Архив тегов | günəş

Fet. HƏLƏ Kİ DADLI NƏŞƏLƏRLƏ BAHAR…

A.A. FET

 

Hələ ki dadlı nəşələrlə bahar,

Görünməyir, ona həsrət el-oba.

Hələ qarla doludur yarğanlar,

Buzlu yollarda hələ hay qoparar,

Günəş oyanmamış ötən araba.

 

Günorta qızdırır günəş azacıq,

Gızarır bir cökə erkən oyanıb.

Saralır indi-indi tozağacı,

Və hələ nəğməli bülbül dil açıb,

Oxumur bir garağat üstə gonub.

 

Oyanışdan fəgət səhih xəbəri,

Geri dönən bu durnalar gətirir.

Göz tikib onlara çöllər gözəli,

Yanaqlarında şaxtanın əməli,-

Baxışlasrıyla oxşayıb ötürür.

1854

Delviq. ROMANS

                                                  A.A. DELVİQ

            

Nə gözəl gün, nə səadət dolu dəm!

Həm günəş, həm sevda!

Çəkilib kölgə gedir çöllərdən,

Yenə könlüm işıqla dolmaqda.

Oyanın çöllər, oyanın meşələr,

Həyat eşqi hamını yandırsın.

Mənə məxsusdur o, əlbəttə, mənə,

Məni könlüm buna inandırdı.

Ah, qaranquş, qısılıb pəncərəyə,

Nə ötürsən şən-şən?

Yoxsa yaz eşqi səni yaxdı deyə,

Oxuyursan bu cür məhəbbətdən?

Ah, uzaq məndən, elə sənsiz də,

Aşiqi eşqin odu yandırdı.

Mənə məxsusdur o, əlbəttə mənə,

Məni könlüm buna inandırdı!

1820-ci illər

BAŞ ÜSTÜNDƏ GÖY ÜZÜDÜR…

Baş üstündə göy üzüdür,

Torpaq bizdən aşağı.

Hələ dolar gözümüzə,

Günəş, ulduz işığı.

 

Bədən isti, canda həvəs,

Hələ ürək döyünür.

Gedir-gəlir hələ nəfəs,

Ruh danışır, dil dinir.

 

Necə şirin, necə dərin,

Olursa da yuxumuz,

Ayılırıq, dirilirik,

Banlayınca bir xoruz.

 

Bütün bağın, çəmənliyin,

Bütün gülü, çiçəyi,

Bircə matəm çələnginə,

Toxunmayıb hələ ki.

 

Bükülməsin, anam, bacım,

Qollarınız sinədə.

Hələ dayaq ehtiyacı,

Çiyinlər var nə qədər!..

2003-cü ilin payızı, Samara