CƏNNƏT AZƏRBAYCANDA CƏZA ÇƏKMƏYƏ YER YOXDUR

Etibarlı mənbələrdən alınan məlumatlara görə, Azərbaycan Rusiya ilə apardığı son danışqlarda Dağlıq Qarabağın və ətraf rayonların qaytarılmasıda təkid etmir. Azərbaycan bunun əvəzində Rusiyadan Sibir ya Maqadan ərazisində Ağdam ya Zəngilan boyda bir yer istəyir ki, antimilli qüvvələri ora sürgünə göndərə bilsin.

 

Реклама

HÜQUQ QEYRƏTDƏN DƏ VACİBDİR…

nar

Təzə müdafiə naziri Zakir Həsənov deyib ki, «Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır». Bunu eşidənlər Zakir Həsənovun ölənlərinə min rəhmət deyiblər, çünki millət elə bilirdi ki, bu hüquq çoxdan it-bata düşüb, ya da antimilli insanlar satıb-yeyiblər. Şükür allaha ki, hüquq yerindədir, hüququmuz olan yerdə də bizə zaval yoxdur, ermənilər lap Azərbaycanın qalan yarısını alsalar da…

QAZON ZASEYAN VAHİD NAMİZƏDDİR

Dağlıq Qarabağ Muxtar Respublikasında da seçki kampaniyası keçirilir. Stepanakert stadionunda keçirilən izdihamlı mitinqdə Qazon Zaseyan Azərbaycan prezidentliyinə vahid namizəd kimi təsdiq olunmuşdur.

BAĞIŞLANMIŞ ŞEYİN NƏYİNİ BAĞIŞLAYACAQLAR?

İlham Əliyev deyib ki, müxalifət Dağlıq Qarabağı ermənilərə bağışlamaq istəyir. Möhtərəm prezidentin sözlərinə, əlbəttə şübhə eləmək olmaz. Ancaq şeytan məni azdırdı, zat-alilərinin dediyini yoxlamaq üçün Ermənistan prezidenti Sarqsyana zəng vurdum. Dedim kirvə, Dağlıq Qarabağı bağışlayırıq sizə. Sarqsayn qəhqəhə çəkib geldü və dedi: “Kirvə, bizdə olan şeyi sən bizə necə bağışlaya bilərsən? Sən bizə Qəbələni bağışla, Zaqatalanı bağışla, Qubanı bağışla…”

Telefonu söndürdüm. Necə deyəydim ki, o yerlər çoxdan bağışlanıb Heydərovlara, Paşayevlərə, Əliyevlərə, Məmmədovlara…