Архив тегов | Götenin şeirlöəri\ayrılıq haqqında şeirlər

İOHAN GÖTE. AYRILMA

Qoy indi gözlərim əlvida desin

Yox sözü deməyə dilimdə qüdrət.

Ayrılıq anını yaşamaq çətin,

Əzmim, iradəm var, kişiyəm hərçənd.

Hüznü artıq olar yetişən anın,

Dəyişər sevginin şirin rəhni də:

Üşüdər öpüşü dodaqlarının,

Titrəyiş duyulmaz daha əlində.

Ani təması da dodaqlarının.
Ah, məni necə də sevindirərdi!

Martın əvvəlində belə şadlanır

Qəlbimiz, bənövşə görüb dərəndə.

Çələng toxumuram sənə mən daha,

Daha qızılgül də dərmərəm sənə.

Sevimli Franzxen, gəlsə də bahar,
Mənim ürəyimdə payızdır yenə.

1770

almancadan tərcümə

  1. 04. 2022, Samara

+++++++++++

Johann Wolfgang von Goethe

Der Abschied

Lass mein Aug den Abschied sagen,
Den mein Mund nicht nehmen kann!
Schwer, wie schwer ist er zu tragen!
Und ich bin doch sonst ein Mann.
Читать далее