
«A qız, bura türmə demək günahdır! Mənim kabinetimdə heç belə şərait yoxdur! Yerin Salyandır, vallah! Gözəlləşmisən bura girəndən! Adın Gözəl idi, indi özün də gözəl olmusan! Buranın rejimi ölünü dirildər! Qıraqda olanlar yaman gündədirlər. Biri mən. Əlahəzrət prezident olmasa, o dünyalıq olaram. Bir yerim sızıldayan kimi həkimləri tökür üstümə, biri daldan, biri qabaqdan, düzəldirlər birtəhər. Dayan görüm, əlahəzrət prezident zəng edir. Əlahəzrət prezident? Hə, Gözəlin yanındayam! Durumu? Durumu gözəl! Oturumu da gözəl! Təki elə bütün oturanların oturumu belə gözəl ola! Şikayəti yoxdur. Çox minnətardır sizə, əlahəzrət prezident!.Əli Kərimlidən ötrü darıxır. O da gələcək bura? Lap yaxşı, lap yaxşı… Gördün, əlahəzrət özü maraqlanır, Əli Kərimlini də deyir gətirəcəklər bura, bir yerdə olmasanızda, yaxında olacaqsınız… Gözəl, vallah, sənin şəraitini o qədər bəyəndim ki, heç getmək istəmirəm. Ancaq gərək gedəm. Xarici jurnalistlərlə görüşməliyəm. Sənin qabağınca Əfqan Muxtarlıya dəydim. O da çox yaxşılaşıb, düşüb rejimə, əlahəzrət prezidentimizə sağ ol deyir ki, onu Gürcüstandan bura gətirdib, deyir Gürcüstanda qalsaydım, yemək-içməkdən ölmüşdüm…»