Архив тегов | Bakı

ERMƏNİ İNTİZARINDA…

Sosial şəbəkələrdə bakılıların ermənilərə qarşı tükənməz məhəbbət bildirən və eyni zamanda öz soydaşlarının vəhşiliyinu təsvir edən yazıları get-gedə artır: Aşot dayılar, Karapet dayılardan ötrü axıdılan göz yaşları sel kimi axır…

Maraqlıdır, bəlkə bilirlər ki, bu gün-sabah ermənilər Bakıya girəcəklər? Və etiraflarını onların gəlişinə hazırlayılar?

BAKI YÜRÜŞÜ

 

 

Tanklanıb, toplanıb, avtomatlanıb,

Uçarla şığıyıb, paraşutlanıb.

Son damla qanıyla yenə andlanıb,

Gedir rus əsgəri Bakı üstünə.

 

Bəlkə əcdadı da beləcə gedib,

Qaralı-qorxulu bir gecə gedib.

İndi yaraqlanıb nəticə gedir –

Gedir azadlığı Bakıdan ala.

 

Evin tək uşağı ərköyn oğlan,

Sümüyü təzəcə bərkiyən oğlan.

Qanı damarında kükrəyən oğlan,

Hayana üz tutub gedirsən belə?

 

Bir ayağın əfqan cəhənnmində,

Bu gün yenə ölüm cəhəngindəsən.

Qismətin bir matəm çələngidirmi?-

Belə başılovlu hara gedirsən?

 

Ordu ustavıyla savadlanıbdır,

Yazovun əmriylə qanadlanıbdır.

Milli küdurətlə qidalanıbdır,

Gedir qaraların dərsini verə.

 

Şimallar, soyuqlar qalır uzaqda,

Bakı yanvarının dadı ağızda.

Qırmızı bayraqdan, qara kağızdan,

Sən özün hifz elə bizləri, allah.

 

Şəhidlər sərilər yollar uzunu,

Tanklar üzüb keçər qan dənizini.

Son dəfə qatlayar Bakı dizini,

Hanı, qalib əsgər, gözündə sevinc?

 

…Mariya Pavlovna kilsədə ağlar,

“Tək nəvəmi özün hifz elə, allah!”!

Öpər tanrısını, sonra şam alar,

Yandırıb oduna dikər gözünü…

 

…Qurumaz göz yaşı şam alovunda,

Ay anam, ay bacım, toxta, ovun, dur.

O yanvar gecəsi xalq doğulurdu,

Büdrəyər, yıxılar, durar, dirçələr…

 

7-8 fevral 1990 Samara

 

 

 

BAKININ KÜÇƏLƏRİNDƏ FAYTONLAR GEDƏR…

Bakının küçələrində faytonlar gedər.

Bəzəkli faytonlarda

Sürərtdən yorulmuş cavanlar gedər.

Tumar yallı atlar,

Qotazlı yallı atlar

Döyəclər asfaltı,

Daş yollarda ötən əsrin havası çalınar.

Çərkəzi çuxalı qocalar,

Yarıyuxulu qocalar,

Otururlar qozlada başıaıağı.

Elə bil qozlada doğulublar,

Qozlada qocalıblar.

Faytonçular ünvan deməz atlara,

Faytonçular tələsdirməz atları.

Əylənməkçin dolaşırlar şəhəri

Fayton sərnişinləri.

Bakının küçələrində
Bəzəkli faytonlar gedər –

Ötən əsrdir, ölən əsrdir,

Girib faytona şəhəri gəzir.

Bakının küçələrində

Əlvan çullu atlar gedər,

Kişnəməyi yadırğamış,
Yorğa yerişi yadırğamış

Yaman hallı atlar gedər.

Bakının küçələrində

Təkərləri daş yollarda təbil çalan,

Qozlasında başıaşağı qocalar büzüşən,

Qudurğan maşınların yanından

Ehtiyatla sivişən

Faytonlar gedər.

Faytonlarda

Şubalı, saqqallı, qəlyanlı cavanlar gedər…

 

                                                                          03 yanvar 1976, Bakı