Архив тегов | Mirzə Əlil
QAÇ OĞLAN, AZAD ADAM GƏLİR!
Burda xəbərimiz yox, Bakını lotuxanaya döndəriblər. İş o yerə çatıb ki, arvad-uşağın gözü qabağında Azad Fikir Universiteti fəaliyyət göstərirmiş! Yaxşı ki, gec də olsa, hökumət xəbər tutub və qapısını möhürləyib. Əliağa Vahid demişkən, “yaşasın qırmızı bayraqlı sovet qanunumuz!”. Hərçənd bayraq indi üçrənglidir, dövran da sovet dövranı deyıl, YAP dövranıdır. Ancaq qanun həmin qanundur və bu qanun ölkənin azadlığını deyir, kişinin, arvadın azadlığını deyir, fikrin azadlığını demir. Fikri azad olan adamdan nə desən çıxar, böyük-kiçik tanımaz, prezident tanımaz, polis tanımaz, Ramiz Mehdiyevi tanımaz.
Mən bu fikirdəyəm ki, bu unuversitetin qapısını möhürləmək azdır. Orda dərs demiş adamlara, bu dərsləri dinləmiş gənclərə qarşı da ölçü götürülməlidir. Hamısını yəqin ki, dama salımaq olmaz. Yəni o qədər adama türmələrimizdə yer çatmaz. Ancaq onların hər birinin alnına o qapıya vurulan möhürdən vurmaq olar. Onların alınları möhürlənsə, vətəndaşlarımız onları uzaqdan tanıyar və yollarını dəyişərlər. Nə biləsən, yol getdiyin yerdə qəfildən biri atılıb minər boynuna. Deyirsiniz miməz? Minər, hələ minib çapmaq da istər.
Azad fikirli adamdan nə desən çıxar!
Mirzə Əlil
11.04.2013
газета ОЧАГ 2009-10
газета ОЧАГ 2009-09
газета ОЧАГ 2009-08
CAVAD ZEYNALLININ ÖZÜNÜ TÜRKLƏRƏ BƏNZƏTMƏKLİYİ
“Azadlıq” radiosunun saytında “Anarın Axundovu urvatdan salmaqlığı” adlı məqalə çıxıb. Düzü, Gözəl Bayramlı demişkən, məqalənin adından elə şaşırdım ki, mətni oxuya bilmədim. İndiyəcən eşitmədiyim “urvat” sözü məni min fikrə saldı, boynuma alım ki, bu min fikrin içində pis fikirlər də oldu…
Məqalənin adından güman eləmək olar ki, Anar Axundova qarşı nə isə pis iş görüb, çünki Anar iyirmi ildən çoxdur ki, yaxşı iş görmür. Bunu başa düşdük. Ancaq mən Aərbaycanda yaşayan vaxtlar biri başqasına cidi ziyan vuranda deyirdilər: “anasını ağladıb”, “atasına od vurub”, “pişiyini dırmaşdırıb ağaca”, “mələdib”, “yıxıb sürüyüb” və s. Bu cür sözlər. Ancaq heç vaxt “urvat” demirdilər, belə çıxır ki, o vaxtlar heç bu söz yox imiş, sonradan gəlib, bəlkə də türklər gətirib bizim millətə sırıyıblar, əvəzində qədim xalçaları, qədim qab-qacağı maşınlarına doldurub aparıblar… Bəlkə elə bu məqaləni yazan Cavad Zeynallıya da bir az pul veriblər ki, bu “urvat” sözünü soxuşdursun xalqa…
Bunu başa düşdük. Bəs “salmaqlıq” nədir? Bilirik ki, Mirzə Cəlildə “itməklik” olub və bilirik ki, nəyə görə olub. İndi yəni bu, Cavad Zeynallının özünü Mirzə Cəlilə bənzətməkliyidir?
Vallah, bu xalqın işi-gücü qurtarıb. Fikirləri-zikirləri odur ki, Azərbaycan dilinin anasını ağlatsınlar, atasını yandırsınlar, pişiyini ağaca dırmaşdırsınlar, mələtsinlər… Hələ başqa sözlər də var, ancaq onları yazmaq ayıbdır, hərçənd Cavad Zeynallı kimi adamlar ayıb-zad bilmirlər…
Mirzə ƏLİL
HACI KƏRİMİN OFŞORA SƏYAHƏTİ
— Kəblə Fatma gedirəm!
— Kişi, hara gedirsən?
— Ofşora gedirəm?
— -Kişi o nə yerdir? O da aydadır?
— Aydan bir az oyana. Prezidentimiz kəşf edib oranı. Yer-göy orda puldur. İndi millət hamısı alverə ora gedəcək.
— Kişi, nolar, məni də apar da!
— Kəblə Fatma! Bilmirsən ofşordakılar hamısı lüt-madarzatdılar? Orda hər kəs dalına yüz dollar, qabağına yüz dollar yapışdırıb gəzir… Deyirəm əvvəl biz hacılar gedək, çit-mit aparaq, ordakılrı abra salaq…
