Архив тегов | Hacıbala Abutalıbov

BU ADAM ALÇAQDIR YA ALÇAQ DEYİL?

ÇİNGİZ ABDULLAYEV.jpg

Elə dünən Çingiz Abdullayev deyirdi ki, Yazıçılar Birliyinin “26” adlanan kafe ilə heç bir əlaqəsi yoxdur. Merin cavabından sonra bu gün deyir ki, kafe sahibləri Yazıçılar birliyi ilə müqavilə bağlayıblar.

Bu adam alçaqdır ya alçaq deyil?

Çingiz Abdullayev deyir ki, kafenin maliyyə direktorunun atası və qardaşı şəhiddirlər…

Əlbəttə, kafe sahibləri atası və qardaşı şəhid adam tapıb kafeni onun adına yazıblar. Yəqin belədir. Çingiz Abdullayev də indi iki şəhidin xatirəsiylə pərdələnir…

Bu adam alçaqdır ya alçaq deyil?

«AĞLINIZI BAŞINIZA YIĞIN, NƏ YANMAQ…»

горящее здание

“BALA, BƏLKƏ KÜFTƏ?” “DA, QOFTA, QOFTA…”

Rusdilli soydaşlarımızın FB-da yanğından yazdıqlarını oxuyanda görürsən ki, ən ağır faciəni də bunlar felyetona çevirə bilirlər. Həmid adlı birisi yazır: “Эмоции захлестывает». A zalım oğlu, ay sənin… Allah əkbər… sən Bakıda yaşayırsan, ev Bakıda yanıb, adamlar orda qırılıblar, denən “ürəyim partlayır”, ya da bir kürdəmirli arvadın bir dəfə mənə qatarda dediyi kimi de “ürəyim qanqal budağı kimi sınıb”. A kişi, heç olmasa bu gün üzündən pudranı, pomadanı sil, onsuz da Bakını yanğının hisi basıb… Hələ biri ingilis dilində basır…Adından kişidir, ancaq özünü elə əzdirir ki, elə bil ərə getmək istəyir…

Millətin yarısı “Yanırıq!” sözünü öz dilində demək istəmir – belə ölkədə necə yanğın olmasın?
Тогда горите все синим огнем!..

HACIBALA ABUTALIBOV HACI DAYI İLƏ GÖRÜŞƏCƏK

Bakı meri Hacıbala Abutalıbov Şəkidə keçiriləcək “Azərbaycanda kişi varmı” mövzusunda elmi-təcrübi konfransa dəvət olunub. Konfransın təcrübi hissəsinin icraçısı Hacı dayıdır.

SEVGİYƏ SADİQ HACIBALA ABUTALIBOV

Bakı şəhərinin meri deyib ki, Azərbaycanda bir kişi var.  Bunu eşidib inciyənlər olub. Hacıbala Abutalıbov Az tv-də fikrini izah edib. Əslində o demək istəyib ki, indiyəcən Azərbaycanda yalnız bir kişi ilə, türkün sözü, yaxın münasibətdə olub, buna görə bir kişi tanıyır…

HACIBALANIN ÖLÜM YUXUSU

Günərin bir günü Hacıbala Abutalıbov ölür və düşür cənnətə. Hər tərəfdə sərin bulaqlar, xurma ağacları, yan-yörəsi ala gözlü hurilər. Ancaq Hacıbalanın kefi açılmır, huriləri də itələyib qovlayır: “Bakının jurnalist qızları kimi nə ilişirsiniz mənə! Qoyun heç olmasa cənnətdə asudə nəfəs alaq də!” Ancaq yenə qanı qaradır ki,qaradır. Mələklərin böyüklərindən biri ona yaxın gəlib soruşur: “Bəlkə şəraitimizdən narazılığınız var?” Hacıbala coşur: “Narazılığım var! Mən burda öndərin heykəlini görmürəm! Öndər parkı görmürəm!” Mələk soruşur: “Bağışlayınız, adınız nədir?” “Adam Hacıbala! Sağlığımda bütün Bakı başıma and içirdi!” Mələk harasa zəng vurub Hacıbalaya deyir: “Hacıbala bəy! Bir az səbrinizi basın. Mən öyrəndim ki, siz cənnətə səhvən düşmüsünüz. Elə indicə yerinizi dəyşırlər, orda ürəyiniz nə istəsə, olacaq!”

Mirzə Əlil