
Deputat Araz Əlizadə deyib lki, Azərbaycana ombudsmen lazım deyil, çünki insan haqları məsələsini ölkədə möhtəşəm prezident özü hərləyir. Yəni kimi istəsə tutur, kimə istəsə, işgəncə verir, kimi istəsə, buraxır.
Tamamilə doğrudur.Ancaq elə isə niyə Milli Məclis ləğv olunmasın? Yüz iyirmi beş deputat, onların köməkçiləri, katibələri, nökərləri xəzinədən ayda bir ətək pul alırlar Parlamentə aid olan məsələlərin də hamısını prezident başının dəstəsiylə hərləyir.Belə parlament kimə lazımdır? Ombudsmen bir nəfərdir, onu saxlamaq ölkə üçün elə də böyük xərc deyil. Ancaq yüz iyirmi beş vecsiz adamı, onların qul-qarabaşını saxlamaq böyük xərcdir. Ona görə ombudsmen vəzifəsindən qabaq Milli Məclisi bu harınlamış Araz Əlizadə ilə birlikdə ləğv eləmək lazımdır. Milli Məclisin binasını ərəb turistlər üçün bahalı otelə çevirmək olar. Orda Araz Əlizadəyə də iş tapılar. Məsələn, şveysar, yəni qapıçı vəzifəsi. Pullu kişiləin, arvadların çamadanlarını daşıyar.
Sözümü bitirib deyirəm:
Yaşasın möhtəşəm prezident!
Yaşasın Paşa-holding!
Yaşasın Az Tv!
Yaaşasın məzlum Azərbaycan xalqı!
Mirzə Əlil



