Архив тегов | Mirz’ «lil

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «HƏYAT, SƏN NƏ ŞİRİNSƏN…» II

Loğman “Asta- asta yeriyib çatdı dediyi yerə.”

Dediyi yerə — yəni “o çəmənliyə”.  Görəsən “bu çəmənlik” “o çəmənlikdən nə qədər aralıdır?

(Vallah, akademik şair dilimizi yaxşı bilməyib, buna şübhəniz olmasın).
“Loğman baxdı göylərə, Loğman baxdı yerlərə”.

“baxdı yerlərə” – bunu necə təsəvvür edirsiniz?
“Bu son baxışı ilə üstündə iki yüz il
Yaşadığı cahanla vidalaşdı elə bil…”

Sual: biz cahanın üstündə yaşayırıq? Mən dünyanın ən mötəbər elm ocağı olan Naxçıvan universitetinə üz tuturam: insan cahanın üstündə yaşayır?

“O, düşündü bu anda:
Nə görmüşəm dünyada bu dünyaya gələndən?
Ah… elə bilirəm ki, dünən doğulmuşam mən.
Ömrümü verdim bada,
Nə görmüşəm dünyada.»

Loğman kimi əfsanəvi alim “ömrümü bada verdim” deyərdimi? Yox! Akademik şair Loğmanı elədi ömrünü araqla, qumarla keçirmiş bir şəkili ya bakılı.
Loğmanın gözü bu an bir gülə dəydi durdu.”

“O çəmənlikdə” gül var imiş…

Sonrakı misra çox gülməlidir:
“Ürəyini quş kimi gülə doğru uçurdu.”

Mənim yadıma uşaqlıqda kağızdan təyyarə qayırıb uçurtmağımız düşdü… Ürəyi gülə doğru uçurtmaq… Yox, akdemik şairin dil zövqü olduğunu heç cür demək olmaz…
“O gülü də iyləyib sonra öləydim»,- dedi.
Ancaq, ancaq nə fayda…Yetişmiş artıq əcəl,
Loğman dedi:- Hazıram, al canımı indi sən”

Belə çıxır ki, Əzrail Loğmana bu çəmənlikdən “o çəmənliyə” getməyə möhlət verir, gülü iyləməyə yox?
“Əzrail dedi:- Ancaq agah eylə məni sən,
Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?”

Yenə şeirin süjet fəzası qoşalanır: bu çəmən, o çəmən… İki yanaşı çəmən? Ya aralarında uzaq məsafə var?
“Neçin məni qoymadın orda alım canını?”

Akademik şair ölüm mələyini, şübhəsiz ki, aşağılayır. Əzrail belə ölü oldu ki, Loğmanın hiyləsini başa düşmədi?

 “Loğman dedi:- Həyatın şirin olur hər anı
Ordan bura gəlincə bir az ömür qazandım…”

“Ordan bura…” Hardan hara? O çəmən, bu çəmən…

Dalı (türkün məsəli) ağlamalıdır.

“Nəvələri çəməndən həmən gülü üzdülər,
Loğmanın qəbri üstə qoydular,
Titrədi gül,
Gülün ətriylə doldu bütün çayır, bütün çöl.”

Gül deyil ey, atom bombasıdır! Bir güldəki qüdrətə bax!

Bəs “bütün çayır, bütün çöl” nədir?

Bəlkə akademik şair demək istəyib ki, Loğman çayırlı bir çöldə basdırılıb?

Bomba gül isə öz işindədir:

“O, ətriylə saxladı yolçuları yolundan”

Bəs deyirlər “güün ömrü az olur”? Akademik şairin gülü Loğmandan da çox yaşayacaq…

“Otuzdan adlayınca, gündə otuz min kərə
Başımı yellədirəm hədər keçən illərə.”

“Otuz min kərə” – bu, çox deyil? Əlbəttə, ədədbiyyatda mübaliğələr, şişirtmələr var. Ancaq əndazədən çıxmaq olmaz. Əndazədən çıxanda olur lağlağı. Təsəvvür edin ki, akademik şair doğrudan da başını otuz min dəfə (!) yellədir…

Bəlkə doğrudan da yellədirmiş? Deyək ki, otuz min dəfə yox, üç min dəfə… Gündə üç min dəfə yellədilən başda nə qalar və ya bu başdan nə çıxar?

24. 04. 2025, Samara

əvvəli burda:

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «HƏYAT, SƏN NƏ ŞİRİNSƏN…» I