Архив тегов | Azərbaycan

İNDİ ALTI AYDAN ÖTRÜ ELMİMİZİ GÜDAZA VERƏK?

 

 

Azərbaycan Elmlər akademiyası prezdentinin seçkisi çox gərgin keçib. İndiyəcən yer üzündə belə seçki olmayıb. Mübahisəni yaradan Akif Əlizadənin alimlik səviyyəsi olmayıb, Azərbaycanda körpə uşaqlar da bilirlər ki, yer üzündə Akif Əlizadə kimi alim yoxdur. Ziddiyət akademikin yaşına görə yaranıb. Məsələ burasındadır ki, Azərbaycan akademiyasının nizamnaməsinə görə prezidentin gərək ən azı 80 yaşı ola. Akif Əlizadənin də 80 yaşa altı ayı çatmır. Çox ağır debatlar gedib. Hələ yumruq davası da düşüb və bir akademik o biri akademikin anasını söyüb. Xoşbəxtlikdən, kompromis tapılıb. Akademiyanın nizamnamısini dəyişmənək üçün, akademik Akif Əlizadənin yaş kağızını dəyişiblər. Undi akademik Əlizadənin düz 80 yaşı var və o, AMEA-nın prezidentidir.

Gözünüz aydın!

 

 

Mirzə Əlil

AZƏRBAYCANIN ABŞ-a LAYİQLİ CAVABI

Amerikanın Dövlət departamenti Azərbaycanda insan haqlarının pozulması barədə 33 səhifəlik məruzə hazırlayıb. Azərbaycanın xarici işlər nazirliyi buna cavab olaraq ABŞ-da insan haqlarının pozulduğu barədə 333 səhifəlik sənəd yayıb. Sənəddə deyilir:

Amerikada bir insanın kefi istədiyi qədər prezident olmaq hüququ pozulur;

Amarika prezidentinin ölkəsindəki neft və qaz kəmərini istədiyi səmtə yönəltməyə ixtiyarı yoxdur;

Amerika prezidentinin arvadının konqresmen olmaq, bir neçə miyard dollarlıq fonda rəhbərlik eləmək hüququ pozulur;

Prezidentin müxalifətçələri dama basmaq hüququ pozulur;

Prezident qızlarının ofşor biznesinə yiyələnmək hüquları pozulur və ümumuyytlə, Amerika prezidentinin qızları dilənçi vəziyytəində yaşayırlar;

Amerika prezidentinin öz atasına və anasına heykəllər qoydurmaq hüququ pozulur;

Amerika prezidentinin qayınatasının, baldızlarının, qayınlarının, cicilərinin, bacılarının, akademik, rektor, analoqsuz ixtiralar müəllifi olmaq hüquqları pozulur;

Siyahı uzundur. Azərbaycan siyahısının sonunda deyilir: əgər ABŞ-da prezident ailəsinin hüquqları bu cür pozulursa, görün sadə xalqın hüquqları necə pozulur!

Sənəd Səməd Vurğunun ölməz misralarıyla bitir: «Keçəl baxar güzgüyə, Adın qoyar özgəyə!»

DÜZƏLİB HƏR YARAĞIMIZ…

Bakıda jurnalistlər Amerikanın Dövlər katibinin müavininə deyiblər ki, niyə, Amarikadan fərqli olaraq, Azərbaycan prezidenti üçüncü dəfə seçkilərdə iştirak edir. Amerikalı diplomat deyib ki, iki ölkə arasında xeyli fərqlər var. Amerikada böyük sararylarda opera, balet, dram tamaşaları olur, simfonik konsertlər verilir. Azərbaycanda isə belə böyük saraylarda kiçik toylar edirlər, beş-altı yaşlı uşaqları bəy çıxarırlar, yanında da özü yaşda bir qız oturdurlar. “Əvvəl öz-özünüzə baxın, sonra yan-yörənizə”, — amerikalı diplomat Azərbaycan jurnalistlərinə belə məsləhət verib.

MƏKTƏB ƏHVALATI

Birinci sinif şagirdi müəllimdən soruşur:

—         Müəllim, “ofşor” nədir?

—         Tərbiyəsiz! Hardan bu sözü eşitmisən? Sabah atan əlsin!

—         Atam sabah gələ bilməz, müəllim. Sabaha atamı polisə çağırıbılar… “Ofşordan danışdığına görə…

CİB-CƏBBƏXANA

Azərbaycanın müxalifətçi gənclərindən iki xəbər. Biri bəd, biri xoş. Xoşdan başlayaq. Təzə tutulanların cibindən narkotik çıxmır – yəqin tərgidiblər. Bəd xəbər – təzə tutulanların cibindən top-tüfəng çıxır, yəqin prezident sarayına hücuma hazırlaşırlar.

MİSİR MƏRDANOV ÖLMƏZDİR!

Misir Mərdanovun təhsil naziri vəzifəsini tutmağının on beş illiyi münasibətiylə Azərbaycanda ümumxalq şənlikləri keçirilib. Qubada, İsmayılllıda, Qəbələdə atəşfəşanlıq olub. Salyanda yeddi nəfər bıçaqlanıb, Nardanda on iki müsəlman başını yarıb.

“Əgər Misir Mərdanov ölərsə, bu, Azərbaycanda hansı nəticələr verə bilər”? – bu sualla və cavabın üç variantıyla AzTv öz tamaşaçılarına müraciət edib.Variantlar:

  1. Misir Mərdanov ölməzdir!
  2. Misir Mərdanov ölsə, Təhsil nazirliyi bağlanmalıdır.
  3. Misir Mərdanov ölsə, Azərbaycanda təhsil ləğv olunmalıdır.

İlkin nəticələrə görə, tamaşaçıların 99 faizi birinci cavavı seçib.

KİŞİ PAPAĞI

Ilham Əliyev:

—         Ramiz müəllim, bayram axşamına az qalıb, istəyirəm mən də papaqatdıya gedəm. Mənə bir papaq təşkil elə.

Ramiz Mehdiyev:

—         Cənab prezident, mən təşkil eləyə bilərəm yaxşı polis papağı, gömrükçü papağı, sərhədçi papağı, prokuror papağı, cərrah papağı…

İlham Əliyev:

—         Mən istərdim adi kişi papağı olsun.

Pamiz Mehdiyev:

— Kişi papağı tapmaq bir az çətin olacaq. Gərək soraqlaşaq. Ya da şəhərdə bir kəndçi-kündçünün başından qaçırdaq…

AZƏRBAYCANIN VATİKANA TƏSİRİ HAQQINDA

Məlumdur ki, Azərbaycanın siyasi mədəniyyəti bütün dünyaya, o cümlədən Vatikana da ciddi təsir göstərib. Məsələn, seçkidən sonra tüstü çıxarmağı Vatikan Azərbaycandan öyrənib. Fərq burasındadır ki, Azərbaycanda seçkilərdən sonra tüstü seçicilərin başından qaıxır və özü də bir rəngdə — qara olur.

AZƏRBAYCANDA NOVRUZ ƏNƏNƏLƏRİNİN TƏKAMÜLÜ

12 mart 2013. Kosmos. Amerika peyki Azərbaycan peyki söhbət edir.

— Sizin Bakıda nəsə qovhaqovdur. Adamlar bir-birinin üstünə su calayırlar, — Amerika peyki deyir.

— Bu, Novruz şənliklərinin başlanğıcıdır. Qabaqlar bizim millət od üstündən hoppanırdı, indi su üstündən hoppanır, hökumətiniz adamların təlükəsizliyini nəzərə alıb odu su ilə əvəz edib, — deyə Azərbaycan peyki izah edir.

 

BAKIDA MİTİNQLƏR SU İLƏ YOX, BENZİNLƏ DAĞIDILACAQ

Azərbaycanın daxili işlər naziri deyib ki, müxalifət mitinqləri bundan sonra da polis qüvvəsiylə dağıdılacaq. Ramil Usubov deyib: “Ancaq bundan sonra ola bilsin ki, biz sudan benzinə keçdik, çünki qabaqdan yay gəlir, Bakıda su qıt olacaq. Allaha şükür ki, neftimiz bundan belə əlli il də mitinq dağıtmağa çatar”.