Архив тегов | Məmməd Araz şeirlərin təhlili

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VII

Məmməd Araz şeirləri

“BELƏ DÜNYANIN”

Diqqət! Bu şeir Mikayıl Müşfiqin xatirəsinə həsr olunub.

“Söz verdim, söz adlı dəfinə verə,

Tək bircə ölümsüz qərinə verə.

 Umdum nə verdi ki, küsdüm nə verə?

Mən belə dünyanın nəyindən küsüm?»

Müraciət kimədir? Allaha? Müşfiqin xatirəsinə? “Ölümsüz bir qərinə”, yəni 33 il (niyə 33 il?) almaq istəyən söz verməz, məsələn, and verər.Bəndin son misrasından məlum olur ki, sözü dünyaya veribmiş. Müsəlmanlar! Siz bir şey umanda hara, niyə üz tutursunuz? Dünyadan istəyirsiniz? Dünya nədir?

Sonra ara qarışır, məzhəb itir.

“İtirib özündə özünü dünya,

Toyların, yasların özülü dünya…

Əlim ətəyindən üzülü dünya…

Mən belə dünyanın nəyindən küsüm?

Bu misralarda bir damcı da məna və məzmun yoxdur.

Necə yəni “dünya özünü itirib?” Bütün dünya? Hansısa hissəsi? “Toyun”, “yasın” özülü olur?  “Səbəb” nəzərdə tutulursa, de ki, səbəbi olur? Qafiyə olmur? Qafiyə xatirinə cəfəngiyat döşəmək və bunu Müşfiqin adıyla baölamaq ayıb deyil?

Məmməd Arazın əli dünyanın ətəyindən niyə üzülüb? Şeir 89-da yazılıb, şair kurortlar gəzir, özünə kürəkən, kürəkəninə karyera hazırlayır…

“Ömrünə vay salar, vaydan utanmaz»

Dünya utanmaz?

“Saç yolub-hay salar, haydan utanmaz»

Dünya saç yolub hay salır?

“Günəşdən utanmaz, aydan utanmaz»

Bəs bu nədir? Dünya günəşdən, aydan niyə utanmalıdır? Günəş, ay elə dünya deyil?

Heyf səndən Müşfiq!

Sonrasına baxın:

“Ayağı altına yastıq qoyanlar,

 Başının altına qumbara qoydu!

Nadanlar dünyanı qumara qoydu!

Ayağın altında yastıq – bunu necə başa düşək? Onlar qumbaranı kimi başının altına qoydular?

“Olsan öz haqqının köləsi belə,

 Əri öz içində, öləzi belə..”.

Bu şair, ədib mətni deyil, pul mənimsəmək üçün tərtib olunmuş aferist  sənədidir, səni sözlə, qafiyə ilə elə basdırır ki, çaşıb qalırsan…

Aha! Sevgi şeiri! Məmməd Araz sevgi şeiri yazırmış. Maraqlıdır, Aqil Abbasın qayınanasına yazıb, yoxsa ayrı arvada? 1989-cu ildə yazılıbsa, ayrı arvad olub. Azərbaycan şairinin kurortda, sanatoriyada arvadbazlıq eləməyi qanun idi… Təkcə kurortda yox. Nüsrət Kəsəmənliyə Ədəbiyyat institutunun yataqxanasında rus qızının necə yağlı şillə vurduğundan əvvəllər yazmışam…(https://xeyrulla.com/2018/12/10/nusr%C9%99t-k%C9%99s%C9%99m%C9%99ninin-gulm%C9%99li-seirl%C9%99ri-s%C9%99n-dem%C9%99-t%C9%99z%C9%99d%C9%99n-sevm%C9%99k-olarmis/)

Qayıaq sevgi şeirinə.

QAÇMA MƏNDƏN

“Məndən qaçma, quzu ceyran,

Məndən qaçmağa nə var ki?

Dərdimi qan, dərdimə yan…

“Dərdimi qan” – şair dili deyil, qəssab dilidir. Ancaq kurort eşqbazlığına yarayar…

“Ovçusuyam tələm yoxdur….”

Nəyin, kimin “ovçusuyam?

Əslində “Ovçuyam, tələm yoxdur”, olmalıdır,  ancaq gəraylı ölçüsünə heca çatmadığından yazır “ovçusuyam”, çünki oxucularını lox və debil sayır. Və elə də böyük səhv eləmir…

“Sözümə tən qələm yoxdur…»

Yenə Qoqolu yadımıza saldı. Klassik deyirdi: Mən bunu ai qələmlə yaza bilmərəm, mənə qızıl qələm verin…

“Nur zülmətsiz haçan oldu?”

Haçan oldu? Heç vaxt! Düzünü bilirsənsə, sən de. “Quzu ceyran”ı bu fəlsəfi-astronomik problemlər maraqlandırır?

Sonrasına baxın:

“Zülmətdən nur içən oldu!

Ürəyimdən qaçan oldu…

Sən-mən belə cəfəngiyat yazsaq, arvadlar, salyanlılar demişkən, başımıza ala verərlər. Bunun dalıyca göz yaşı da, ağız suyu da axıdırlar…

Ürəyimdən qaçan oldu…

Gör quzu ceyrana sonra nə deyir:

“Bağına tufan deyiləm,

Qaçsan da qovan deyiləm

Niyə qovmursan? Rus lətifəsinin qəhrəmanı deyirdi ki, tutmasam da, heç olmasa, qızınaram…

Sevgi şeiri bitdi…

Məmməd Araz Müşfiqin yaxasından əl çəkən kimi düşüb Mirzə Cəlilin üstünə.

“DÜNYA DÜZƏLMİR”. Epiqraf: “Böyük Mirzə Cəlilə”.

“Ömür də tükənir, söz də tükənir,

 Başımın altından yastıq da qaçır.

Qabağa qaçaraq deməliyəm ki, “Molla Nəsrəddin” jurnalı belə şeirlər alanda müəllifə məsləhət görürdü ki, özünü ya doxdura göstərsin ya da falçıya.

“Çölümdən yaz qaçır, yazlıq da qaçır,

 Dünya düzəlmir ki, düzəlmir, baba!

Yaz – bilirik. Yazlıq nədir? Yəqin Məmməd Araz kürəkəni Aqil Abbasla kiçil müəssisə açıbmış, yeno sözlər istehsal edirlərmiş…

“Baba” – bunu Mirzə Cəlilə deyir? Bu nə tərk-ədəblikdir? Mİrzə Cəlil naxçıvanlıdır, danabaş deyil!

Oxucu diqqətini cəmləşdirib ki, bu şeirdə Mirzə Cəlili görsün. Özünü də görməsə, arvadı Həmidə xanımı görsün. Ya da evlərindəki qulluqçunu – Həmidə xanım qulluqçusuz keçinməzdi… Ancaq görmürük. Məmməd Araz öz repertuarındadır: buludları əkir, selləri üyüdür…

“Kiminsə dünəni qəbirsiz qalıb,

Kotançı babası dəmirsiz qalıb,

Körükçü atası kömürsüz qalıb,

Xəmrəsi, urvası xəmirsiz qalıb

Dünya düzəlmir ki, düzəlmir, baba!

Hardan düzələr? “körükçü kömürsüz” qalıbsa.

“Xəmrəsi, urvası xəmirsiz qalıb…

Bunu başa düşmədim…

Cənab Məmməd Araz!  (sağlığına deyirəm). Mirzə Cəlil başda oturanlarla çaşqa-lojkalıq eləmirdi, onlardan ad, pul, orden, fəxri xiyabanda yer almırdı. Cəlil Məmmədquluzadə jurnalist və sənətkar idi, aferist qafiyəbaz yox – sənin Mirzə Cəlillə nə işin?

“Baxsam «döz» deyənə, «döz» deyilənə

Ağzımdan qapılar öz halal tikəm,

Birinci misranı başa düşmədim. İkinci misradan onu başa düşdüm ki, tikəsini halal sayırmış. Dövlətin, yəni xalqın  hesabına ildə cəfəngiyat dolu iki-üç kitab nəşr etdirib ətək-ətək pul alan, kurortlar gəzən adam tikəsini halal sayır!

Aqil Abbasın da tikəsi haladır, bəs necə! Ancaq xalqın tikəsini zəhrmara döndərmisiniz…

X.X.

01. 06. 2024, Samara

Əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VI

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -III

Məmməd Araz şeirləri

“Tikansız yazılar” şeiri “dostu İsaya» həsr olunb, ancaq hansı İsa olduğu bilinmir. Əvvəldə deyir ki, tikanlı yazmaqdan yozulub, indi tikansız yazmaq istəyir.

«Nə qızıl üzəngi, nə gümüş yəhər,

Yol hamar olmasa, könül oxşamaz.

Burda xəbər təsdiq halında olmalıdır, çünki iki inkar (nə üzəngi, nə yəhər) təsdiq verir. Şeir lap peyğəmbər İsaya həsr olunsun, Azərbaycan dilinin qanunu hələ ləğv olunmayıb.

Bəs kimdən «töhfədir» yolumda bu tir?

Demişdi ki, tikansız yazacaq. Bəs bu tir nədir?

Yolum, yol kəsəni kövrək görmədim.

Başa düşdünüz? Tir kövrək deyil? Kövrək olmalıymış?

“Çiçək talasında qanqal da bitir,

 Heç bundan darılan çiçək görmədim”.

Bu beytin yuxarıdakı beytlə əlaqəsi vat? «Çiçək talası» düz deyil, tala meşəyə aid olan yerdir. (Tala — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə — Vikipediya).Bəlkə çiçəkli tala olmalıdır? Şair deyir ki, çiçəklərin içində qanqal bitir, çiçəklər vecinə almır.

Necədir?

Sözə arğac elər söz bildiyini.

Başa düşmədim…

Tikanlı yazılar çax-çax yerində,

Zaman üyüdəcək öz bildiyini.

Şairin dostu İsa kimdirsə, çətin bunu başa düşə. Mənə belə şeir həsr eləsəydilər, inciyərdim, deyərdim yəqin məni dolayıb…

Bəlkə az düşünüm, dayaz düşünüm?

Aha! İndiyəcən düşündükləri dərin imiş! Ona görə başa düşə bilmirəm!

A kişi, insafın olaydı, bundan da dayaz?

Sonra şair keçir heyvanlar aləminə. Bəlkə dostu İsa zooloq olub?

Arı tikanıyla ilan dişinin

Bəlkə çəkisi bir, zəhəri birdi.

Gözəyarı ölçüb, ona görə bəlkə deyir…

Xəyanət caynaqlar didsə sinəmi,

 «Qarışqa tükümü gəmirdi», — deyim?

Xəyanət caynaqlar…Tükümü gəmirdi… Özü də qarışqa…

Molla Nəsrəddinin yanına biri gəlmişdi. Molla  soruşdu ki, şikayətin nədir. Cavab verdi ki, tüküm ağrıyır…

Şeir uzundur. Təsəvvür edirəm İsa nələr çəkib. Yazıq bəlkə lap ölüb də…

Heç düşmənimə də belə şeir həsr olunmasın…

Başqa bir şeir: “AĞLAMA, QORXURAM GÖZ YAŞLARINDAN

Gözündən ovcuna arx açdin, yetər”.

Keçmişlərdə göz yaşını selə bənzədirdilər. Məmməd Araz kolxoz tərbiyəsi aldığına görə arxa bənzədir.

“Əl atsan, çiçəklər solar, quruyar

Baxın, bəndin birinci misrasında kiminsə gözündəna arx axır. İkinci misrada şair o adama deyir ki, “əl atsan, çiçəklər solar, quruyar”.

Ağlayan adam əlini hara atacaq ki, bu qəza baş verəcək?

“Üzünün yanğısı ocaqdan betər,

Xanımın gözündən arx axır, üzündə isə ocaq yanır. Bu necə olur? Arx ocağı söndürmür?

Sonra deyir:

“Gözlərin varisi göz yaşlarıdır».

Bayaq arx olan göz yaşları gözün varisi oldu.

“Hələ dostlarım var — əli qolumda,.

Dostlarının əli şairin qolundadır. Bu nə pozadır belə? Vals oynayacaqlar?

Sonra şair ağlayanı ifşa edir.

“Duydum bir məqamda o ağlağanı,

 Gözü ağlayanda qəlbi gülürmüş!.

Ayıb olsun! Qəlbi gülürmüş… Fırıldaqçı…

Məmməd Araz ustad Şəhriyara da şeir həsr edib.

“Dönən döndü, yenən yendi dönməzliyə…

Kimsə desə ki, bu misranı başa düşür, tüpürün onun gözünün içinə, deyin Mirzə Əlil icazə verib.

Yeri gəlmişkən, Məmməd Arazın dönə-dönə “enmək” mənasında işlətdiyi “yenmək” heç də enmək deyil, dəf etmək, üstün gəlmək, qələbə qazanmaqdır. Azərbaycan dilinini başına  Məmməd Arazın gətirdiyi müsibəti bəlkə ancaq Səməd urğun gətirib. Nə gəldi, soxuşdurur, sonra da deyirdi “Aha!”…

Doğru yolun nərdivanı qalır hələ»

Aha!

Doğru yola nərdivanla çıxırlar? Harda satılır? İKEAda ucuz olar…

Dərdlə yarış meydanı da əlimdədir,

Dərdlə güləş meydanı da əlimdədir.

Dərdə atəş meydanı da əlimdədir,

Ehtiyatda söz mcydanım qalır hələ.

Vallah, utanmasan, oynamağa nə var…Həsən keçəl, keçəl Həsən… Bu boyda bənddə bu nə dedi? Görəsən, Şəhriyara bu cəfəngiyat çatıb? Kaş çatmayaydı, fikirləşərdi ki, bu Məmməd kimdirsə, onu lağa qoyub…KQB-nin tapşırığı ilə…

Son bəndə möhürünü vurub.

“Məmməd Araz, əzilsən də əzim-əzim

Əzim-əzim…

“Araz boyu meh olmazsan bircə əsim”.

 Əzim-əzim əzilən, əlbəttə, yel olmaz, …xa dönər…

Acığımdan delə deyirəm. Necə acıqlanmayasan?

Bunu qoyaq qırağa. Növbəti əsər:

 SİNƏM SƏHRA SİNƏSİ

“Səhra qumlarının hesabı varmı?..

Belə suallara Molla Nəsrəddinin bir cavabı vardı: “Eşşəyimin tükü qədər”.

“Təklərə hay verib, tənha qalmışam…

Çörəyinin duzu yox imiş…

Sinəmdən ay doğar — qaranlıq olsa.

Bəh-bəh! İndi şübhəm yoxdur ki, Məmməd Araz təvazökarlıqdan ölməyib… Sinəsindən ay doğur…

“Sonuncu qorumla od qalamışam,

Yanarlıq olacaq

Qanarlıq olsa.

Onurğa, bel yırtığı almaq riski ilə özümüzü gücə salıb birtəhər “yanarlığ”ı özümüzə başa salırıq.

Bəs “Qanarlıq” nədir?

Yüz il qulağımın dibində qışqır,

Ürək eşitməsə, qulaq eşitmir.

Qoydu özünü karlığa… Vallah, dəli əlində girinc qalmışıq…

Nəfəsimizi dərək…

29.05. 2024, Samara

ardı var

‘əvvəli burda: https://xeyrulla.com/2024/05/28/gedebiyyat-sozun-curuynu-cixarmaqla-corek-ve-sohret-qazanmis-sair-memmed-araz-ii/