Архив тегов | heyvanlar haqqında şeir

«İLAHİ, TAPILA BÜTÜN İTƏNLƏR…»

Tanış küçələri gəzdiyim zaman,
Bəzən eləktrik dirəklərinə
Bəzən ağaclara yapışdırılan,
Sadə elanları görürəm yenə.

 +

Əllə yazılan var, çap olunan da,
Şəkilli, şəkilsiz, rəngli, qara-ağ.

Var təzələri də, rəngi solan da,
Məzmunu onların eynidir ancaq.

 +

Pişiyi kiminsə, iti kiminsə,

İtib – yiyələri yazıq, pərişan.

Yazıb bu elanı vurub indisə,

Qulağı sısdıdir bəlkə də hər an.

 +

Biri Bim adında axtarır iti,

Lord adlı  pişiyi itib birinin.

Boş deyil elanın xahiş-minnəti:

Mükafat gözləyir xəbər verəni.

 +

Yazırlar itkiyə darıxır uşaq.
Stress keçirən var, xəstələnən də.

İstəmir küçəyə çıxmaq, oynamaq,

İtirib marağı dərsinə həm də…

 +

İlahi, tapıla bütün itənlər,
Günlərin bir günü qapıya gələ.

Yardım et, çətinlik yaransa əgər,

Uşaq inciməsin, böyük də elə.

 +

Ruhun xilasıdır bəlkə it-pişik,
Əsarət olurkən ekran həvəsi.

Bəzən xatırladır bizə biz kimik,

Ekrandan ayırır it, pişik səsi…

 

16. 10. 2025, Samara

RADYARD KİPLİNQ. «BATAQLIĞIN QARA UŞAQLARININ…»

buffaloes2

Bataqlağın qara uşaqlarının,

Şoranlıq çöllərin və çəmənliyin,

Kəndə girməyə yox ixtiyarları,

Aşağı dərəcə adamlar kimi.

 +

Otlar otlaqlardan onlar kənarda,

Onların yeminə gülər  mal-heyvan .

Palçıqda dincələr, arzuları da,

Meşədə ot-ələf, ya da ki, tikan.

 +

Ancaq vay halına, onları kimsə,

Yuxudan oyada, çaşıb bir insan,

Sürüdən ayıra başçı camışı,

Qabanı qaldıra mağarasından.

1891

ingiliscədən tərcümə

15.11. 2024, Samara

+++++++++++++++

RAUDYARD KIPLING

Dark children of the mere…

 

Dark children of the mere and marsh,

Wallow and waste and lea,

Outcaste they wait at the village gate

With folk of low degree. Читать далее

SERGEY YESENİN. İNƏK

Dişləri tökülüb, özü əfəldir,
İllər dastan yazıb buynuzlarına

Naxırçı döyərdi onu hər dəfə,
Çölə otlamağa aparan zaman.

Səs-küydən narahat onun ürəyi,
Küncü dağıdırlar siçanlar yenə.

Qüssəli-fikirli durub gövşəyir,

Ağayaq dananı salır yadına.

İlk ana sevinnci sürdü bircə an,
Aldılar balanı özünə gəlcək.

 Sonra ağcaqovaq altda payadan,

Asılan dərini yellədi külək.

Az qalıb, oğlu tək boynuna ilgək,
Keçər qarabaşaq çölündə elə.

Bala taleyini yaşayar inək,
Çəkib apararlar onu kəsələr.

Mələmir, ağlayır, gedir hüznlə,

İnək buynuzuyla dirənir yerə.

Ağ meşəlik gəlir gözü özünə,
Yaşıl çəmənləri görür son kərə.

1915

ruscadan tərcümə

07-08. 02. 2022, Samara

+++++++++

Сергей ЕСЕНИН

КОРОВА

Дряхлая, выпали зубы,

Свиток годов на рогах.

Бил ее выгонщик грубый

На перегонных полях. Читать далее

  ŞARL BODLER.  PİŞİK                           

бодлер

Le Chat

Mənim gözəl pişiyim, sinəm üstdə gəl uzan,

Yığ ancaq caynaqları.

Metaldan və əqiqdən elə bil ki, yaranan,

Gözlərundə qərq olum.

 

Haçan ki, barmaqlarım başına çəkər sığal,
Ya çevik kürəyinə,

Sənin əzalarından sanki cərəyan axar,

Həzz əlimi bürüyər.

 

Qadınımı görərəm ruhən. Baxışlarıyla,
Sevimlim, sənə bənzər.

Həm dərindir, həm soyuq, ox kimi yaralayar.

 

Ayaqdan başa qədər,
Onun əsmər bədəni həndəvərində hava,
Xoşdur, yayılan incə ətirdəsə ölüm var.
Fransızcadan tərcümə

01.06. 2018

Samara

RİÇARD UİLBER.  RƏVAYƏT 

Wilbur2.jpg                           

                              RİÇARD UİLBER

                                 (1921-2017)

     RƏVAYƏT                   

           Securely sunning in a forest glade…


Verirdi talanın dalda yerində

Xoşniyyət bir ilan özünü günə.

Elə dəyişmişdi qınını indi,

Arxayındı gəlməz düşmən üstünə.

 

Tamam razı idi girdiyi cilddən –

Əyni oxşayırdı kamuflyaja.

Həm də düşünürdü yeri gələndə,
Quyruğu çırpılıb girər davaya.

 

Yox, quyruq həyəcan təbili çalmır,

Onun vəzifəsi deyil bu heç də.
İlan, görəndə ki, əlacı qalmır,

Zəhərli dişini gərək işlədə.

 

Yaxından bir kənli odun yığaraq,
Keçirdi və onu gördüyü anda,

İlan, təbii ki, qayğılanaraq,
Fısıltı qopardı, çox sivil amma.

 

Təşvişə düşərək bu fısıltıdan,

Heyvərə kişinin beyni qaynadı.

Çıxarıb cibindən elə daş atdı,

Nə beyin, nə də baş qaldı ilanda.

        İBRƏT

Oğrunluq, əfsus ki, yarada bilər,
Hədə təsəvvürü də.

Hədsiz müdafiə səyləri belə,

Təcavüzə sövq edər.

 

 İngiliscədən tərcümə

14.12.2017

Samara