Artıq bir neçə gündür ki, prezidentin Facebook səhifəsində vətəndaşların məktubları dərc olunur. Vətəndaş Nəsir Həsirlinin iyunun 6-da yazdığı məktub: “Möhtərəm prezident! Mənim qazancım 120 manatdır. Siz 120 manatla neçə gün yaşaya bilərsiniz?” Vətəndaş Nəsir Həsirlinin iyunun 7-də yazdığı məktub: “Möhtərəm prezident! Bu məktubu türmədən yazıram. Şəraitim gözəldir. İnternet var. Bizə dərs də keçirlər, indi “deleti” solaxay və gözüyumulu basıram, çünki, dünən “delet” əvəzinə “enter” basdığıma görə polis sağ əlimi haqlı olaraq burub sındırıb, gözlərimi də vurub şişirdib. Mənə başa salıblar ki, 120 manat mənə ömrümün axırınacan çatar, yəqin bu gözəl şəraitə ömürlük düşmüşəm. Atalıq qayğısına görə sağ olun! Nökəriniz Nəsir Həsirli”.
Архив тегов | İlham Əliyev
AZƏRBAYCANDA İĞTİŞAŞ
Polisin jurnalisti yumruqlaması Azərbaycanda böyük hiddət doğurmuşdur. Prezident deyib ki, o, ölkədə söz azadlığının zaminidir və jurnalistə vurulan yumruq şəxsən ona atılan kəlləyə bərabərdir. AllahŞükür Paşazadı bütün şiə mollalarına tapşırıb ki, yas yerlərində yumruq atan polisə lənət oxunsun. Vahhabilər yələb edirlər ki, polisin əli dirsəyəcən və şalvarının balaqları dizəcən kəsilsin.
Bir sözlə, Azərbaycanda həmişəki kimi kefdir.
ƏRDOĞANLA ƏLİYEVİN TELEFON SÖHBƏTİ
— İlham, kardeşim, siz belə aksiyalarla necə bacarırsınız? Bir məsləhət verin.
— Brat, ciblərinə anaşa atın, geroin atın.
— Kardeşim, bu qədər insanın cibinə atmağa narkotiki biz hardan tapaq? Tapsaq da, yaxınlarına gedə bilirimi, ciblərinə girə bilək? Mən deyəsən Başar Əsədə zəng vurmalı olacam, hərçənd aramız soyuqsur. Ondan gərək məsləhət soruşum…
ÜMUMXALQ MƏHƏBBƏTİ
Türkiyədə etiraz aksiyaları genişləndikcə Azərbaycan xalqı ümummilli lider İlham Əliyevin ətrafında daha da sıx birləşir.
İSGƏNDƏRNAMƏ — 1
Günlərin bir günü maslkalı iyirmi adam (iyirmidən az adama İsgəndər Həmidov can verməz) tökülüşürlər İsgəndər Həmiovun üstünə, qollarını qandallayır, gözərini bağlayır və maşına basıb aparırlar. Haçanda-haçana maşın dayanır, İsgəndəri sürüyüb salırlar bir binaya. Birdən bir kişi səsi İsgəndərə deyir:
— Ala, İsgəndər, məni tanıdın?
— Səni necə tanıyım ki, gözlərim bağlıdır.
— İsgəndər, sən gərək möhtərəm prezidenti gözübağlı tanıyasan. Vətəndaş gərək iy bilə. Yaxşı, aparın atın bunu hardan gətirmisiniz, ora…
XATIRƏLƏR
İlham Əliyev: “Atam Azərbaycan Demokratik Respublikasını yaradanda anasından olmamışdı…”
PREZİDENT QURBANLIĞI
İLHAM ƏLİYRV VƏ RAMİL USUBOV
— Ramil, sən axır vaxtlar rayonlarda çox olursan. Vəziyyət necədir? Adamların problemi yoxdu ki?
— Adamların heç bir problemi yoxdur, möhtərəm prezidentimizdən hədsiz razıdırlar, özlərini zat-alilərinə qurban kəsməyə hazirdırlar.
— Ramil, deyirsən yəni mal-heyvan qurtarıb?
— Bizim camaatda mal-heyvan ermənilərin qoşunundan çoxdur, ancaq adamlarımız heyvanı zat-aəlilərinə layiq bilmirlrər…
PREZIDENT TV-DƏDİR, MİLLƏT HAMI EVDƏDİR
Günlərin bir günü İlham Əliyev gedir Dağüstü parka, girir kafeyə ki, bir az yetyib- içsin və bir az dincəlsin. Yeyir-içir, qıçını qıçının üstünə qoyub başlayir dincəlməyə. Bir saat dincəlir, iki saat dincəlir… Baxıb görür ki, kafedə ondan başqa qadam yoxdur. Ofisiantı çağırıb deyir:
— Brat, mən iki saatdır burdayam, özümdən başqa bir müştəri görmürəm.
Ofisiant elə ikiqat əyildiyi vəziyyətdə deyir:
— Zat-aliləri, indi bütün millət oturub evdə Az Tv ilə möhtərəm prezidentimizin Dağüstü parkını ziyarət etməsinə baxırl…
AZƏRBAYCANDAN XAL GƏLMƏDİ…
İlham Əliyev Vladimir Putinə yazdığı məktubda “Avrovizion”un Rusiya iştirakçısı Dina Qaripovaya Azərbaycandan verilən 10 xalın çatmadığına görə üzr istəyir. Cənab Əliyev yazır ki, xalları Bakıdan neft borusu ilə göndərinblər, nəzərə almayıblar ki, Rusiya tərəfi bir neçə gün əvvəl borunu Azərbaycanın üzünə bağlayıb. Azərbaycan prezidenti yazır: “ Gələn dəfə Rusiyanın xallarını qastarbayterlərdən göndərəcəyik, qastarbayterlər hökmən çatdırarlar”.
KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR, NEÇƏ LAÇINLARI QURBAN VERƏRDİM…
18 may 2013 cü il. İlham Əliyev televizora baxır. Az TV birdən xəbər verir ki, “bu gün Laçının işğalından 21 il keçir”. Prezident arvadını səsləyir:
— Eşidirsən, Mehriban? İyirmi bir il! Qocaldıq getdik…