Архив тегов | Allahşükür Paşazadə

YA ŞEYX, DOĞUM GÜNÜN MÜBARƏK!

ALLAHŞÜKÜR.jpg

Sünnüləri deyə bilmərəm, ancaq Azərbaycan şiələrinin bu gün bayramıdır. Çünki bu gün, yəni avqustun 26-da Azərbaycana böyük səadət üz verib və Allahşükür Paşazadə dünyaya gəlib. Anadan olan kimi “daş, daş” deyib. Soruşublar ki, bala, aş istəyirsən. Deyib ki, yox, daş istəyirəm. Biliblər ki, uşaq böyüyüb şeyx və karxana sahibi olacaq. Məlumdur ki, həcc ziyarətinə gedəndə Şeyx şeytana ancaq öz karxanasının daşlarını atır. Elə də sərrast atır ki, şeytan «vay dədə, kak bolno» deyib çıxır aradan.

Dünyanın hər yerindən şeyxə təbrik gəlir. Ledi Qaqa Skaypla zəng vurub şeyxlə şəxsən laqqqırtı vurub. Ledi Qaqa şeyxlə Bakıda Avropa oyunları keçiriləndə tanış olub və onu çox bəyənib. Gördüyünüz bu şəkil də o vaxt çəkilib.

Şeyximizin doğum günü mübarək olsun!

İlahi, sən özün şeyxin karxanalarında daşı bol elə.

Yaşasın yoldaş Paşazadə! Çox yaşasın! Heç ölməsin!

Mirzə Əlil!

SAQQAL MƏSƏLƏSİ

İki özbək İslam Kərimovun dəfninin televiziya translyasına baxır. Azərbaycan nümayəndə heyəti göstəriləndə özbəyin biri Allahşükürü göstərib deyir:

  • Əkə, o saqqallı kişini görürsən, o yəqin Azərbaycanın prezidentidir.
  • Yox, əkə, mən Əliyevin şəklini görmüşəm. Onun saqqalı yoxdur.
  • Əkə, Əliyev eşidib bizim rəhbərin ölməyini, yəqin ona görə saqqal buraxıb.
  • Əkə, bizim rəhbər dünən ölüb. Bir günə o boyda saqqal əmələ gəlməz.
  • Əkə, buni biz özbəklərə deyirlər ki, rəhbərimiz dünən ölüb. Əliyev yəqin rəhbərimizin öldüyünü bir həftə bundan qabaq bilirmiş…

Mirzə ƏLİL

03.09.2016

VUR — ÇATLASIN!

nar

Müsəlman ölkələrinin çoxunda, əlbəttə, opera yoxdur, balet yoxdur, sirk yoxdur. Ancaq bundan da yaxşı keflər var. Məsələn, arvadların daşaqalaq edilməyi. Arvadı qurşağacan basdırırlar torpağa, sonra tamaşaya yığılmış kişilərin hər biri ovuclarını çınqıl daşla doldurub başlayırlar arvadı daşlamağa… “Vur-çatlasın” dədə-babamız buna deyib…
Azərbaycan əhaləsi bu kefdən mərhumdur, ancaq millətdə baleti, sirki bu keflə əvəz etmək istəyənlər çoxdur. Hələlik isə daşaqalaqla Azərbaycanın ən böyük müsəlmanı məşğuldur – Allahşükür Paşazadə, deyilənlərə görə, ölkəni daşla basdırıb…

«HALAL DAŞ» ŞİRKƏTİ

nar

Allahşükür Paşazadə Mina vadisində şeytandaşlama zamanı atılan daşlara baxır və öz-özünə deyir: “Burda yaxşı daş şirkəti yaratmaq olardı…”

ALLAHŞÜKÜR PAŞAZADƏ ŞEYTANLA NECƏ ƏLBƏYAXA OLDU

Hacı Allahşükür Paşazadə Məkkədə səs verib. Deyilənlərə görə, səs verərkən Allahşükür Şeytan ər rəcimlə əlbəyaxa olub, Allahın lənətinə gəlmiş Hacıdan tələb edirmiş ki, Hafiz Hacıyevə səs versin, Hacı nə qədər çalışıb Şeytanı başa salsın ki, Hafiz elə İlhamın adamıdır, Şeytan özünə qoyulmayıb. Allahşükür özünü itirməyib, Məkkəyə gedəndə Qaradağ karxanasından xeyli daş götürüb əbasının cibini doldurubmuş, çıxarıb bu daşları çırpıb Şeytana, lənətə gəlmiş qıçlarınını arasını tuta-tuta qaçıb, Hacı da rahatca səsini verib İlham Əliyevə… 

ÜRƏYİNİ BUZ KİMİ ELƏ!

İlham Əliyev: Allahşükür, Mehriban məsləhət görür ki, mən “Bir gəncin manifesti”nə and içim, deyir babası yazıb, yaxşı kitabdır. Deyir Qurana and içərəm, sonra problem-zad çıxar.

Allahşükür Paşazadə: İlham müəllim, heç problem-zad yoxdur. Mən gündə yalan olmasın əlli dəfə and içirəm, indi baxın mənə, kəl kimiyəm…