Архив тегов | Mirzə Əlil

QAZON ZASEYAN VAHİD NAMİZƏDDİR

Dağlıq Qarabağ Muxtar Respublikasında da seçki kampaniyası keçirilir. Stepanakert stadionunda keçirilən izdihamlı mitinqdə Qazon Zaseyan Azərbaycan prezidentliyinə vahid namizəd kimi təsdiq olunmuşdur.

SALYANDA ANALOQU OLMAYAN SEÇKI KAMPANIYASI

Azərbaycanda prezidentliyə namizədlərin irəli sürülməsi davam edir. Bu günlərdə salyanlı kişilər Mehriban Əliyevanın, salyanlı arvadlar isə İlham Əliyevin namizədliyini urəli sürüblər. Salyanın görkəmli mədəniyyət xadimi Yavər Cəbrayılov da İlham Əliyevi dəstəkləyən arvadlara qoşulub. Cənab Cəbrayılov ANS  kanalına müsahibəsində deyib: “Qoy mənə arvad desinlər, təki üstümdə İlham Əliyev kimi prezident olsun!”

DƏYƏNƏK ƏHVALATI

Azərbaycan polisləri möhtərəm prezident İlham Əliyevə şikayət yazıblar ki, polis dəyənəklərini onlara 5 manata satırlar. Çox polisin rezin dəyənəyi almağa gücü çatmır, ona görə də ağacdan kəsib düzəldirlər. Bəzi polislər dəyənəyi söyüddən, bəziləri heyvadan, bəziləri palıddan kəsirlər. Talış polislər dəyənəyi dəmirağacından düzəldirlər, çünkü cənub bölgəsinə gəlməyə cəhd edən müxalifətçiləri ancaq dəmirağacıyla vurub qaytarmaq mümkündür. Salyanda ağac-uğac az olduğundan Salyan polisləri dəyənəyi yulğundan düzəldirlər, sınan şey deyil, müsavatçı bu cür dəyənəyi uzaqdan görən kimi oriyentasiyasını dəyişir, “YAP”a keçir. Bəzi Salyan polisləri dəyənək əvəzinə bıçaq gəzdirirlər. Naxçıvanda zoğal ağacından dəyənək yaman dəbdədir, çünki Xudayar bəyin zamanından bilirik ki, zoğal dəyənəyinin misli-bərabəri yoxdur, bir insana bir dəfə vuran ki, bağırtısı ya İrandan, ya Türkiyədən, ya da Rusiyadan gəlir. Ancaq zoğal dəyənəyi hər polisdə olmur, komandirlərdə olur, sadə polislər dəyənəyi ərik ağacından düzəldirlər…

Belə-belə işlər… 

Mirzə ƏLİL

MİLLƏTİ TOYUQ-CÜCƏ YERİNƏ QOYAN KİMDİR?

Bir neçə ay əvvəl Mirzə Əlilin “Azərbaycan toyuqların vətənidir” felyetonu bəzi soydaşıarımızda elə hiddət doğurmuşdu ki, az qalırdılar yazıq Mirzə Əlili öldürsünlər. Əslində Mirzə Əlil nə Azərbaycanı, nə azərbyacanlıları təhqir etmək fikrində olmayıb. Felyeton İlham Əliyevin doğum gününə Sumqayıtda bişirilən torta həsr olunmuşdu. Zarafatla deyilirdi ki, Azərbaycan elə tortun vətənidir. Torta yumurta işləndiyindən, belə çıxır ki, Azərbaycan yumurtannın da vətənidir. Yumurtanı da, bir  filmdə deyildiyi kimi, toyuq doğur. Yəni Azərbaycan toyuqların da vətəni olur, yəni toyuq əvvəlcə Azərbaycanda yaranıb, dünyaya gəlib. Burda nə təhqir var?

1992-ci ildə əvvəllər ancaq toyuq fermalarına müdirlik eləmiş Abbas Abbasov Azəərbaycanın baş nazirinin müavini təyin edilir. Bəs onda bizim millət niyə narazı olmadı?  Azərbaycan xalqının o vaxtkı ağır vaxtında ferma müdirindən sanballı adam tapılmadı?

Bu yaxınlarda Abbas Abbasov Samaraya təşrif buyurmuşdu və məclisi ələ alıb elə qışqır-bağır salmışdı ki, elə bil qabağındakılar bir sürü toyuqdurlar. Burda bir məmur xanım yazır ki, Rusiya azərbaycanlıları gərək Abbasovla fəxr eləyələr. Ay xanım, sən də bizi toyuq sayırsan?

İndi Azərbaycanın hökumət qəzeyi yazır ki, Laçını ermənilərə verən elə Abbaov olub. Bunun belə olub-olmadığını deyə bilmərəm. Həm də çox təəccüblüdür ki, hökumətin gözü iyirmi ildən sonra açılıb.  Ancaq mən Zəngilanın son həftələrini göstərən videoxronikaya baxmışam. Küçədə iyirmi-otuz kişini komandir olduğu güman edilən bir nəfər sıraya təpilkə, şilləylə sıraya düzür, onları qeyrətli olmağa çağırır, əsgərə oxşamayan bu kişilər isə harasa naməlum istiqamətə baxırlar – bilinir ki, bunlardan döyüşçü olmaz… Araz qırağına yığılmş arvad-uşaq, hələ müharibə yaşamamış, ancaq didərgin olmuş bu adamlar illərlə həbs düşərgəsində olmuş məhbusları xaırladırlar, qışqırıb-bağıran, höküməti iştirakını tələb edənlər var… Sonra onlar çaya girib İrana keçəcəklər… Bu səhnələrə baxan heç kim deməz ki, bu insanların arxasında dövlət var, hökumət var. Və cənab Abbasov elə o vaxt baş nazirin birinci müaviniydi. Və əlbəttə, cənab Abbasov  Bakıda rahat kabinetdə yox, zəngilanlıların, cəbrayıllıların, qubadlıların yanında olmalıydı. Rayonu rayon dalınca düşmənə verən məmur əgər indi də liderlik şövqündədirsə, o, insanlara toyuq-cücə kimi baxmırmı?

Və Mirzə Əlilin məsum zarafatından inciyən adamlar bu boyda təhqirdən niyə incimirlər?

 

Mirzə ƏLİL

 

O BƏYOV OLMASIN, BU BƏYOV OLSUN

Minlərlə azərbaycnlı “Toğrul Nərimanbəyovun harda basdırmağınl istərdiniz: Bakıda ya Parisdə?” sualına “Əlbəttə, Bakıda!” cavabını veriblər.

Prezident İlham Əliyev də “Əlbəttə, Bakıda” cavabını verib, ancaq əlavə edib ki, Nərimanbəyovun yox, İbrahimbəyovun basdırılmağını istərdi.

 

 

PREZİDENTƏ VƏTƏNDAŞ MƏKTUBLARI

Artıq bir neçə gündür ki, prezidentin Facebook səhifəsində vətəndaşların məktubları dərc olunur. Vətəndaş Nəsir Həsirlinin iyunun 6-da yazdığı məktub: “Möhtərəm prezident! Mənim qazancım 120 manatdır. Siz 120 manatla neçə gün yaşaya bilərsiniz?” Vətəndaş Nəsir Həsirlinin iyunun 7-də yazdığı məktub: “Möhtərəm prezident! Bu məktubu türmədən yazıram. Şəraitim gözəldir. İnternet var. Bizə dərs də keçirlər, indi “deleti” solaxay və gözüyumulu basıram, çünki, dünən “delet” əvəzinə “enter” basdığıma görə polis sağ əlimi haqlı olaraq burub sındırıb, gözlərimi də vurub şişirdib. Mənə başa salıblar ki, 120 manat mənə ömrümün axırınacan çatar, yəqin bu gözəl şəraitə ömürlük düşmüşəm. Atalıq qayğısına görə sağ olun!  Nökəriniz Nəsir Həsirli”.

HÜQUQİ İNCƏLİKLƏR

Əli Həsənov: Yazın, Azərbaycan Ermənistanı məhkəməyə verir.

Jurnalist: Əli müəllim, ordumuz hazırdır?

Əli Həsənov: A bala, ordunun bu işə nə dəxli? Hakimi görmüşük, kürümüzü hazırlamışıq…

QUSKANIN QAPAZ MUSIQISI

Keçmiş millət vəkili Hüseyn Abdullayev (Quska) “Susma” adlı marş yazdırıb. Yazıda zərb alətinin yerinə qapazdan istifadə olunur. Qapazın Fəzail Ağamalının ya Hüseyn Abdullayevin özünün və ya ümumiyyətlə millətin başına vurulduğunu yazıda ayırd etmək olmur.

AZƏRBAYCANDA İĞTİŞAŞ

Polisin jurnalisti yumruqlaması Azərbaycanda böyük hiddət doğurmuşdur. Prezident deyib ki, o, ölkədə söz azadlığının zaminidir və jurnalistə vurulan yumruq şəxsən ona atılan kəlləyə bərabərdir. AllahŞükür Paşazadı bütün şiə mollalarına tapşırıb ki, yas yerlərində yumruq atan polisə lənət oxunsun. Vahhabilər yələb edirlər ki, polisin əli dirsəyəcən və şalvarının balaqları dizəcən kəsilsin.

Bir sözlə, Azərbaycanda həmişəki kimi kefdir.

газета ОЧАГ 2013-05

очаг мая 2003 скриночаг5_цветной_2013