Архив тегов | Fətulla Gülən

FƏTULLA GÜLƏN LAZIM ADIYLA AZƏRBAYCANA GƏLİB ƏLİ KƏRİMLİYLƏ GÖRÜŞÜRMÜŞ!

Etibarlı mənbələrdən məlum olub ki, Fətulla gülən son illərdə dönə-dönə Azərbaycana gəlib və Əli Kərimliylə görüşüb. Əlbəttə, ortaya sual çıxır: Gülən Azərbaycan sərhədinin necə keçə bilib? Sualın cavabı sadə olduğu qədər də mürəkkəbdir: Gülən Azərbaycan sərhədini Lazım adıyla keçirmiş! Bəli, bu zalım oğlu sərhədçilərə deyirmiş ki, mən Lazımam və gedirəm möhtərəm prezident əlahəzrət İlham Əliyevlə görüşməyə! Sərhədçilər də onun Lazım olduğuna inanıb buraxırlarnış!

İndi başqa bir sual çıxır: bəs əsil Lazım hardadır? Bu sualın cavabı sadə, ancaq faciəvidir: əsil Lazımı Gülənin adamları ələ keçirib Pensilvaniyada elə gizli yerdə saxlayırlar ki, ABŞ hökuməti də tapa bilmir!

Belə-belə işlər, qırılmasın keşişlər…

Mirzə ƏLİL

26.06.2016

 

BUNA SƏBƏB GÜLƏNDİR…

Kəndinin qazı yoxdur? –

Buna səbəb Güləndir.

Tapılmır nə də doxdur? –

Buna səbəb güləndir.

 

Bazarda bahadır ət –

Buna səbəb Güləndir.

Meyvə-tərəvəz qəhət –

Buna səbəb Güləndir.

 

Məhəlləmizdə yasdı –

Buna səbəb Güləndir.

Qonşu özünü asdı –

Buna səbəb Güləndir.

 

Müəllim az maaşlı –

Buna səbəb Güləndir.

Dərs deyir gözü yaşlı –

Buna səbəb Güləndir.

 

Bağlıdır həkimxana –

Buna səbəb Güləndir.

Xəstə gedir İrana –

Buna səbəb Güləndir.

 

İşıq, su bahalaşdı –

Buna səbəb Güləndir.

Arvad ərlə dalaşdı –

Buna səbəb Güləndir.

 

Nazir başa bəladır –

Buna səbəb Güləndir.

Polis xalqı mələdir –

Buna səbəb Güləndir.

 

Prezident ömürlük

Buna səbəb Güləndir.

Lap açığı – ölürük! –

Buna səbəb Güləndir!

 

22.08.2016 Samara

 

 

 

AZƏRBAYCANDA YENİ SÖZ: MAYGÜLƏN

Azərbaycanda dildəki doğma sözlərin türk sözləri ilə əvəz olunması davam edir. Son vaxtlar dilimizdəki ən qədim və ən zəngin məna tutumlu sözlərdən biri olan “maygülü” sözü “maygülən” sözü ilə əvəz edilir.

Şayiə var ki, guy “maygülən” sözünü ilk dəfə İlham Əliyev işlədib, özü də bu sözü Mirşahinə deyib. Mirşahin ANS üçün diz çöküb xahiş edəndə, prezident ona bir təpik vurub deyib: “Get, get, sən maygülən imişsən!”

İndi bu sözdən siyasi debatlarda da geniş istifadə olunur. Yapçılar cəbhəçilərə “maygülən” deyirlər, cəbhəçilər də yapçılara.

“Maygülən” sözü xalq arasında da yayılmaqdadır. Bir kənddə bir oğlandan bir qıza elçi gəlib. Qız razı, qızın anası razı, qızı atası razı, ancaq qızın qardaşı deyib ki, bacımı bu oğlana versəniz, özümü cıraram. Deyiblər a bala, özünü niyə cırırsan, oğlan yaxşı oğlandır, ağlı başında, gözəl-göyçək. Qızın qardaşı deyib yox, siz onu yaxşı tanımırsınız, o, maygüləndir…

Ancaq  demək olmaz ki, “maygülən” sözü “maygülü” sözünü tamamilə sıxışdırıb dilimizdən çıxarıb. Hələlik bu iki sözün paralel işləndiyi müşahidə olunur. Məsələn, müsavatla cəbhə arasında debatlarda “maygülü” sözünə üstünlük verilir. Bu nəticəyə gəlmək olar ki, hələlik xalqımız ciddi seçim qarşısındadır. Maygülü ilə maygülən arasında…

18.08.2016

 

 

“QAFQAZ” ALTIMDADIR…

Konstitusiya dəyişiklikləri, “Qafqaz” universitetinin bağlanması ölkədə çoxdan gedən deqradasiyanı tamamlayır, ölkənin xüsusən gənc vətəndaşlarını gələcəyə hər cür ümiddən mərhum edir. Bundan sonra vətəndaşların bütün zəhmət və səyləri fərdi səadətə və ölkənin mənafeyinə yox, Ailənin maraqlarına xidmət edəcək. Gənclərin əlindən “Qafqaz”ın alınması rəmzi hadisədir, əslində bu hərəkət ölkənin vətəndaşlardan alınmasını əyaniləşdirən sübut və faktlardan biridir.Mənə elə gəlir ki, Azərbaycan üçün heç bir ümid qalmadı. Ermənilər üçün ümid var, Ermənistan etnik və konfessionl cəhətdən monolitdir və heç bir çaxnaşma bu ölkənin əsaslarını sarsıda bilməz. Azərbaycanda isə üz vermiş fəlakətlə hər hansı fəal mübarizə ölkənin dağılması ilə nəticələnəcək.
Çox təəssüf…
20.07.2016
Anapa — Cemete

qafqaz 2

НАПАРНИК

Надо, Федя

-Фатулла, может, не надо?

— Надо, Реджеп, надо!

GÖZZƏL TÜRMƏLƏRİMİZ OLACAQ

Azərbaycanda bağlanan  türk məktəblərinin binaları türməyə çevriləcəklər ki, bu da çox müsbət haldır. Çünki bu məktəblərin yaxşı şəraiti var, bundan belə çoxsaylı Azərbaycan dustaqları qərb standartlaırna uyğun şəraitdə cəza çəkəcəklər.

FƏTULLA VƏ FƏTULLAYEV

Azərbaycanda nurçulara qarşı geniş mübarizə başlanıb. Nəhayət, Lazım gəlib çıxıb Azərbaycana, ancaq prezidentə məsləhət görüb ki, erməni işğalçılarından qabaq nurçularla mübarizə lazımdır, çünki ermənilər nurçulara baxanda adam balasıdırlar, quzudurlar.

Mübarizə şiddətli olduğu kimi həm də çətindir, çünki nurçu alnına yazmayıb ki, o, nurçudur, qoluna da əski parası bağlamayıb. Buna görə nurçunu şiədən, sünnüdən, namuslu-qeyrətli məmurlardan, şərəfli zabitlərdən, ölkə dayağı olan varlılardan və varlıların gül balalarından seçmək çətindir. Düzdür, deyirlər ki, nurçular körpə uşaqları oğurlayıb qanlarını içirlər, ancaq onları hadisə yerində tutmaq çətindir, çünki çox fəndgirdirlər. Bəzilərinin dediyinə görə, nurçuların quyruğu olur, ancaq bu quyruq da göz qabağında deyil, gərək insanı saxlayasan, cibinə tiryək atasan, soyundurasan. Bir sözlə, Azərbaycan dövləti çox mürəkkəb bir vəzifəni həyata keçirir və bu işdə yaxşı ki, jurnalistlər köməyə gəlirlər. Məlumdur ki, jurnalistlər çox nadir iy bilən olurlar. Nurçulardan isə xüsusi bir iy gəlir. Buna görə də poluis nurçu axtarışına çıxanda özüylə jurnalist götürür. Əvvəllər it götürürlərmiş, ancaq itlər çaş-baş qalıb nurçu yerinə şiə, vahhabi, cünnü, sələfi, oliqarx, gömrükçü  saxlayırmış. Jurnalistlər isə təsadüfi hallarda səhv edirlər. Ən yaxşı iy bilən jurlalist isə Eynulla Fətullayevdir. Nurçunun iyini bir neçə kilometrdən duyur və ipini qırıb götürülür. Polislər də onun dalınca. Eynulla bəy bir dəfə də çaşmayıb və tutduğu vətəndaşların hamısı nurçu çıxıb. İndi bütün Azərbaycan xalqının gözü Eynulla Fətullayevdədir. Eynulla bəyin himayəsinə xeyli jurnalasit verilib ki, onlarla təlim keçsin. Deyirlər ki, Azərbaycandakı bütün nurçular tutulandan sonra Eynulla Fətullayev Türkiyəyə gedəcək. Ərdoğan Bakıya gələndə İlham Əliyevə deyib: “Bu oğlanı ver bana bir-iki aylığa, İlham qardaş, yoxsa nurçular məni yıxıb sürüyəcək və bəlkə başıma pislik də gətirəcəklər”.

Uğurlar, Eynulla bəy! Ağart xalqımızın üzünü! Tanrı sənin burnunu bizə çox görməsin!