İlham Əliyev tarixi fərmanıyla bir də sübut etdi ki, Artur Rəsizadə əvəzolunmaz bir insandır, yəni ki, Azərbaycanda ikinci Artiur yoxdur. İndi, Allah eləməsin, birdən Artur Rəsizadə düşə ölə, baş nazir yeri ya gərək boş qala, ya da gərək Ermənistandan bir Artur gəlib Azərbaycan hökumətinə yiyə dura, çünki Ermənistanda Arturlar çoxdur…
Архив тегов | İlham Əliyev
ALLAHŞÜKÜR PAŞAZADƏ ŞEYTANLA NECƏ ƏLBƏYAXA OLDU
Hacı Allahşükür Paşazadə Məkkədə səs verib. Deyilənlərə görə, səs verərkən Allahşükür Şeytan ər rəcimlə əlbəyaxa olub, Allahın lənətinə gəlmiş Hacıdan tələb edirmiş ki, Hafiz Hacıyevə səs versin, Hacı nə qədər çalışıb Şeytanı başa salsın ki, Hafiz elə İlhamın adamıdır, Şeytan özünə qoyulmayıb. Allahşükür özünü itirməyib, Məkkəyə gedəndə Qaradağ karxanasından xeyli daş götürüb əbasının cibini doldurubmuş, çıxarıb bu daşları çırpıb Şeytana, lənətə gəlmiş qıçlarınını arasını tuta-tuta qaçıb, Hacı da rahatca səsini verib İlham Əliyevə…
ÜRƏYİNİ BUZ KİMİ ELƏ!
İlham Əliyev: Allahşükür, Mehriban məsləhət görür ki, mən “Bir gəncin manifesti”nə and içim, deyir babası yazıb, yaxşı kitabdır. Deyir Qurana and içərəm, sonra problem-zad çıxar.
Allahşükür Paşazadə: İlham müəllim, heç problem-zad yoxdur. Mən gündə yalan olmasın əlli dəfə and içirəm, indi baxın mənə, kəl kimiyəm…
QƏRİB CANIMIZA AND OLSUN
Azərbaycandan xəbər verirlər ki, İlham Əliyev Qurana əl basıb and içib. Ömürlük prezident həmçinin Ətağanın cəddinə və üç milyon mühacir azərbaycanlının qərib canına and içib.
BU TACİKLƏR BİZDƏN NƏ İSTƏYİRLƏR?
Tezliklə Tacikistanda prezident seçkiləri olacaq, Bakıda qorxurlar ki, taciklər bizsən də şəffaf, bizdən də ədalətli seçki keçirib Azərbaycanı hörmətdən salalar. Bu taciklər bir dəfə onsuz da Əliyev bayrağından da uca bayraq dikəltməklə azərbaycanlıların qeyrəinə toxunublar…
BƏY TƏRİFİ
Dəryada oynayır Nuhun gəmisi,
Buyursun, səs versin Cəlal əmisi.
Yoxdur analoqun, Azərbaycanım!
Səs versin İlhama Mehriban xanm.
Üzümüz ağarır qara kürüylə,
Bir səs də Paşayev Havizdən gələ.
Salyan ad çıxarıb qoçularıyla,
Əziz atasına səs versin Leyla.
Baobab bəzəyir bulvarımızı,
İndi də səs versin Nərgiz baldızı.
Gözəl Gədəbəyin daşı qızıldan,
Bir səs gözləyirik Arzu qızından.
Ucaldı Bakımız qul əməyindən,
Arif qayınatası səs verər indi.
Kor qoyur buldozer ev tikənləri,
İndi də səs versin kürəkənləri.
Minir Əliyevlər xalqı əlli il,
İndi də səs versin bacısı Sevil.
Yağı məskənidir Şuşa qalası,
Gün olsun, seçilsin Heydər balası.
ƏHSƏN BELƏ ARVADLARA!
Sabirabadda bir sürü arvad hücum çəkib prezidentliyə namizəd Cəmil Həsənlinin mitinqini pozub. Sabirabadlı arvadlar deyiblər ki, “biz yol vermərik İlham Əliyevi bizim üstümüzdən götürsüblər”.
EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN!
CABİR NOVRUZA NƏZİRƏ
Gör nə xoşbəxt doğuldum bu dümyada,
Heydərin oğlu oldum bu dümyada,
Atam getdi, mən qaldım bu dünyada,
Ey həyat, sən nə qəribəsən!
Nəqərat:
Dillənərsə müxalifət,
Yeri türmə, ya da qürbət,
Nə BMT, nə də ATƏT
Edə bilməz başqa söhbət
Aylar keçir illər keçir, axın olur,
Başqa yerdə vəzifədən çıxan olur,
Bizim eldə ömür boyu paxan olur,
Ey həyat, sən nə qəribəsən!…
Qiymətim yox, qiymtəsiz bir inciyəm,
Deməyin ki, mən faiz girinciyəm —
Neçə seçki ola mən birinciyəm,
Ey həyat, sən nə qəribəsən!
Nəqərat
Əmilər dayılar iş başındadır,
Arvadın sərvəti başından aşır,
Oğlum Heydər hələ gənc yaşındadır,
Ey həyat, sən nə qəribəsən!
Nəqərat
Qızıl içindədir hər iki qızım,
Kefdədir qaynatam, həm də baldızım,
Yellənir bayrağım, yanır ulduzum,
Ey həyat, sən nə qəribəsən!
29.09. 2013 Samara
ARAZ ƏLİZADƏ EHSAN YUXASINA BÜRÜNÜR
Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyasına şikayət ediblər ki, son vaxtlar onlara paylanan ehsan yuxasının arasından halva əvəzinə Araz Əlizadənin təşviqat bukletu çıxır.
XALQ HAFIZ HACIYEVİ DƏSTƏKLƏYİR
İlk televiziya debatlarından sonra minlərlə Azərbaycan vətəndaşı İlham Əliyevə məktub yazaraq ondan öz namizədliyini Hafiz Hacıyevin xeyrinə geri götürməyi xahiş edir. Eyni zamanda vətəndaşlar xahiş edirlər ki, Mehriban xanım yenə birinci xanımlığında qalsın və muğamata rəhbərliyini davam etdirsin.