Архив тегов | Dante Cıhənnəm

DANTE. CƏHƏNNƏM. 16-CI NƏĞMƏ

(FRAQMENT)

1 Gəldiyimiz yerdə başqa çevrəyə

Düşən suyun səsi eşitdik gəlir.

Oxşayır arılar qaldıran küyə.

 +

4 O zaman üç gölgə işgəncələrin,

Yağışı altında keçən dəstədən,
Qoparaq  yeridi birgə irəli.

 +

7 Çığırdılar bizə yetişən zaman:

 “Dayan! Paltarından bilinir ki, sən,

Gəlmisən əxlaqsız bizim məkandan”.

 +

10 Ah, nə qədər köhnə, təzə yara mən,
Gördüm od yaradıb bədənlərində!

Yenə sarsılıram xatırlayarkən.

 +

13 Qışqırıq saxladı rəhbərimi də,

Dönüb mənə sarı dedi: “Hələ dur,

Onlara ehtiram göstərək həm də”.

 +

16 Ox kimi səpilib buranın odu

Əgər yaxmasaydı, deyərdim ki, mən,
Tələsən onlar yox, sən olmalıydın”.

 +

19 Biz dayandıq, köhnə şeiri yenidən,
Oxudular; biz sarı yüyürən zaman,

Üçü düşdü təkər şəklinə birdən.

 +

22 Necə mübarizə başlamamışdan,

Soyunub yağlanmış güləşçilər də,
Hərlənib gözləyir əlverişli an,

 +

25 Bunlar da hərlənib çevirirdilər,

Üzlərini mənə, boyunlar bu vaxt

Tərs dönür, ayaqlar tərs gedirdlər.

+

28  “Doğurursa miskin bu qumluq ikrah, —
Biri dedi, — biz, həm yalvarışımız,

Qaralıb üzlər də axı yanaraq,

 +

31 Nəzərə alaraq kim olmuşuq biz,

De kimsən, ki, sağ və sağlam olaraq,
Cəhənnəmdə belə açırsan sən iz…

italyancadan tərcümə

iyun 2023, Samara