İlham Əliyev Mehriban xanımdan soruşur:
- Heydər hardadır? Gözümə dəymir.
- Özüyçün oynayır.
- Yenə camaatın İnternetini kəsir? Ay qırışmal…
İlham Əliyev Mehriban xanımdan soruşur:
Azərbaycan xalqı çox inkişaf edib. İndi bir azərbaycanlı asqıranda onun yanındakı başqa bir azərbaycanlı demir “Ya Allah!” Tez girir İnternetə, asğırağa bir “bəyəndim” qoyur.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, Azərbaycanda olan internet sərbəstliyi heç bir region ölkəsində yoxdur». Cənab Abbasov deyib ki, Azərbaycan interneti həm interdir, həm də netdir, yəni tordur, gənc siyasi fəallar bu tora ilanbalığı kimi düşüb qalırlar. “İnternet gənclər arasında profilaktika üçün əvəzsiz vasitədir”, — nazir bildirib.