Архив тегов | Bodlerin məktubları

FLOBER BODLERƏ: «KİTABINIZDA HƏR ŞEYİ BƏYƏNDİM, KAĞIZI DA…»

flaubert-baudelaire

  Bazar ertəsi, 22 oktyabr 1860

Əzizim Bodler, mənə belə bir kitabı (“Les Paradis artificiels” – Süni behiştlər” – X.X.) göndərməklə çox iltifat  göstərmisiniz. Bu kitabda mən hər şeyi bəyəndim: mövzunu, üslubu, hətta kağızı da.

Mən onu çox diqqətlə oxudum. Ancaq əvvəlcə mən gərək sizə məni cənab  Kuinsi[i] kimi gözəl insanla tanış etdiyinizə görə təşəkkür edəm!

 Budur (ancaqla bəri başdan qurtarmaq üçün) mənim yeganə etirazım: Mənə elə gəlir ki, belə yeksək qiymətləndirilən süjetdə, elmin başlanğıcı olan işdə, təbii müşahidə işində və induksiyada siz l’Esprit du mal ( Şər ruh ya Şərin ruhu – X.X.) üzərində (və bir neçə dəfə) təkid edirsiniz, həddindən artıq (?) təkid edirsiniz.

Katolisizm mayası hər sətirdən duyulur. Mən çox istərdim ki, siz haşişi, opiumu, ifratçılığı günahlandırmayasınız. Bilirsinizmi sonrası nə olacaq? Nəzərə alın ki, bu, şəxsi rəydir, mənim üçün fərqi yoxdur. Mən tənqidçinin başqasının fikrini öz fikri ilə əvəz etmək hüququnu tanımıram. Və sizin kitabınızda mənim qınadığım şey, ola bilsin ki, onun orijinallığını təşkil edir və bəlkə də sizin istedadınızın sübutudur. Ən vacib qonşuya oxşamamaqdır.

İndi ki, mən bütün narazılığımı etiraf etdim. deməyə bilmərəm ki, mən sizin kitabınızı əvvəldən axıracan necə möhtəşəm sayıraam, bu, çox yüksək üslubdur, çox möhkəm və çox ətraflıdır. Mən 27-33, 51-55, 76-cı səhifələrdəki haşiş şeirinə və onlardan sonra gələnlərə dərindən heyranam.

Siz , transsendent romantik olaraq qalmaqla, klassik olmaq üsulunu tapmısınız, ki, biz bunu bəyənirik.

O ki qaldı «Un mangeur d’opium» (“Tiryəkçi”  — X.X.) hissəsinə, mən bilmirəm ki, siz Kuinsiyə nə borclusunuz, istənilən halda bu, çox gözəldir.

Aylarla mənim üçün bundan yapışıqlı fiqur olmayıb.

Bu narkotikllər məndə həmişə böyük qibtə doğurub. Məndə hətta əczaçı Qastinelin düzəltdiyi haşiş olub! Ancaq bu məni qorxudur və buna görə özümü qınayıram.

Eskaryak de Laturun[ii] “Sudan”ında bir tiryəkçinin uydurduğu teoqoniya və kosmoqoniya ilə tanışsınız. Ondan mənə məzhəkəli bir xatirə qaıb, ancaq mənə m. de Quinsi xoş gəlir. Zavallı insan! Miss Ennin başına nə gəldi?

Siz həmçinin yeni tənqidçilərə aid kiçik yazınıza görə minnədarlığa layiqsniz. Orda mənim hissiyatlı yerim ya qaşıynıb  ya da sığallanıb.

Səbirsizliklə yeni şər çiçəklərini gözləyirəm. mənim müşahidəmin burda yeri yoxdur, çünki şairin istədiyi şeyə inanmağa tamamilə haqqı var. Bəs alimin?Bəlkə mən sizə səfeh şeulər deyirəm? Hərçənd mənə elə gəlir ki, siz məni başa düşürsünüz.  Biz bu barədə danışarıq.  Siz necə işləyirsiniz! — yaxşı!

Xudahafiz! Əlinizi sıxıram ki, çiyninizdən aralanım.

 

[i] Bodlerin 1860-cı ildə nəşr olunmuş «Süni behiştlər” kitabı de Kuinsinin “İngilis tiryəkçinin etirafları” əsərinin təsiriylə yazılmışdır.

[ii] D`Eskaryak de Lotyur (1826 – 1868) – qraf, sonra markiz , fəxri legionun komandiri, diplomat, linqvist

BODLERİN FLOBERƏ MƏKTUBU

flaubert-baudelaire

Onların hər ikisi eyni ildə (Flober — 12 dekabr 1821, Bodler – 9 aprel 1821) doğulublar, iki ədəbiyyat nəhəngigin yollarının bir neçə dəfə kəsişdiyinə bu məktub sübutdur.

26 iyun 1840

Əzizim Flober!
Mən sizə gözəl məkbunuza görə çox təşəkkür edirəm!  Müşahidəniz məni sarsıtdı, və səmimiliklə düşüncələr xatirəmi araşdıraraq başa düşdüm ki, həmişə insanın qəfil fikirlərini və müəyyən hərəkətlərini ona kənar şər qüvvələrin müdaxiləsini güman etmədən başa düşməyin mümkünsüzlüyü fikrinə mübtəla olmuşam — Bu böyük etirafa görə bütün 19-cu yüzillik məni qızarda bilməz. — Nəzərə alın ki, mən öz fikrimi dəyişmək ya da öz-özümə zidd getmək həzzindən heç də imtina etmirəm.

Günlərin bir günü, əgər icazə versəniz, Honflerə gedərkən, mən Ruendə dayanaram, sizin mənə bənzədiyinizi və sürprzlərdən zəhləni getdiyini ehtimal edərək, mən sizə bir qədər qabaqcan xəbər verərəm.

Siz mənə deyirsiniz ki, mən çox işləyirəm. Bu, amansız istehzadırmı? Çox insan, məni saymadan, belə hesab edir ki, mən böyük bir iş görmürəm.

İşləmək, bu, dayanmadan işləməkdir, bu, duyğularsız, düşüncələrsiz  yaşamaqdır və bu, daim hərəkətdə olan saf iradədir. Bəlkə mən buna nail olaram.

Sədaqətli dostunuz

Ş. Bodler

Fransızcadan tərcümə

30.07. 18, Samara

Orijinal burda: https://www.deslettres.fr/lettre-de-charles-baudelaire-a-gustave-flaubert-travailler-cest-travailler-cesse-cest-navoir-plus-de-sens-plus-de-reverie/

ŞARL BODLRİN RİXARD VAQNERƏ MƏKTUBU

BaudelaireNadard-thumb

ŞARL BODLERİN RİXARD VAQNERƏ MƏKTUBU: «MƏN SİZƏ DEMƏK İSTƏYİRƏM Kİ, İNDİYƏCƏN ALDIĞIM ƏN BÖYÜK MUSİQİ HƏZZİ ÜÇÜN SİZƏ BORCLUYAM».

Şarl Bodler və ya  öz dövrünün dahilərini tanıya bilmək sənəti: Delakrua və Edqar Podan sonra Bodler  istiqamətini dəyişir və öz dövrünə rəğmən, Rixard Vaqneri xeyirdualayır. Bu məktub bir dahidən o biri dahiyə ünvanlanıb, onları ayıran hər şeyə baxmayaraq, Vaqner musiqisinin cazibəsiylə və bütövlükdə onun teatr sənəntiylə təsirlənmiş şairdəki sarsıntıdan xəbər verir. Və Sənətkar  sevincindən!

 

[Paris.] Vendredi 17 février 1860

Müsyö!

Mən həmişə belə təsəvvür etmişəm ki,  böyük sənətkar , o, nə qədər şöhrətə alışmış olsa da, səmimi komplimentə biganə qalmaz, əgər bu kompliment  minnətdarıq səsidirsə, əgər bu  səs bir fransıza məxsusdursa, xüsusən bu adama coşqun heyranlıq yaddırsa və doğulduğu ölkədə isə adamlar rəngkarlığı və poeziyanı musiqidən heç də yaxşı başa düşmürlərsə.

Hər şeydən əvvəl  mən sizə demək istəyirəm ki, mən sizə indiyəcən ala bildiyim ən böyük musiqi həzzi üçün borcluyam. Mən yaşda olan insan üçün məşhurlara məktub yazmaq xoş deyil və əgər hər gün sizin dühanızı hörmətdən salmaq səyləri ilə dolu olan məqalələr gözümə sataşmasaydı, sizə heyranlığımı məktubla bildirməkdə hələ də tərəddüd edərdim.

Müsyö, siz, barəsində qəlb ağrısı hiss etdiyim və vətənimə görə qızardığım ilk adam deyilsiniz. Nəhayət. mənim hiddətim məni sizə qarşı ehtiramımı bildirməyə təhrik etdi: mən öz-özümə dedim: mən bütün bu sarsaqlardam fərqlənmək istəyirəm.

İlk dəfə sizin əsərlərinizi dinləmək üçün italyan teatrına gedəndə mən heç də yaxşı ovqatda deyildim, hətta etiraf edirəm ki, yaramaz qabaqfikirliliklə doluydum, ancaq mənim bəraətim var; mən tez-tez aldanmışam; böyük iddialı şarlatanların musiqisini o qədər eşitmişəm ki. Mən sizinlə dərhal yenildim. Mənim nə keçirdiyim təsvirə gəlməz və əgər siz lütfən gülməsəydiniz, mən bunu tərcümə edərdim. Əvvəlcə mənə elə gəldi ki, mən bu musiqini tanıyıram, sonra isə fikirləşərək bu ilğımın hardan gəldiyini anladım; mənə el gəlirdi ki, bu musiqi mənimdir və mən onu  təyinatı sevilmək olan şeyləri insanların tanıdığı kimi tanımışdım. İtiağıl olmayan hər bir insana bu ifadə ölçüsüz dərəcədə gülməli görünər, xüsusən nəzərə alsaq ki, onu  mənim kimi musiqini bilməyənin birisi  yazıb ki, bütün musiqi təhsili  Veberin və Bethovenin bir neçə gözə fraqmentni eşitməklə (böyük ləzzətlə, bu, doğrudur) məhdudlaşır.

Məni hər şeydən çox sarsıtmış xüsusiyyət əzəmət idi. Bu  musiqi əzəməti təcəssüm edir, əzəmətə yönəldir. Mən sizin əsərlərinizin hər məqamında böyük səslərin təntənəsini , Təbiətin böyük aspektlərini və böyük insan ehtiraslarının təntənəsini tapdım. Sənə elə gəlir ki, sən harasa aparılırsan və sənin iradənə hakim var.  Ən qəribə və mənə yeni musiqi duyğusu aşılayan hissələrdən birinin təyinatı dini vəcdin təsviridir. Qonaqların tanışlığından yaranan və toy şənliyinin doğurduğu effekt ölçüsüzdür. Mən dərhal bizim həyatımızdan daha geniş olan həyatın əzəməttini duydum. Daha bir şey: mən tez-tez  əcayib bir təbiətə xas duyğu keçiridim, bu, qürurdur və anlamaq, nüfuz edilməyə açılmaq sevincidir, bu, həqiqi duyğu nəşəsidir və bu, havada uçmağa ya dalğalar üstündə sürüşməyə bənzəyir.

Və musiqidə eyni zamanda vaxtaşırı həyat qüruru dinirdi. Bütövlükdə bu dərin harmoniyalar mənə təxəyyülün nəbzini artıran oyadıcılara bənzəyirdi.  Nəhayət, mən həmçinin, və rica edirəm ki, gülməyəsiniz, ehtimal ki, mənim ruhumun təbiətindən və mənim daimi qayğılarımdan doğan duyğular yaşadım. Hər yerdə nəsə ucaldan və ucalan nəsə vardı, daha yüksəklərə qalxmağa çağıran  bir şey, nəfis və fövqəladə bir şey. Məsələn, rəngkarlıqdan alınma müqayisələrdən istifadə edərək  gözümün qabağına boğuq qırmızı rəngli geniş bir müstəvi gətirirəm, Əgər qırmızı ehtirasın təcəssümüdürsə, mən onun gəlişini tədricən görürəm və qırmızının və gül rənginin soba odunun allığına bütün keçimi ilə. Daha çox alovlanan nəyəsə çatmaq çətin və hətta qeyri-mümkün görünə bilər, ancaq son tutuşma ağ üstündə ağ şırım cızır ki, sonuncu fona çevrilir. Bu, əgər istəsəniz, özünün paroksizminə yüksəlmiş qəlbin fövqəladə qışqırığı olacaq.

Mən Tanheyzer və Loenqrinin bəzi hissələri ilə bağlı düşüncələrimi yazmağa başlamışdım, ancaq hər şeyi deməyin mümkünsüzlüyünü başa düşdüm.

Beləcə mən bu məktubu bitməyəcək qədər uzada bilərdim. Əgər siz məni oxusaydınız, minnıtdar olardım. Mənə qalan bir neçə söz əlavə etməkdir. Sizin musiqinizi eşitdiyim gündən mən özümə dayanmadan, xüsusən əhvalımın pis olduğu vaxtlar deyirəm: Əgər mən, ən azı, bu axşam bir qədər Vaqneri dinləyə bilsəydim!  Şübhə etmirəm ki, mənim kimi edən başqa adamlar da var. Nəticə etibarı ilə, siz məmnun olmalısınız ki instinkti jurnalistərin yaramaz elmindən daha ali olan insanlar var. Niyə siz yeni əsərlər əlavə etməklə daha bir neçə konsert vermirsiniz? Siz bizə yeni sevincləri dadızdırmısınız, bizi qalanından mərhum etməyə haqqınız varmı? Müsyö, daha bir dəfə sizə təşəkkür edirəm, siz məni özümə qaytarmısınız, ən vacibi də odur ki, ən xarab vaxtlarımda.

Ş.Bodler

Mən ünvanımı əlavə etmmirəm, çünki olan bilsin sizdən nə isə istəyə biləcəyimi düşünməyəsiniz.

fransızcadan tərcümə

iyul 2018, Samara

Orijinal burda:

https://www.huffingtonpost.fr/nicolas-bersihand/lettre-de-charles-baudelaire-a-richard-wagner_b_5103399.html