Архив тегов | Buzeyr kəndi

BAŞI BULUDA QALXAN…

                Buzeyrli  Ramiz Hüseynova

Başı buluda qalxan,

Qədim dağlar sizindir.

Tarixlər sızıb axar,

Bulaqların gözündən.

 

 

Meşələriniz qədim,

Çaylarınız qədimdir.

Yolu düşüb bu yerdən,

Bəlkə lap Adəmin də.

 

Əsrlərin izləri,

Məzar yazılarında.

Sizin tarixinizdən

Qədim  — bircə Zamandır.

 

 

Sən anbaan qanrılıb,

Baxma qüssəli fəqət.

Dalda əsrlər qalıb,

Öndəsə — əbədiyyət.

 

13 mart 2013 Samara