Архив тегов | günah haqqında şeir

ROBERT BERNS. ÖLÜMÜ GÖZLƏRKƏN EDİLƏN DUA

Robert Burns

                      1.

Ey naməlum Qadir, səbəbi sənsən,

Mənim qorxumun da, ümidimin də.

Yaxın saatlarda elə bəlkə mən,
Gəlib dayanaran sənin önündə.

                   2.

O yolları ki, mən getdim həyatda,
Yaxın düşməyəydim onlara gərək.
Bir səs ürəyimdə, ucadan hətta,
Dinirdi, qınaqlı nəsə deyərək.

                     3.

Sən oldun mənə bu surəti verən,

Ehtiraslar verdin möhtəşəm, odlu.

Onların cadulu səslərinə mən,
Haçan qulaq asdım, itirdim yolu.

                   4.

Öz zəifliyimlə nə vaxt yenilsəm,
Qoysam ayağımı qırağa yoldan.

Hərəməlixeyir, bunu gizlə sən,

Bürüyüb zülmətə – sənə bu asan.

                   5.

Əgər niyyətimsə günahım harda,
Ayrı bir istəyim yox onda səndən.

Fəqət sən Yaxşısan, bağışlamaqda,
Sənin Yaxşılığın görünür hökmən.

1781

ingiliscədən tərcümə

20-21. 05. 2024, Samara

 ++++++++++++++

Robert BURNS

A Prayer in the Prospect of Death

                      1.

O Thou unknown, Almighty Cause
Of all my hope and fear!
In whose dread presence, ere an hour,
Perhaps I must appear!
Читать далее