrəşir zərif qanadlar.

Fırtına mələyi – Əzrail məni,

Yaxır gözlərində alışan odla.

 

Oktyabr 1913

Ruscadan tərcümə

07.01.2017

ALEKSANDR BLOK. YENƏ GECƏ, KÜÇƏ, APTEK, FƏNƏRLƏR…

            ALEKSANDR BLOK

                      (1880 – 1921)

                   Ночь, улица, фонарь, аптека,

                   Бессмысленный и тусклый свет…

 

Yenə gecə, küçə, aptek, fənərlər,

Mənasız, məzmunsuz işıq közərir.

Hələ otuz il də yaşasan əgər,

Heç nə dəyişilməz. Yox ümid yeri.

 

Ölərsən – başlarsan hər şeyi bir də,

Təkrar yaşanılar nə olub əvvəl.

Kanalda buz suyu külək tərpədir,

Yenə həmin küçə, aptek, fənərlər.

 

10 oktyabr 1912

Ruscadan tərcümə

04-05.01.2017

Samara