Архив тегов | ingilis şairləri

ROBERT BERNS. YANVARDA SƏHƏR GƏZİNTİSİ ZAMANI  QARATOYUĞUN NƏĞMƏSİNİ DİNLƏYƏRƏK

Robert Burns

(1759-1796)

Çılpaq budaqlar üstdə oxu yenə bu səhər,

Sevimli quş, səsinə qulaq kəsilmişəm mən

Eşitdikcə nəğməni, zəhmlə hökm sürən,

Qarı qışın açılar qırışığı və gülər.

 +

Beləcə Kasıblığın qəmli səltənətində

Sakit, qəlbi işıqlı həqir Razılıq yaşar,

Anları yola salar və onları qarşılar,

Soruşmaz gətiriblər onlar ümid ya hədə.

 +

Sənə sağ ol deyirəm, ey bu günü Yaradan,
Bəzəyən indi sənsən qızılla günçıxanı.

Nə sərvət —  bağışladın saf sevinc dolu anı,

Bu var nə veriləndir, nə də geri alınan.

 + 

Fəqət gəl ey kasıblıq və qayğılar balası,

Göylər verən tikəmin, gəl, sənindir parası.

1793

ingiliscədən tərcümə

06-07. 05. 2024, Samara

++++++++++++++++++++

Robert BURNS

Sonnet On Hearing A Thrush Sing

 

Sing on, sweet thrush, upon the leafless bough,

Sing on, sweet bird, I listen to thy strain,

See aged Winter, ‘mid his surly reign,

At thy blythe carol, clears his furrowed brow. Читать далее

OSKAR UAYLD. TAEDİUM VİTAE

Oskar_Uayld

Bıçaqlayıb doğramaq gəncliyimi, geyinmək

Al-əlvan livreyini bu miskin, rəzil əsrin,

Yol vermək əyri əllər talaya xəzinəmi,

Bir qadın saçlarında qəlbimi düyünləmək,

 

Sadəcə  Fortunanın lakeyi olmaq, — İstək,

And içirəm, bu deyil! Belə şeylərdən mənim

Gözümdə dəyəri  çox dəniz köpüklərinin

Yayın qızmarında ya toxumsuz, quru, kövrək,

 

Qanqalın da; kənarda qalmaq yaxşıdır daha

Mənə rişxənd eləyən məni tanımayaraq,
Axmaq böhtançılardan; ən alçaq bir dam altda

 

Muzdur ömrü sürməyi mən dəyərli sayaram,

Birinci dəfə təmiz qəlbim günaha ancaq

Batan şər yuvasına çətin ki, qayıdaram.

1881

ingiliscədən tərcümə

24-25. 04. 2024, Samara


QEYD.

Taedium Vitae (lat.) – həyatdan bezikmə, depressiya

 ++++++++++++++++++

OSCAR WILDE

Taedium Vitae

 

To stab my youth with desperate knives, to wear
This paltry age’s gaudy livery,
To let each base hand filch my treasury,
To mesh my soul within a woman’s hair,
Читать далее

CON MİLTON. İYİRMİ ÜÇ YAŞININ TAMAMINA

John Milton

Nə tez ötdü gəncliyin mahir oğrusu – Zaman,

İyirmi üç ilimi apardı qanadında,

Tələsdi günlər üçdu, yubanmadı bir an da,
Keçib getdi son yazım bir çiçək də açmadan.
+
 

Bəlkə də görkəmimdir belə baxış aldadan,

Durmuşam yetkinliyin bəlkə astanasında;

Görünəndir içdəki yetkinlik az adamda —

Bəxtdir, zamanla həmdəm ruhlara nəsib olan.

 +

Hərçənd az olsun ya çox, sürətlə, yavaş ya da

Yenə elə həminki ən ciddi ölçüylə mən,

Yenə həmin məqsədə, miskin olsun ya ali,

 +

Zaman məni aparır, Tanrı iradəsi həm;

Belə də olar, əgər nəmət qismətim olsa

Böyük Ustad əlində fəqət hər şeyin həlli.

1632

ingiliscədən tərcümə

31. 03. 2024, Samara

Qeyd: Milton bu soneti təxmnən 1632-ci ildə, Kembrici bitirdikdən sonra yazmışdır. Milton etiraf edir ki, o, yaşıdları kimi yetkin görünmür, lakin talantının və Tanrıya inamınnın yardımı ilə məqsədə doğru getmək arzusunu bildirir.

 ++++++++++

 John MİLTON

On His Having Arrived at the Age of Twenty-Three

 

How soon hath Time,  the subtle thief of youth,
Stol’n on his wing my three-and-twentieth year!
My hasting days fly on with full career,
But my late spring no bud or blossom shew’th.
Читать далее