Архив тегов | dost haqqında şeir

UİSTAN ODENİN BİR ŞEİRİNİN İKİ TƏRCÜMƏSİ

Uistan Oden (1907-1973)

 

      MATƏM BLYUZU

                                        Stop all the clocks, cut off the telephone

Saxlayın saatları, telefonları kəsin,

Şirəli sümük atın itlərə ki, hürməsin.

Sussun pianinolar, asta təbil səsiylə
Çıxarın cənazəni, yığılsın yasa gələn.

 +

Haray salsın uçarlar göydə dövrə vuraraq,

Bu ölüm xəbərini yazsın ağ buludlara.

Taxsın ağ göyərçinlər boynuna qara ipək,

Polislər yola çıxsın qara əlcək geyərək.

 +

Şərqimdi, Qərbimdi o, Cənubum, Şimalımdı,

Zəhmət dolu günlərim, istirahət anımdı.

O mənə söz, nəğmədi, o, gündüzdü, o, axşam,

Mən əbədi bilirdim sevgini. Yanılmışam.

 +

Ulduzlar göz oxşamır, ulduzları söndürün,

Açıb-atın günəşi, ayı büküb endirin.

Qırın-tökün meşəni, qurudun okeanı,

Yaxşı nə var qabaqda? Daha ölüb inamım…

 

 

Ingiliscədən tərcümə: X.X.

               Sent. 2012, Samara

 

++++++++++++++++++++

 

HEDLİ ANDERSON ÜÇÜN İKİ NƏĞMƏ

 

I

Saatları saxlayın, telefonları kəsin,

İlikli sümük atın, itin kəsilsin səsi.

Sussun pianinolar, qoyun təbili dincə,

Cənazəni çıxarın, yığılsın idicilər.

 +

İniltiylə hərlənsin baş üstündə uçarlar,

Bu ölüm xəbərini aləmə çəkərək car.

Ağ məmur köynəyinə vurulsun qara düyün,

Qara əlcək geyinsin yol polisləri bu gün.

 +

Şimalımdı, Şərqimdi, Qərbimdi, Cənubumdu,

İşçi həftəmdi, həm də istirahət günümdü.

Gündüzümdü, gecəmdi, o – söhbətim, o – nəğməm,

“Sevgi ölməz!” deyirdim, yanılırmışam demə.

 +

Ulduzları neynirəm – işıqları üşüdür,

Ayı büküb bağlayın, söndürün günəşi də.

Qoy okean qurusun, qoy od düşsün meşəyə,

Bu dünyada ümid yox daha yaxşı bir şeyə.

 

ingiliscədən tərcümə

10.11. 2012. Samara

 

CORC BAYRON. TOMAS MURA

Sahilə bağlandı qayığım artıq,
Tezliklə dənizə çıxaсaq gəmim.

Tom Mur, yetişməmiş ancaq ayrılıq,

Sənin sağlığına istərəm içim.

 +

Məni sevənlərə — çəkdiyim bu ah
Nifrət edənlərə gülümsünürəm.

Göy başımız üstdə necə olsa da,

 Ürək qılıqlıdır hər kəsə hər dəm.

 +

Gurlayır okean həndəvərimdə,

Mənzilə aparar o məni hərçənd.

Ətrafım səhralıq olsa, yenə də,
Çeşməsi tapılar içilə bilən.

 +

Bircə damcı belə olsa da onda,

Mənisə suszluq salsa da əldən,
Nəfəs zəifləyib kəsilən anda,

Onu sağlığına içərdim hökmən.

 +

Mən  o giləni də bu şərab kimi,

İçərdim adını xatırlayaraq.

Sənə də, mənə də arzum -əminlik,

Tom Mur, sağlıındır diləyim ancaq.

 

iyul 1817

ingiliscədən tərcümə

20. 02. 2025, Samara

QEYD:

Tomas Mur (Thomas Moore, 1779–1852), yazıçı və musiqiçi

++++++++++++++++

GEORGE BYRON
To Thomas Moore

 

My boat is on the shore,

And my bark is on the sea;

But, before I go, Tom Moore,

Here’s a double health to thee! Читать далее

ROBERT. BERNS CON ANDERSON

Robert Burns

1.

Con Anderson, əziz Co, yadımdadır,

Bir zaman səninlə tanış olanda
Qətran tək saçların sənin qaraydı,

Qırışsız, hamardı gözəl alın da;

Qaşların seyrəlib sənin indisə,

Qar kimi dümağdır, saçın, görürəm,

Təki ağ başına bəla gəlməsin,

Co Anderson, sevinc bəxş edən həmdəm.

2.

Con Anderson, mənə sevinc idin sən,
Birgə dırmaşardıq biz təpələrə,

Günümüz keçirdi bəxtəvər və şən,

Yormadı ünsiyyət bizi bir kərə.

Vaxtdır indi gedək üzüaşağı,

Əl-ələ verərək düşərik hökmən.
Yatarıq yamacda uşaq sayağı,

Dostsan, Con Anderson mənə, sevincsən.

ingiliscədən tərcümə

03-04. 08. 2024, Samara

 ++++++++++++++

ROBERT BURNS

John Anderson

John Anderson my jo, John,
When we were first acquent,
Your locks were like the raven,
Your bonie brow was brent;
But now your brow is beld, John,
Your locks are like the snaw,
But blessings on your frosty pow,
John Anderson my jo!
Читать далее

ROBERT BERNS. DOST HAQQINDA

Robert Burns

Şərəfli bir adamdı uyuyan bu məzarda,

Tanrı rəhməti çatsın hamı kimi ona da.

İnsanı sevirdi o, doğrunu sevirdi həm,

Müəllimdi gənclərə, ahıllarasa həmdəm.

Saflığıyla seçilən nadir ürəyi vardı,

Bilikli başı kimi çox az baş tapılardı.

Cənnətdir yeri hökmən, varsa o dünya əgər,

Bunu yaxşılaşdırıb o, gücü çatan qədər.

1783

ingiliscədən tərcümə

12.06. 2024, Samara

≈=============

Robert Burns

ON A FRİEND

An honest man here lies at rest,

As ever God with his image blesst.

The friend of man, the friend of truth,

The friend of age, and guide of youth.

…EV №26, DOSTUM CƏFƏRƏ

Elə həminkiyəm, bilmək istəsən,

Sıravi qocanın adi həyatı.

Pensiya ödəyir rus hökuməti,

Çatar boğazacan yeyib-içməsən.

 +

Rus davam eləyir müharibəyə,
Yekdil dəstəkləyir Putini də xalq,

Milyonlar ölümə gedir qalxaraq,
Kim ayrı söz desə, gedir türməyə.

 +

Mən heç danışmıram — ayrı söz nədir! —
Dilim dinc həmişə, başım aşağı.

Ya “bəli” deyərən, ya “yox” uzağı,

Sükut içində də günlərim gedir.

 +

Ömür də uzandı gözlənilmədən,
Gün var, həvəssə yox gün keçirməyə,

Bilmirsən cəzadır yoxsa hədiyyə.
Bu haqda özün nə fikirdəsən sən?

 +

Yetişdim yetmişə — bu rəqəm çətin,
Ali riyaziyyat məsələsindən.
Dolaşıb qalıram, çünki kütəm mən,
Qəlbdə, həm beyində ağrısa kəskin…

 +

Doğrultdum əsaslı şübhələrini,

Mənə əzizlərin və yaxınların,

Qaçmadım dalınca adın və varın,
Haqlıdır “uğursuz” görənlər məni.

 +

Təkcə uzaq deyil, yaddır həm Vətən,

Unudulur, ölür nə yazıramsa.
Özüm yaşayıram, canlııyam, sağam,

Nə etmək, belə bir klassikəm mən…

07.11. 2023, Samara