«NİDA” təşkilatının türmədəki daha bir üzvü İlham Əıiyevin ayağına yıxılıb. Gənc fəallar təşkilatlarının adını dəyişib “QİDA” qoymaq qərarına gəliblər.
Архив тегов | Nidaçılar
AZƏRBAYCANSAYAĞI OPTİMİZM
Optimist və pessimist haqqında rus lətifəsi var. O lətifə Azərbaycan dilində və Azərbaycan mövzusunda təxminən bu cür olardı.
Pessimist: Azərbaycanda bundan artıq özbaşınalıq ola bilməz!
Optimist: Ola bilər, ola bilər!
QAN QUSASINIZ!
Azərbaycanda türmə də fəhlə-kəndli balaları üçün məcburi olmalıdır. Yəni ki, gənclər məktəblərini qurtarandan, əsgərliklərini çəkəndə sonra (əsgərlikdə ölməsələr) beş-altı il türmədə yatmalıdırlar. İstintaqsız, məhkəməsiz. Türmə idaeərsi çağırış verir, sən də dəyişik paltar, diş fırçası götürüb gedirsən. Yoxsa bu tutmalar, narkotik atmalar, satmalar, üzə durmalar, məhkəmə şəbehləri, ürəkkeçmələr, infarktlar, insultlar nəyə lazımdır?
Azərbaycanda insanlara zülm çəkdirənlər! Qan qusasınız!
ДВЕ КОНЦЕПЦИИ БОРЬБЫ С ИНТЕРНЕТОМ
DUSTAQLAR ÜÇÜN ŞAM YANDIRIN
Azərbaycanda bayram axşamı mərhumlar, qəriblər xüsusu yad olunurdular, onlar üçün şam yandırılırdı. Son on-on beş ildə öz iradəsii və istəyindən asılı olmayaraq evindən didərgin düşən yeni bir insan zümrəsi yaranıb – siyasi dustaqlar. Yəqin ki, hər dustaq insan övladı olduğuna görə mərhəmətə layiqdir. Məlumdur ki, səhvən tutulan adamlar da həmişə olublar, indi də var. Ancaq siyasi dustaqlar nə günahlarına görə, nə də səhvən tutulublar. Onlar əqidələrinə görə tutulublar, onlar cəmiyyətə yox, insan ətiyələ-qanıyla qidalanan hakimiyyətə təhlükə olduqlarına görə zindana salınıblar. Və bu günahsız insanlara işgəncə verən cəlladlara bəraət yoxdur.
Siyasi dustaqlar üçün şam yandırıb pəncərə qabağına qoyun. Zindan divarlarını yarmaq çətindir, ancaq zindan divarları arxasında məşəqqət çəkən əqidə məhbuslarıyla hənrəylik göstərmək çətin deyil. Buna bir şam işığı kifayətdir…
CƏNNƏT AZƏRBAYCANDA CƏZA ÇƏKMƏYƏ YER YOXDUR
Etibarlı mənbələrdən alınan məlumatlara görə, Azərbaycan Rusiya ilə apardığı son danışqlarda Dağlıq Qarabağın və ətraf rayonların qaytarılmasıda təkid etmir. Azərbaycan bunun əvəzində Rusiyadan Sibir ya Maqadan ərazisində Ağdam ya Zəngilan boyda bir yer istəyir ki, antimilli qüvvələri ora sürgünə göndərə bilsin.
CİB-CƏBBƏXANA
Azərbaycanın müxalifətçi gənclərindən iki xəbər. Biri bəd, biri xoş. Xoşdan başlayaq. Təzə tutulanların cibindən narkotik çıxmır – yəqin tərgidiblər. Bəd xəbər – təzə tutulanların cibindən top-tüfəng çıxır, yəqin prezident sarayına hücuma hazırlaşırlar.