Архив тегов | İran

TEHRANA CAVAB

İran İslam Respublikası Azərbaycan respublikasına qarşı düşmənçilik hərəkətlərini davam etdirir. Həbs olunmuş Azərbaycan vətəndaşlarını tezliklə buraxmaqla İran Bakıdakı dustaqlarda narazılıq yaratmağa çalışır. Azərbaycan hökuməti bildirir ki, cənub qonşumuzun bütün qeyri-dost hərəkətlərinə baxmayaraq, Bakı dustaqları arasında heç bir narazılıq yoxdur, onlar layiq olduqları cəzanı səylə çəkir və müntəzəm olaraq şəxsi təmizlik işləri ilə məşğul olurlar.

İRANIN MEYMUN KOSMONAVTI VƏ BARMAQKƏSƏN MAŞIN

İranın kosmosa çıxardığı meymun orda başqa planet sakinləriylə görüşüb.

—         Meymunça, İranda təzə nə var? – deyə yadplanetlilər soruşublar.

—         -Elm inkişafdadır, alimlər barmaqkəsən maşın yaradıblar, — deyə meymun cavab verir.

—         — Ey, meymunça, kosmonavt olsan da, ağlın meymun ağlıdır, yəqin o maşın sünnət maşınıdır, barmaq kəsən maşın deyil!

—         — Ağlım meymun ağlı olsa da, barmağı barmaq olmayandan ayıra bilirəm, — deyə kosmonavt meymin incik halda cavab verir…