Müsavat başqanının müavini Yadigar Sadıqova Lənkəran məhkəməsi altı il iş kəsib. Lənkəranın müharibə əlilləri, pensiyaçılar, əlsiz-ayaqsızlar altı il qorxmadan küçəyə çıxa biləcəklər. Bu cənab Yadigar Sadıqov onlara qan uddururmuş. Harda Qarabağ əlili görürmüşsə, yıxıb sürüyürmüş. Bir qıçı olmayanln o biri qıçını da vurub sındırırmış.Hərdən lənkəranlılarla gözü doymurmuş, gedib Cəlilabad, Biləsüvar, Saıyan əlillərinin də qatırmış bir-birinə. Salyanda Yadigardan vaxtlilə qoçu Səmiddən, qoçu Ərəstundan qorxduqları kimi qorxurlarmış. Əlillərdən başqa, Yadigar yapçıların da anasını ağladırmış. Yadigar küçəyə çıxan kimi bütün yapçılar fləşmob keçirib hərəsi bir deşiyə girirmiş. Yadigar Sadıqov hələ bu xalqı çox qırıb-tökəcəkmiş, ancaq söz gedib çıxır zat-aliləri möhtərəm prezident İlham Əliyevə. Zat aliləri minib cin atına və deyib: “Bu ölkənin qanuni prezidenti mənəm! Əlsiz-ayaqsızları ancaq mən əsir-yesir edə bilərəım. Qarabağ əillərinin anasını ancaq mən ağlada bilərəm. Yapçıları dəlmə-deşiyə ancaq mən soxa bilərərm! Yadigar kimdir ki, mənimlə ayaq-ayağa verir! Basın dama, mən xalqımın təhlükəsizliyinin zaminiyəm!”
İndi Lənkəranın və ətraf rayonların əhalisi azad nəfəs alır. Salyanlılar yenə qorxusuz-ürküsüz səhərdən axşamacan tində dururlar. Qarabağ əlilləri bir-birlərinin pəncərələrini əsalarıyla döyüb gözaydınlığı verirlər…
13.01. 2014