Архив тегов | Elnur Şükürov hökm

MƏLAHƏT ZEYNALLI: BƏDBƏXT, MİSKİN, HƏM DƏ RƏZİL…

Məlahət Zeynallı

Bu günlərdə dünyanın ən müxtəlif ölkələrində, hətta indiki Rusiya ilə düşmən münasibətdə olan ölkələrdə iki rus qadınının çıxışı milyonlarla insanda bir vaxt Qaqarinin kosmosa uçuşu kimi Rusiyaya rəğbət və onun gələcəyinə ümid oyatdı. Mən Aleksey Navalnınına nası Lyudmila İvanovnanın və arvadı Yuliya Borisovnanın çıxışlarını nzərdə tuturam. Ən əziz adamları dövlət tərəfindən qətlə yetirilmiş bu qadınlardakı nümunəsiz mərdllk, ləyaqət, prinsipiallıq, mübarizlik heyrət və fövqəladə hörmət doğurur.

Məlahət Zeynallının əri öldürülməyib, ancaq uzunmüddətli həbs cəzası alıb. Məhkəmə qərarından sonra jurnalistlər qarşısında çıxış edir. Bu çıxışın müəyyən tonallığı, emosionallığı, əlbəttə, başa düşüləndir. Ancaq Məlahət Zeynallının nə dediklərinə diqqət yetirəndə quruyub qalırsan: bu qadının başına hava gəlib ya fövqəladə sitüasiya onun əsl üzünü açıb?

Məlahət Zeynalova ərinin həbsində məmurları təqsirli bilir.

“İlham Əliyevin bu məmurlara gücü çatmır…”

“Prezident deyirt ki, biz özümüzü türk dünyasında yaxşı görürük.

Mən burda Amerikanın, əlini gördüm, Qərbin əlini gördüm, Rusiyanın əlini gördüm ham Azərbaycanın, Türkiyənin əlini görmədim”.

Burda güləsən ya ağlayasan? Amerika hara, Əvəz Zeynallı hara? Daha doğrusu, Amertika harda, Əvəz harda? Əvəzi, məlum olduğu kimi, restoranda saxlamışdılar. İki havayıyeyən gədə ilə — İlkin Rüstəmzadə və Kəramət Böyükçöllə yeyib-içəndə. Məlahət Zeynallı Baydeni bu gədələrə qatır?

Sonra Məlahət xanım deyir:

“Elçin Sadıqov fetoçulara işləyir, onu bilirəm.

Azərbaycan hakimiyətrinin içərisində də adamlar var ki, fetoçulara işləyirlər

Bunu birmənalı olaraq, kimə lazımdırsa, məni çağırsınlar sübut eləyim.”

Fetoçular kimdirlər, onlar Azərbaycanda necə işləyirlər və ya məmurlar onlara necə işləyirlər? Buynuzları və quyruqları varmı? Məlahət Zeynallının kəşfiyyat xidməti var? Fetoçuları tanıyırdısa, indiyəcən niyə açıb demirdi?

Sonra deyir:

“Fetoçular bu gün bu ağır cinayət məhkəməsində qalib gəldilər”.

Yox, bu qadının başına hava gəlməyib, o, saman çöpündən yapışır, hanssa fantastik fetoçuları Əliyevə təhvil verməklə Əvəzi buraxdırmaq istəyir. On, on beş, lap əlli adamı tutdurmağa hazırdır. Yəqin qızları da Türkiyədə ştatdankənar agentdirlər, fetoçuların izinə düşüb tutdururlar. Türkiyədə fetoçuların növbəti dstəsinin tutulduğunu eşitsəniz, bilin ki, Əvəz Zeynallınn qızları tutdurublar…

Jurnalist arvad Məlahət Zeynallıya sual verir:

“Elçin Sadıqov on dörd il ailə vəkiliniz olub, bilirdiniz fetoçudur?”

Cavab:

“Biz təxmin eləyirdik…”

Bu, komediyadlr, sketç-şoudur?

Jurnalist arvad:

“Bəs niyə aralanmırdınız?”…

Haqlı sualdır. Ancaq sual janrın kanonlarını pozur…

İkinci personaj. Elnur Şükürovun atası. Gündən-günə əfəlləyən bədbəxt ata.

“Cənab prezidenti elə alıblar mühasirəyə ki, ona söz çatmır…”

A kişi, sözün var, söz danış. Əliyevi telefonunda İnternetə girib günün xəbərlərini oxumağa qoymurlar?

Şükürov-ata sonra deyir:

“Bunların qanında türk qanı yoxdur, türk qanı olsaydı, belə olmazdı…”

A kişi, elə bunlar əsl türkləridir. Öz vətəndaşlarına türk dövlətlərindən  amansız dövlət varmı? Bax Türkmənistana, Türkiyəyə, Özbəkistana… Çuğullamaq, şərləmək, tutdurmaq da əsl türk xassəsidir. Türküm etalonunu yaratmaq istəsələr, Eynulla Fətullayevi model kimi götürə bilərlər….

Məlahət xanım, əlbəttə, bətbəxtdir. Ancaq, etiraf edək ki, həm də rəzildir…

Məlahət Zeynallı, əri iki havayıyeyən gədə ilə restoranlarda yeyib içəndə, gərək onun qoparağını götürəydi, deyəydi bu pullar səndə hardandır, jurnalistsən, səhər işə gedəndə naharını düyünçədə apar, orda gəvələ, Türkiyədə iki uşaq oxuduruq, bahalı maşın sürürük, valideynlər xəstə…

Deməyib…

Əvəzin qardaşı deyir ki, uzun müdət polis işləyib, bir manat rüşvət almayıb.

Eh… Azərbaycan, Azərbaycan…

X.X.

27. 02. 2024, Samara