Архив тегов | Elşad Raquf oğlu Abbaszadə

TANIŞ OLUN: MÜASİR VƏ QABAQCIL AZƏRBAYCAN MÜƏSSİSƏSİ

 

Azərbaycanın cənnət güşələrinin birində müasir texnologiyalı qabaqcıl müəssisə var. Burda yüzlərlə insan qadınlı-kişili üçnövbəli iş rejimində yorulmaq bilmədən çalışırlar. Müəssisə ölkə üçün strateji va taktik cəhətdən ən vacib məhsul buraxır. Bu məhsulun adı “üçüncü dərəcəli medal”dır və bu medalla ermənilərin öldürdüyü əsgər və zabitlərimiz təltif olunurlar. Ölən əsgərlərimizin sayı gün-gündən artsa da, zavod əməkçilərinin fədakar əməyi sayəsində onların hamısına medal çatdırmaq olur, indiyəcən heç bir şəhid medalsız qalmayıb. Ölkə rəhbərliyi müəssisə işçilərinin əməyini yüksək qiymətləndirib, onların içində “Şöhrət”, “Qeyrət”, “Namus” ordenlərinə layiq görülmüş insanlar var. Ölkədə Gül bayramının yaxınlaşması ilə əlaqədar olaraq müəssisə yeni öhdəliklər götürüb bə plandan əlavə çoxlu medal hazırlamağa söz veriib.

Müdafiə naziri Zakir Həsənov tez-tez zavoda baş çəkir. Bu yaxınlarda müəssisəyə prezidentin gələcəyi gözlənilir.

Mirzə ƏLİL

28.03.2016 Samara

 

ANS YENƏ ŞƏHİDİN CƏNAZƏSİNİ ÖZ REKLAMIYLA DAMĞALADI

ELŞAD ABBASZADƏ 27.03.2016 13-57-39

Bu, dünən Tərtərdə dəfn edilmiş şəhid əsgər Elşad Abbaszadənin şəklidir. Sinəsinin üstündə də ANS-in reklamı. Bu binamus, şıərəfsiz, doğma analarını satmağa hazır zurnalistlər intizarla gözləyiirlər ki, ermənilər bizim əsgərlrimizi öldürsünlər, onlar da meyidlərə öz reklamlarını yerləşdirsinlər.

Lənətə gələsən, belə ölkə!

ZAKİR HƏSƏNOVDAN KASIBLARA YASPAYI: ÜÇÜNCÜ DƏRƏCƏLİ MEDAL…

“Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib”.

Bu xəbəri yaxşı oxuyun: Elşad Abbaszadə həlak olub! Yəni həyatını itirib! Valideynlərinin ürəyinə dağ çəkilib, bundan sonra onların günü qara olacaq!

İndi “dərin hüznlə” başsağlığı verən Müdafiə Nazirliyinin verdiyi mükafata baxın: üçüncü dərəcəli medal!

Oğru məmurlara, «ailə» üzvlərinə gen-bol medal paylanır, layiq olmadıqları adlar verilir, iki eşşəyin arpasını bölə bilməyənlər akademik olurlar, həyatını vətən yolunda itirmiş əsgərə medal verirlər. Özü də üçüncü dərəcəli!

“Hərbi xidmətdə fərqənməyə görə!” A vəhşilər, ölmək fərqlənmək deməkdir? Sizi hansı ana doğub, hansı müəllim sizə dərs verib?

Ay vəhşilər, belə medal gərək əsgərlikdə burnu qanayana, zökəm olana,ayaqlarında göbələk yaranana verilə. Bu uşaq həyatını itirib! Doyunca yaşamağa macal tapmamış, doyunca sevinc tapmamış, valideynlərini sevindirməmiş!

Və necə yəni «xidmətdə fərqlənməyə görə»? Təlim vaxtı on güllədən doqquzunu hədəfə vuran fərqlənər. Bu uşaq ölüb! İndi Azərbaycanda ölümün adı «fərqlənmə» olub?

Kimin yolunda ölüb bu əsgər? Onun həyatını üçüncü dərəcəli medala bərabər tutan Zakir Həsənovun? 1992-ci ildə baş nazir müavini olanda Xocalını vermiş Artur Rəsizadənin? Bakı küçələrində bahalı maşınlarda fironluq edən nazir balalarının? Həyatı gecə klublarında və teleşoularda keçən pozğunların?

Əgər vətən, xalq yolunda ölübsə, niyə üçüncü dərəcəli medal?

Bu, kasıbın yaspayısıdır?

Zakir Həsənov! Səni Allahın qəzəbi tutsun!