Архив тегов | Azadlıq radiou

SƏN HANSI XALQIN YAZIÇISISAN?

c3a7ingiz-abdullayev

«Azadlıq» radiosunu saytında Çingiz Abdullayevin müsahibəsinə şərh

Hələ millətin “avtomobil minmədiyi” vaxtlarda rus təhsilli görmüş adamlarımız ictimai şüuru “balonlar” sürətiylə irəlilədiblər, dəyişiblər. Çox təəssüf doğurur ki, indi repressiv aparatın başındakıların da, ictimai fikrə təsir resurslaları olanların da çoxu elə rus təhsilli adamlarıdır. Əslində indiki rus məktəbləri formal cəhətdən rus təhsilidir, mahiyyətcə bu məktəblər yarıstalinçi, yarıfeodal təhsil verir və yarıstalinçi, yarıfeodal şüur formalaşdırır. İndi feodal şüurlu, feodal dünyabaxışlı bu cənab Abdullayev Bakının ortasında sərin kabinetdə oturub Azərbaycanlın intellektual inkişaf parametrlərini ölçüb-biçir. Bir vaxt kəndlərdəki qarışıq mallar mağazalarındakı itiuc metrlə… Və istəyəndə bu itiuc metri itaətdən çıxan yazıçıların başına vurur…

“Mən xalq yazıçısıyam…45 yaşımdan… altı aylıq olanda atamla işləməyə getmişəm, İranda məndən qorxublar, Nikolayı Culfa stansiyasınacan qovmuşam…”

Sən hansı xalqın yazıçısan? Gədəbəyədə, Qazaxda, Salyanda, Şamaxıda yaşayan xalqın?

“Biz onu üzvlikdən çıxardıq…Xalq yazıçısını təhqir edib…” Sən xalq yazıçısısan ya məhkəməsən? Ya dostun ağır cinayətlər məhkəməsini sədri olduğuna görə elə bilirsən ki, asıb-kəsə bilərsən?

Yüz il bundan əvvəl rus təhsili almış bir yazıçımız yeni bir insan surəti yaradıb ki, bu surət Hamletin ingilislərə vacib olduğu qədər bizim xalqa vacidbir: Mirzə Səfər. Əslində Bakının ən böyük meydanında ən böyük heykəl Mirzə Səfərə qoyulmalıdır. Mirzə Səfər Koroğludan çox vacibdir. Yəni ki, bu adam feodal şüurlu, feodal dünyabaxışlı insanların antipodudur,  yeni ictimai əxlaqın, yeni etik dəyərlərin daşıyıcısıdır. Biz isə indiyəcən Həsən ağalara abidə qoyuruq. Kabinetlərdə də Həsən ağalar və Həsən ağaların qohumları oturublar…

EKSTREMIZM YAYAN ÖLKƏLƏR? — BİRİ ELƏ TÜRKİYƏ

«Azadlıq»radiosunda peyğəmbərə həsr olunmuş şer müsabiqəsiylə bağlı müzakirəyə şərh

Amerika hökuməti dünyanın ən ucqar yerlərində İslam ekstremizini yayanlrı axtarır. Onlar nahaq uzağa gedirlər: ekstremizmi yayanlardan bir elə Amerikanın yaxın müttəfiqi Türkiyədir. Əgər Türkiyə səfirliyi  dini müsabiqə keçirirsə, belə düşünməyə haqqımız var. Niyə Türkiyə səfirliyi müsabiqəni demokratiya mövzusunda keçirmirdi, niyə bu müsabiqə Azərbaycan Respublikasının yubileyinə həsr olunmurdu? Hansı maraqla Türkiyə minacatçılığı, mərsiyaxanlığı yayır? Məgər türklər bilmirlər ki, qabağını bolşeviklərin aldığı bütün bu hoqqalar sünnü-şiə qarşıdurmasına gətirib çıxaracaq? Yüz il bundan qabaq Azərbaycanda sünnülərlə şiələrin bir-birlərini vaxtaşıqı qırdıqlarına inanmayanlar Həsən bəy Zərdabinin məqalələirni oxusunlar. İndinin özündə — mən bunu yaxşı bilirəm – Azərbaycanda iranyönlü müsəlmanlarla türkiyəyönlü müsəlmanların bir-birlərini görməyə gözləri yoxdur. Qırğının qabağını polis rejimi saxlayır.

Türkiyənin beynəlxalq aləmdə çoxbaşlı hərəkətləri yaxşı məlumdur. Rusiya ərazisində ağır cinayətlər, kütləvi qırğınlar törətmiş çeçen yaraqlıları orda “mücahid” adıyla hörmətlə qarşılanır, sığınacaq alırdılar. Azərbaycanda da “türkçülüyü” qızışdırmaqla ancaq Azərbaycan dövlətinin parçalanmasına və süqutuna nail olmaq mümkündür. Cəfəng “türkçülük” ritorikası ilə biz Azərbaycan xalqlarının incik salırıq, səngərlərimizdə türklər gəlib oturmurlar, səngərlərimizdə bizimlə birgə ləzgilər, talışlar, tatlar otururlar. Və vacib bir sual: Məhəmmədin meracının türkçülüyə nə dəxli?

Müsabiqə qalibi olan şerlər hər cür tənqiddən aşağıdırlar, Vaqifin (yaxından tanıdığım üçün adıyla deyirəəm) şerlərinin gəfəngiyyat olmağı bir yana, onlarda açıq ekstremizm var, başqa xalqlara və din nümayədələrinə təhqir var. Kimdir Vaqif deyən “kafərlər”? “Məhəmməd qılıncı” indi kimlərə yönəlməlidir? Belə yazıları oxuyanda başa düşürsən ki, müsəlmanlıq çoxları üçün din deyil, diaqnozdur…

Azərbaycanda din az olmalıdır, zəif olmalıdır, çox din, güclü din – Azərbaycan üçün vətəndaş müharibəsi və süqut deməkdir.Bunu başa düşməyənlər  İraqa baxsınlar, Suriyaya baxsınlar, Livanın qanlı tarixini öyrənsinlər…