Deyilənlərə görə, Emin Millini Azərbaycanda “Eşşəklə müsahibə” adlı sartirik videoçarxa görə tutmuşdular. Bu satirik səhnəciyə indi də İnternetdə baxmaq olar. Baxmayan varsa, baxsın. Maraqlıdır, gülməlidir.
Əslində eşşəyə qarşı insanlar arasında neqatv münasibət, onun lənətli, başıqapazlı bir yaranışa çevrilməsi məni, düzü, pərt edir. Belə dözümlü, aztələbli, işlək heyvan adamlara nə pislik edib? Məsələ burasındadır ki, Quranda da eşşəyə qarşı təhqirli sözlər var ki, bu da məndə həmin surələrin Allah tərəfindən gəldiyinə ciddi şübhə yaradır: Alah öz yaratdığı heyvana necə təhqiranə baxa bilər?
Bu ayrı söhbətin mövzusudur. Qayıdaq eşşəyə. Daha doğrusu, Emin Miliyə. Yəni Emin Milli və onunlıa bu filmi yaradanlar demək istəidilər ki, bizə rəhbərlik edənlər eşşəklərdir…
İndi mən fikirləşirəm ki, yaxşı, deyək ki, bu rəhbərləri xalq tərpətdi. (Qeyri-elmi fantastika). Onların yerinə kimlər gələcək? Yenə eşşəklər?
İnternetdə şəhidlərin şəkillərini axtarıram, Meydan TV-nin öz səhifəsinə qoyduğu şəkillər çıxır. Şəhidlərin şəkilləri eybəcər hala salınıb, sinələri Meydan TV-nin reklamıyla bəzənib, boyunlarına yenə bu Meydanın xaçı vurulub. Eşşəklərdən ayıb olsa da, soruşuram: bu, eşşəklik deyilmi?
Mənim bir FB dostum, məndən fərqli, mədəni, təmkinli bir insan, yazıb Meydan TV-yə, ədəblə deyib ki, yaxşı deyil şəhidlərin şəkillərini bu cür bəzəmək. Cavab veriblər ki, biz bu şəkilləri dizayn edirik, montaj edirik, ona görə öz damğamızı basırıq…
Ay sizin lap… Ay sizi görüm el dizaynomontaj olasınız ki, heç ananız sizi tanımasın… Ay eşşəklər, şəhidin şəklinə nə dizayn, nə montaj… Bu şəkil sizin deyil, özünüz çəkməmisiniz, heç bir müəlliflik hüququnuz yoxdur. Lap olsaydı da. Şəhidin şəklini sizdən oğurlayacaqlar? Şəhdin şəklini götürən onu yaymaq üçün götürür. Niyə qoymursunuz yayalar? Yox, boynunuza alın ki, bu üçgünlük müharibə sizin üçün reklam kampaniyasıdır, boynunuza alın ki, siz çoxdan yalnız qrant, smeta, “layk” kateqoriyalarıyla düşünür və hərəkət edirsiniz…
İstəmədən mən də eşşəkləri incitdim… Yəqin vaxt gələcək ki, bu heyvanlara münasibət dəyişəcək. Ədəbsizlik edənlərə isə deyəcəklər: “Kəmalədin Heydərov kimi olma!” “Ramiz Mehdiyev kimi olma!” “Emin Milli kimi olma”…
06.05.2016


