Архив тегов | Bəqara surəsi

QURAN QƏRİBƏLİKLƏRİ. RƏQƏMLƏR, MANİPULYASİYALAR…

Quran 1ci nəşr Paqanini

Quranın yaradılmadığına, onun məhz Allah tərəfindən nazil olduğuna ilahiyyatçılar 5 “sübut” göstərirlər

1. Quran bircə nüsxədə mövcuddur.

Bu “sübut”, hüquqda deyilən kimi, cılız və dəyərsizdir. Quranın nəyə görə bir nüsxədə olduğu məlumdur – onun bütün başqa nüsxələri Osmanın tapşırığı ilə vahid Kitab yaradılandan sonra məhv edilib.

2. Bütün dünyada milyonlarla insan Quranı əzbər bilir.

Milyonlarla insan Şekspirin əsərlərini əzbər bilir, ancaq bu, məsələn, “Hamletin” xristian allahı tərəfindən nazil olduğuna sübut deyil və ingilislər bunu iddia da eləmirlər.

3. Qeyri-adi dil ustalığı və stilistika.

Qurana mömin kimi yox, filoloq kimi yanaşan hər kəsə onun mətnlərinin heç də kamil olmadığını görər. Müxtəlif surələrdə fikirlər yarımçıq deyilir, cümlələr qırılır, bənzətmələrədə primitivliyə və kobudluğa rast gəlmək olur. Kiçik surələrin bədii dil səviyyəsi yüksəkdir, mətnlər böyüdükcə qüsurlu sayıla biləcək hissələr və hissəciklər çoxalır.

4. Öndeyimlik və elmi kəşflər.

Bu “sübutu” irəli sürənlər onu Quranda insan rüşeyminin inkişafı prosesinin təsviri ilə bərkitmək istəyirlər. Guya embrion  ilk dəfə 7-ci əsrdə, Quranda təsvir olunub. Hərçənd embrion barədə məlumatlar qədim Babildə, Assiriyada, Misirdə, Çində mövcud olub. Vikipediyada oxuyuruq: “ Orqanizmlərin embrional inkişafı barədə ilk təsəvvürlər Hippakrat və Aristotelin (e.ə. 4-cü əsr) adları ilə bağlıdır”.

Belə çıxır ki, embrion məsələsində, Babil, Misir, Çini qoyaq bir yana, yunanlar Quranı 1000 ildən çox qabaqlayıblar.

 5. Beşinci sübut Peyğəmbərin fövqəladə ləyaqətləridir. Onları sadalayandn sonra qala bilən şübhələri dağıtmaq üçün ilahiyyatçı belə bir sual qoyur: əgər Quranın müəllifi Məhəmməd özü idisə, niyə başqa peyğəmbərlərin adı dönə-çəkildiyi halda, öz adı cəmi dörd dəfə çəklilir?

Burda ilahiyyatçılar üçün xarakterik olan, ucuz, ancaq etibarlı instrument kimi işlədilən manipulyasiya ilə qarşılaşırıq.

Doğrudan da Məhəmməd adı Quranda dörd dəfə işlənilir. Ancaq Məhəmməd Quranda daha çox nəbi ya rəsul kimi xatırlanır. Bir ingilis dilli mənbəyə görə. “nəbi” sözü Quranda 75 dəfə işlənib.”Rəsul” sözünün neçə dəfə işləndiyi barədə məlumatı tapmadım, düşünürəm ki, 75-dən qat-qat çox olmalıdır. Quranın çox yerində “Allah” sözü ilə “rəsul” sözü qoşa işlənir, Allaha itaət tələbi eyni cümlədə rəsula da aid edilir. “Allah” sözü isə bir mənbəyə görə 2707 dəfə işlənib. Başqa bir mənbədə 2698 dəfədir.

Ümumiyyətlə, Quran araşdırmalarındakı rəqəmlərlə manipulyasiyalar xüsusə rus dilli mənbələrdə istənilən qədərdir. Bir mənbədə Quranda işlədilən sözlərin sayı 77934, o birinidə 77449 kimi göstərilir. Başqa mənbədə bu rəqəm yuvarlaqdır, 77000 mindir. Bu rəqəm guya  7 rəqəminə aid edilən sakrallığı Quran mətninə də verir. Bəzi islamçılar daha uzağa gedirlər. Yeddi rəqəminin ətrafında hərlənib-fırlanan biri deyir ki, Quran 7-ci əsrdə Məhəmməd tərəfindən Adəm övladlarına hədiyyə edilib.

Yeddinci əsrdə müsəlman üçün nə sakrallıq? 7-ci əsr – xristian tarixi deyilmi?

Quranın Allah tərəfindən nazizl olmağına, əsasən Məhəmməd tərəfindən yaradılıb ətrafındakı savadlı, bilikli insanlar tərəfindən indi bütün dünya müsəlmanlarının tanıdığı bildiyi hala salınmadığına heç bir sübut yoxdur. Meracın da, 20 ildən çox vaxt ərzində Cəbrayılın Məhəmmədə Quran ayələrini diktə etdiyinin də sübutu yoxdur. Mətnlə peşəkar işləmək vərdişləri olan hər kəs deyə bilər ki, məsələn, 2-ci surə müxtəlif vaxtlarda deyilmiş, müxtəlif mövzulara, sahələrə aid olan, vahid kontekst yaratmayan fraqmentlərdən yaradılmışdır. Surələrin xeyli hissəsi barədə bunu demək olar. Belə iri həcmli mətni yalnız eşitməklə yadda saxlayıb, əsrlər sonra yaranmış stenoqrafiyanı bilmədən, yazıya almaq mümkün deyildi. Niyə görə müxtəlif sahələrə aid olan mülahizələrin, təsəvvürlərin, biliklərin hamısının Məhəmmədə aid olduğuna inanmalıyıq? Bəzi rəvayətlərə görə, o, ətrafına 40 katib yığıb ki, onlar deyilənləri yazıya alıb saxlayıblar. Bu, beyin mərkəzini xatırladır və ağlabatandır. Surələrin birində menstruasiyaya aid fraqment var. Niyə görə peyğəmbər özü menstruasiya məsələsini tənzim etməliydi? Allahın Cəbrayıl vasitəsiylə Məhəmmədi menstruasiya sahəsində maarifləndirməyi də gülməlidir. Guya ərəblər bu işin nə olduğunu bilmirdilər?

Cəlil Məmmədquluzadənin hekayələrinin birində bir məşədi ya kərbəlayı arvadını çox istəsə də, hərdən ona acığı tutur və boşayır. Boşayır, sonra barışıb təzədən kəbin kəsdirir. Üçüncü dəfə boşayandan sonra ona məlum olur ki, daha arvadına təzədən kəbin kəsdirə bilməz, gərək arvad başqa bir kişiyə ərə gedə, sonra ondan boşana, sonra əvvəlki ərinə gedə…

Bu məşədi ya kərbalayı arvadını verir ondan asılı olan, fağır və başıaşağı kimi tanıdığı birinə ki, sonra boşatdırıb təzədən alsın…

Sonrası tragiqkomediyadır…

Qısa desəm, məşədi ya kərbalayı qalır başına döyə-döyə və ağlaya-ağlaya…

Bu hekayəni uşaqlıqda oxuyanda elə bilirdim ki, boşanma-evlənmə karuselini Mirzə Cəlil məzə üçün uydurub.Sonra bildim ki, bel bir prosedur İnək surəsində nəzərdə tutulub…

Bunun müəllifinin Allah olduğuna inanırsınzsa, siz Allaha inanmırsınız…

Yeri gəlmişkən, Quranın tam mətnini ilk dəfə müsəlmanlar yox, İtaliyada Paqanini çap edib. Əlbəttə, skripkaçı Nikkolo Paqanini yox, çapçı Paqanino Paqanini 1537-38-ci ildə….

X.X.

20 03. 2024, Samara

Şəkildə: ilk dəfə Paqanini tərəfindən nəşr edilmiş Quran

QURAN QƏRİBƏLİKLƏRİ. 2-Cİ SURƏ, 187-Cİ AYƏ

ikinci surə 187 ayə

Müsəlman kişiləri Ramazan ayında ən çox maraqlandıran ayələrdən biri 2-ci surənin 187-ci ayəsidir. Bu ayə orucluq gecəsi  kişinin arvadı (arvadları) ilə yaxınlığına “icazə verir”.  Mən ayənin orijinalına və ruscaya üç tərcüməsinə  — Sablukov, Kraçkovski, Osmanov – baxıb müqayisə elədim. Sovet akademiki

Kraçkovski və sovet professoru Osmanov الرَّفَثُ إِلَى نِسَآئِكُمْ  ifadəsini “arvadlarınıza yaxınlaşmaq” kimi çevirirlər. Quranın ruscaya ilk tam tərcüməsinin müəllifi, Kazan universitetinin prfessoru bunu “arvadlarınızla cütləşmək” kimi tərcümə edir və bu, daha düzdür. Ayənin bir yeri xüsusən maraqlıdır və çoxlu şərhlər, izahlar doğurur. Xüsusən İslam ilahiyyatçıları ağlasığmaz spekulyasiyalar edirlər.

Orijinalda deyilir: Allah bildi ki, siz özünüzü məhdudlaşdırırsınız (sıxırsınız, kəsirsiniz) ona görə sizi  bağışladı. Yəni kefinizi çəkin.

İlahiyyatçıların fikrincə, guya əvvəl orucluq gecəsi cütləşmə qadağan imiş, Allah görüb ki, kişilər bu qadağanı kütləvi və həyasızcasına pozurlar, ona görə deyib siz düzələn deyilsiniz,  icazə verdim, kefinizi eləyin.

Mənim fikrimcə, əslində bu ayədə kişilərin özünə əzab verməyi, özünü sıxmağı nəzərdə turtulur. Yəni iftarda boğazacan yeyəndən sonra kişi, xüsusən bir-birindən cavan dörd arvadı olan kişi, təbii ki, yataq məzəsi istəyir. Ancaq yataq məzəsi qadağandır. Ona görə səhərəcən qalır tavada ilanbalığı kimi qıvrıla-qıvrıla. Allah bunu görüb rəhmə gəlir və seksə icazə verir.

Ancaq bu ayədə bundan da maraqlı məsələ var. Belə çıxırmı ki, orucluqda ər-arvad yaxınlığı barədə əvvəl ayrı ayə, yəni ayrı qanun norması olub? Olmayan qadağanı kişilər necə poza bilərdilər ya pozmazdılar? Allah burda öz icazəsi ilə əvvəlki normanı ləğv edir. Bəs o norma hardadır? Quranın harasında deyilir ki, Orucluq gecəsi cütləşmək olmaz?

Heç harasında!

Baxın: Allah insana qadağa qoyur, sonra görür ki, bu qadağaya əməl eləmək insan üçün çətindir. Elədir? Bəs Quranda dönə-dönə deyilmirmi Allah insanı çəkə biləcəyindən artıq yükləmir?

Və özü yaratdığı insan barəsində necə səhv edə bilərdi?

Bu ziddiyyət Quranın nazil olmadığına, onun peyğəmbər və yaxınları tərəfindən yaradıldığına çoxlu sübutlardan biridir.

Daha bir məsələ. Allahın müraciəti yalnız kişilərədir. Yəni Allahın qoyduğu qanuna əməl edən də, onu pozan da kişilərdir. Cütləşmək məsələsi də kişilərə aiddir. Qadın sanki iftar yeməyi, yemidir. Bu ayə kişiyə tam səlahəhiyyət verir ki, iftar cücə-plouvunu aşırandan sonra kefini yataqda davam etdirsin.

Qadıın rəyi və istəyi ilə maraqlanan varmı?

7-ci əsrdə bəlkə də qadınlar özünü iftar yeməyi və ifrtar yemi sayıblar. Bəs indi? Qadın da kişi kimi oruc tutursa, Orucluq gecəsini müstəqil planlaşdırmağa tam haqqı yoxdurmu?

Orucunuz qəbul olsun, hörmətli möminlər!

X.X.

18. 03. 2024, Samara