MƏDƏT: Gətirəcəkdik, Mehriban xanım. Ancaq gürcülər dedilər ki, Məmmədquluzadə çoxdan gedib?
MEHRİBAN XANIM: Türkiyəyə gedib? Gedin Terkiyədən gətirin. Ərdoğana zəng vurun, özü tutub göndərsin.
MƏDƏT: Mehriban xanım, Məmmmədquluzadə Türkiyəyə getməyib, İrana gedib…
MEHRİBAN XANIM: Gedin İrandan gətirin. Orda erməni dostlarımız var, rerini deyərlər.
MƏDƏT: Məmmədquluzadə bir il İranda qalıb, sonra gəlib Bakıya…
MEHRİBAN XANIM: Bakıta gəlib? Bəs sərhədi necə keçib? Gözünüz kordur?
MƏDƏT: Xanım, Məmmədquluzədə gələndə sərhəd yox idi…
MEHRİBAN XANIM: Bəs niyə Bakıda axtarmırsınız? Tapın!
MƏDƏT: Axtardıq, xanım. Məlum oldu ki, Məmmədquluzadə ölüb…
MEHRİBAN XANIM: Ölüb ya özünü ölmüşlüyə qoyub?
MƏDƏT: Xanım, Məmmədquluzadə əməlli-başlı ölüb. Gedib özüm qəbrinə baxmışam…
MEHİBAN XANIM: Yaxşı canını qurtarıb. Ondan çox sözlər gəlib çatırdı mənə… Tiflisdə biri də var. Dayan, adını telefona yazmşam…Hə, Axundov Mirzə Fətəli. Antimilli insandır. Onu da tutub gətirmək lazımdır.
MƏDƏT: Xanım, icazənizlə mən də bu bu narkomanın və qaçaqmalçının adını yazım telefonuma: Axundov Mirzə Fətəli… Yaxdım. Xanım, uzağı bir həftənin içində bu Fətəlinin ya ölüsü ya dirisi Bakıda olacaq, kişi kimi söz verirəm…
02.06.17