Deputat Fəzail Ağamalı yenə ülgücünü itiləyib, indi də Mark Zukerberqin qulağını kəsmək istəyir.
Архив тегов | facebook
EMİN MİLLİNİN FANATLARI, HARDASINIZ?
Facebook-da Bakıda, İsmayıllıda tuttulanlardan məlumat tapmaq çətindir – ya da mən şəbəkənin Azərbaycan seqmentinə yaxşı bələr deyiləm. Təəssüf ki, tutulanlara dəstək kimi, kütləvi aksiyalar qalsın, nəinki piketlər də keçirilmir, hətta onların həbsinə yazılı etiraza da çox adamın cəsarəti çatmır. Demaqoqluq isə, gözəl söz deyib özünü “bəyəndirmə” cəhdləri isə kifayətdən də artıqdır… Emin Millinin şəbəkələrdəki “fanatları” hardadırlar? Onların sayı, deyəsən, bir neçə mindir.
Ey, hardasınız?
FACEBOOK «DOST»LARI
Mənim Facebookda yüzdən bir qədər artıq “dostim” var. Əllidən çoxunu tanımıram, şəxsən tanımağı demirəm, ümumiyyətlə tanəmıram, bu adamlar mənə “dostluq” təklifi göndərəndə “salam” da yazmayıblar…
Bu yaxınlarda WORDPRESS-də açdığım bloqa köhnə yazılarımı, tərcümələrimi, burda çıxardığımız qəzeti qoyuram və bunları eyni vaxtda Facebookda da yerləşdirirəm. Bloqun çox ətraflı statistikası var: hansı ölkədən neçə nəfərin və nə oxuduğu göstərilir. Baxıram: Rusiya – 0, Azərbaycan – 0, ABŞ – 6. Dünən hələ Fransadan bir nəfər olub. Mənim ABŞdan və Fransadan “dostum” yoxdur, bu adamlar yəqin ki, dil üçün qəribsəmiş hamvətənlərdir. Demək istəyirəm ki, Facebookdakı yüz “dost”dan heç kim bloqa girməyib, yəni ki yazılar – Rembodan, Axmatavodan, Tyütçevdən tərcümələr onları maraqlandırmır. İndi öz-özümdən soruşuram: bu adamlar mənim nəyimə lazımdır?
Yüz “dost” indi İnternet üçün heç orta göstərici deyil, bir neçə yüz, bir neçə min “dost”u olanlar var. Əgər bu adamlar arasında ünsiyyət yoxdursa, “dostluğun” mənası nədir? Əgər ünsiyyət varsa, bu adamlar öz yaxın adamlarıyla, qardaşlarıyla, bacılarıyla, ərləriylə, arvadlarıyla danışmağa haçan vaxt tapırlar…
Bunları yazıram və bilirəm ki növbət salamsız-kalamsız “dostuq” təklifi gələndə yenə “təstiqlə” düyməsini basacağam…