Архив тегов | lazım

AY LAZIM, AY ZALIM…

Bir axşam lham Əliyev yaxşı yeyib-içəndən sonra zəng edib Lazımı çağırır. Lazım gəlib deyir:

  • İlham məllim, mənə dair nə qulluq?

Prezident deyir:

  • Lazım, iki xırda iş var. Biri Qarabağı azad eləmək, bir isə Xədicəni tutmaq.

Lazım baş əyib deyir:
— İlham məllim, bizə limit qoyublar. Bir dəfəyə iki işi görə bilmərik. Hansı vacidbir?

  • Lazım, bu Qarabağ indi yerindədi də. Hara qaçacaq? Sən gəl onda Xədicəni tut, bilmək olmaz, qaçıb gedər, qalarıq girinc…

 

LAZIM KİMDİR?

“Vaşinqton post” qəzetində “Lazım kimdir?” adlı maraqlı bir material çap olunmuşdur. Amerikanın görkəmli azərnaycanşünasları Lazım haqqında öz fikir və mülahizələrini bildirirlər. Professor Devid Rafaelsonun fikrinə görə, Lazım xalis naxçıvanlıdır, orta yaşlı kişidir. O hətta Lazımın söz portretini də çəkir: “Boyu uca, saqqallı, gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Burnu əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana”.

Professor Rafaelsonun fikrincə, Lazıma göyçək kişi demək olmaz.

Professor Henri Haverkroft bu fikirdədir ki, Lazım tovuzludur, hətta cavanlıqda başqa tovuzlular kimi saz çalmağı da varmış. Lazımın indi hansı ölkədə yaşadığı barədə azərbaycanşünas alimlər müxtəlif fikirlər deyirlər və İsveçrə, Ərəb Əmirlikləri, Britaniya kimi ölkələrin adlarını çəkirlər. Amerikalı alimlər bir məsələdə həmfikidədirlər: Azərbaycan prezidenti Lazım gəlməmiş heç bir ciddi qərar qəbul etmir. Bu da Lazımın Azərbaycanın siyasi həyatında necə mühüm yer tutduğunu göstərir.

GƏL EY LAZIM, DƏDƏMİZ-NƏNƏMİZ SƏNƏ QURBAN!

Bakıda bu yaxınlarda Lazıma möhtəşəm bir abidənin qoyulacağı gözlənilir. Lazım azərbaycanlıların yarımmifik fövqəlqəhrəman personajıdır və özündə Koroğlu ilə Mehdi sahib-əz-Zamanın xassələrini birləşdirir. Lazımın yaxın zühuruna inam nəinki xalq şüurunda, hətta ölkə prezidentinin çıxışlarında özünə yer alır. Əgər lazımın gəlməyi azərbaycanlılarda tükənməz entuziazm doğurursa, bu, erməniləri qorxuya salır. Ermənilər bilirlər ki, Lazım gəlib onları mələdəcək…