Архив тегов | Behruz Abbasov

EY, SİZLƏR…

Azərbaycanda hər şey ağlamalıdır, bircə Xalq Cəbhəsindən başqa. Xalq Cəbhəsi gülməlidir.

Rəhbər Əli Kərimli Ali Karimli (Əli Kərimli) FB-da status yazıb. Status belə başlanır: “Ey işgəncə vintləri…” Müraciət forması bizim mollaların nitqini xatırladır. Sonra: “Sizlər…”

Azərbaycanca “sizlər” səhvdir, çünki “siz” ikincişəxs əvəzliyinin cəmidir, cəmə cəm şəkilçisi artırmaq olmaz. Ancaq bunlar xırda şeylərdir. Statusu mən baxan vaxt 221 adam bəyənmişdi. İyirmiyə qədər rəy vardı. Statusa heyran olanlar var:

Orxan Eliyev Barselona Eli muellim sadece bu fikirlerinize heyran qalir adam,Allah size de komey olsun Bey…”

Ancaq hamı heyran olmayıb. Suallı adamlar var:

Bəhruz Abbasov Bey bu iwgencelere dur deye bilmeyecek qeder zeifmidir bu muxalfet yoxsa bir bezin qiragidirmi?

Bəy cavab vermir…

Cavid Həsənli bir müxalifət olaraq niyə ancaq status yazmaqla kifayətlənirsiz? nə vaxt normal mitinq təşkil edəcəksiz camaat öz sözünü desin?

Bəy cavab vermir…

“Bəy”in statusuna elmi təhlil verənlər var:

Araz Memmedov Pul var dovlet gozleri baglayanda cox pis olur ! Keyfiyetli insan , keyfiyetli memur xalqa guvener ve xalqa arxalanar taa xalql arxaslbdan allb onun nifretini qazanmazdl ! Bunun adl iyrenc nefsin aciz qullarldlr .

“Bəy” nə “hə” yazır, nə “yox”…

Gələcəyi görüb “bəy”ə təsəlli verənlər də var:

Rahid Calayirov Bir gün gələcək bəlkədə peşman olacaqlar ama ondada gec olacaq hər şeyə görə cacab verməli olacaqlar”

“Bəy” yenə dinmir…

Bir Xanım (adı Xanımdır) “bəy”i “xələtləyir”:

Xanim Mahmudova Guya onlarin yerinde siz olsaydiz her şey başqa cür olacaqdı”

(Rəylərin orfoqrafiyası və durğu işarələri saxlanılıb)

Yenə sükut…

Müxalifət partiyasının rəhbəri heç kimə cavab vermir. Çünki bu adamları, hətta rəy yazmaqla özləri üçün müəyyən təhlükə yaradan insanları qara camaat, öz yazdığını isə Quran ayəsi sayır. Ən gülməlisi budur ki, bu insanlar cavab-almayacaqlarını bilə-bilə yenə sual verirlər. Niyə bizim insanlar alçalmağa belə meyllidirər? Bu, gülməli deyilmi?

Və Əli Kərimli kimi insan ölkə rəhbəri olsa, “qara camaat”la onun arasında yaranacaq məsafəni təsəvvür edirsinizmi? Mən təsəvvür etdim, məni gülmək tutdu. Çox güldüm. Ancaq bir şey var ki, mənə gülmək düşmür. Bir az gülən kimi başıma iş gəlir. Ona görə indi gərək girəm İlham Əliyevin saytına, gözümün yaşı quruyunca ağlayam…

Mirzə ƏLİL