Архив тегов | Hafiz Paşayev

AZƏRBAYCANIN MİLLİ ADƏTLƏRİ: YEZNƏDÖYMƏ

Gözəl Azərbaycan xalqının gözəl adətləri də var. Bu gözəl adətlərdən biri yeznə döyməkdir. İndi bilmirəm, ancan mən uşaq olan vaxtlar çox görmüşəm ki, arvadın qohumlıarı yığılıb yeznələrini mələdirlər. Bəzi yeznələri hələ toydan, kəbindən qabaq mələdirdilər. Yəni ki, bir qızı bir oğlana vermək istəyirlər, oğlan isə almaq istəmir. Onda qızın qardaşları, xalaları, bibiləri, qız özü qarışıq yığılıb oğlanı salırlar dəyənəyin altına. O qədər vururlar ki, olur pambıqdan yumşaq…

Bəli, gözəl adət idi. Bizim kəndlərimizə teatr, filarmoniya, sirk lazım deyildi. Hər yeznə döyüləndə uşaq-böyük yığışıb kef çəkirdi…

Mən bu gözəl adətimizi bu günlərdə xatırladım, Mehriban xanım vitse-prezident təyin olunanda. Məsələ burasındadır ki, İlham Əliyev prezident, ali baş komandan, olimpiya komitəsinin sədri olmaqdan başqa həm də yeznədir. Arvadının da zırpı dədəsi, zırpı əmisi, zırpı bacısı və çoxlu başqa zırpı qohumları var. İndi mən fikirləşirəm ki, onlar da bizim gözəl yeznədöymə el adətimizi sevirlər və hərdən yığılıb yeznələrini döyürlər. Özünüz fikirləşin: İlham müəllim cavan adamdır, xəstə deyil, ağlı başındadır – bu adam oturduğu yerdə niyə vəzifəsinin yarısını arvada verməliydi? Bunun ancaq bir səbəbi ola bilər: arvadın zırpı qohumları yığılıb onu döyüblər! Döyə-döyə vəzifəsinin yarısını alıblar! İlham müəllim, bildiyiniz kimi, tək oğlandır, qardaş yox, bacı küsülü, əmilər ölüblər… Mən elə uşaq vaxtından görmüşəm ki, ən çox belə yeznələr döyülürlər. İlham müəlılimin arxası yoxdur. Kimdir onun arxası? Xalq? A kişi, bu xalqdan arxa olar? Bu xalq nə gündədir ki… Adı gözəldir, özü gözəl deyil…

Yox, bu xalq gözəl-zad deyil…

Mirzə ƏLİL

fevral 2017, Samara

SİCİLİYA MAFİYASI HAFİZ PAŞAYEVİN KİTABINI ƏLALTI SATIR!

Данте

Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı italyan dilində nəşr ounub və cənab Paşayev İtaliyaya gedib öz kitabını şəxsən italyalılara tədim edib. Görənlər danışırlar ki, kitab satılmağa başlayan kimi Əli qırğını düşüb, neçə italiyalı ağır xəsarət alıb. Deyilənlərə görə, tirajın böyük bir hissəsini Siсiliya mafiyası ələ keçirib və indi əl altından satır. İtaliya mətbəələri gücə-gündüz kitabın əlavə tirajını çap etsələr də, çatdıra bilmirlər.

İtaliya mətbuatının yazdığına görə, Haviz Paşayevin əsərinun reytinqi iki günün içində Bokkaçonun”Dekameron”, Dantenin “Bəşəri komediya” əsərlərinin və həmçinin Bibliyanın reytinqini ötüb keçib. İtaliya hökuməti Hafiz Paşayevə heykəl qoymaq istəyir, ancaq cənab Paşayev xahiş edib ki, heykəli ona yox, Heydər Əliyevə qoysunlar…