Архив тегов | Belmondonun filmləri

JAN POL BELMONDO

U LENİ. KİNO

Ən sürətli maşını qaçıb qoyurdu geri,

Tullanaraq tuturdu göydə helikopteri,

Çəkilirdi önündən dənizin suları ya,

Ya da gedirdi elə su üstüylə piyada.

Boksçuydu, əjdaha gücü vardı əlində,

Səriştəliydi bəlkə Məhəmməd Əlidən də.

Vururdu yumruqla du, vururdu açıq əllə,

Qopurdu şilləsindən zalda sanki zəlzələ.

Vurulurdu deputat, şillələnirdi nazir,
Ağır zərbələrindən yayınmazdı bir rəzil.

Onun təbəssümündə sehr ya cadu vardı,

Hər dodağı qaçanda qadınlar bayılardı.

Samballı kişilər var bu dünyada nə qədər,
Xanımlarsa istəyir ancaq onun kimi ər!

Ah, filmin titrləri tükəndirirdi səbri,
Zalda eşidilirdi ürək döytüntüləri.

Qalmırdı nəfəs çəkən, ekranda görünəndə,
Film gedincə hər kəs quruyardı yerində.

İşıq və isti vardı fransızda nə qədər!
Sənətdə əjdahaydı! Le Professonnel!

Ah, insan ölümlüdür! Sona yetir hər ömür,

Fransa bayrağına tabutu bükülübdür!

Dinir Morrikonenin musiqisi hüznlə,

Fransa yola salır böyük oğlunu belə.

Şansı yoxdur heç kimin. Bir gün hər gələn gedər,

Qərar Tanrıda. Odur Le Professionnel!

 

02. 04. 2023, Samara