Архив тегов | Bleykin şeirləri

Uilyam BLEYK. ÖZGƏ DƏRDİ HAQQINDA

B 1

Özgə görürəmsə kədərli baxır,
Mən necə sevinə bilərəm axı?

Özgə görürəmsə gəzir qüssəli,
Mən necə verməyim ona təsəlli?

 

 

Özgə yaş axıtsa yanımda əgər,
Necə ürəyimi sıxmasın kədər?
Ata uşağını görsə ağlayır,

Necə ürəyini almasın ağrı?

 

 

Körpə çığırarsa qorxudan əgər,
Sakitcə oturar anası məgər?

Belə şey mümkün deyil!

Heç zaman mümkün deyil!

 

 

Sevinə bilərmi O Kəs, gülərmi,
Duysa quşcuğazın səsində qəmi,

Görsə zavallını üzür qayğılar,

Görsə bir uşağın ağır dərdi var,

 

 

 

Gəlib oturmazmı yuva yanında,
Quşu ovutmazmı O Kəs bir anda?

Gəlib oturmazmı beşik önündə,

Layla da deməzmi körpə dinəndə?

 

 

O Kəs sevincini hər kəsə verər;
Məsum körpəyə də O Kəs çevrilər;

Dərd çəkən insana dönməyi də var,
Hər  kəsin qəlbində dərdi də duyar.

 

 
Düşünmə ahını yox bilən, duyan,

Düşünmə uzaqsan Yaradanından.

Demə ki, gözündə yaş gilələnməz.

Əgər Yaradanın yaxın deyilsə.

 

 

Ah, o, seincini bizə bağışlar,
Belə dərdimizi dağıtmağı var.

Qüssə qəlbimizdən gedənə qədər,
Yanımızda olar, bizimlə inlər.

 

1784-89-cu illər

İngiliscədən tərcümə

14.03. 2020, Samara

 

On Another’s Sorrow

 

Can I see another’s woe,

And not be in sorrow too?

Can I see another’s grief,

And not seek for kind relief? Читать далее

UİLYAM BLEYK. DAYƏNİN NƏĞMƏSİ

NPG 212; William Blake by Thomas Phillips

Çəməndə  səs-səsə  verir uşaqlar,
Gülüş eşidilir təpə başından.

Sinəmdə ürəyim arxayın vurar,
Sakit, qorxusuzdur, bilirəm, hər yan.

 

 

“Uşaqlar, gün gedir, qayıdın daha,
Bir azdan çəmənə soyuq şeh dəyər.

Bəsdir oynadınız,  dağılın ordan,

Səhər gün təzədən doğana qədər”.

 

 

“Qoy hələ oynayaq, hələ ertədir,

Gəlməz gözümüzə yuxu indidən.

Hələ quşcuğazlar göy üzündədir,

Qoyunlar bürüyüb təpələri də”.

 

 

“Yaxşı, nə qədər ki, hələ işıq var,
Oynayın, sonrasa qayıdın dala”.

Qışqırır, gülüşür, qaçır uşaqlar,

Dinir təpələr də əks-sədayla.

 

1790-cu illər

İngiliscədən tərcümə

13.03. 2020, Samara

 

 

Nurse’s Song

When the voices of children are heard on the green
And laughing is heard on the hill,
My heart is at rest within my breast
And every thing else is still. Читать далее

UİLYAM BLEYK. ZƏHƏR AĞACI

NPG 212; William Blake by Thomas Phillips                 

Uilyam Bleyk

Zəhər ağacı

                            (1757-1827)

 

Dost məni bir dəfə qəzəbə saldı,
Tökdüm acığımı – qəzəb dağıldı.

Bir gün qəzəbimə gəldi düşmənim,
Dinmədim, böyüdü qəzəbim mənim.

 

 

Həmişə qəlbimdə qorxu da vardı,

Gözlərimin  yaşı onu suvardı.

Bəzən isidirdim təbəssümümlə,
Gizlədirdim onu, gəlirdim hiylə.

 

 

Gecə də, gündüz də artdı beləcə,
Meyvə də gətirdi gözəl və incə.

Parladı, gözünə dəydi düşmənin,
Bildi ki, yetirən mənəm meyvəni.

 

 

Elə ki, dünyanı bürüdü zülmət,
Düşmənim bağıma soxuldu xəlvət.

Səhər görən kimi sevindim hətta:
Qalımışdı  ölüsü ağacın altda.

 

İngiliscədən tərcümə

11.03. 2020, Samara

 

 

A POISON TREE

I was angry with my friend:
I told my wrath, my wrath did end.
I was angry with my foe:
I told it not, my wrath did grow. Читать далее