Архив тегов | Mirzzə Əlil

«QURBAN-ŞOU»: FRAQMENTLƏR. ŞEKSPİR YA ŞEYX PİR?

qurban məmmədli azerfreedom

«Mənə deyirlər ki, sən başqa müxalifətçilərlə birləş. Birləşərəm, ancaq bir şərtlə: məni təhqir etmiş, mənə şər atmış, əleyhimə böhtan kampaniyası aparmış adamlar gərək əvvəl məndən üzr istəyələr, özü də efirdə. Mən indiyəcən heç kimə şər atmamışam, heç kimin haqqında təhqirli ifadələr işlətməmişəm. Mən bir dəfə də deməmişəm ki, Cəmil Həsənlinin qızı əxlaqsızdır. Əxlaqsız olmağına əxlaqsızdır, yüz əlli faiz, ancaq  mən bunu  indiyəcən dilimə gətirməmişəm, gətirmərəm də. Mən heç vaxt deməmişəm ki, İsa Qəmbər də, atası da KQB agenti olublar. Deməmişəm, demərəm. Mən deməmişəm ki, Əli Kərimlinin, İsa Qəmbərin əli hökumətin cibindədir. Bunu yaxşı bilirəm, sübutum da var, ancaq açıqlamıram, saxlamışam içimdə, heç oğlum Qoşqara da demirəm. Qardaşım Sərdara da demirəm, ona görə məndən küsüb. Mən deməmişəm və demərəm ki, Sevinc Osmanqızının atası heydərizmə xidmət edib. Ancaq Osmanqızı mənim 54 min abunəçisi olan kanalımı bağlatdırıb. Bunu da heç yerdə demirəm. Mən deməmişəm ki, o Gülyanaqdrır, Gülbalaqdır,  Gültəkindir nədir, tribunalrdan İlham Əliyevin şəninə təriflər deyib. Cəhənnəmə deyib, gora deyib. Mə onun adını dilimə gətirsəm, onun sviyyəsinə enmiş olaram.. Əziz həmvətənlər, icazənizlə mən bir haşiyə çıxım bə beş-on dəqiqə ədəbiyyata hsr edək. Mən ədəbiyyatın ölüsüyəm.

                   ŞEKSPİR YOX, ŞEYX PİR

Mərhum Xəlil Rza həmişə deyərdi ki, Şekspir bizim soydaşımızdır, azəri türküdür, inanmağım gəlmirdi. Xəlil Rza deyirdi ki, Şekspirin əsl adı Pirəli imiş. Çox savadlı olduğuna görə xalq ona Şeyx Pir deyirmiş. Mən londona gələndən sonra arxivlərdə sənədlərlə tanış olub öyrəndim ki, doğrudan da Şekspir bizim soydaşımızdır. Vətəndə Tubu adlı bir qıza aşiq olub, atası verməyib, ona görə tərk-vətən olub gəlib İngiltərəyə. Burda onun adını yerli mirzələr Şeyx Pir yox, Şekspir yazıblar.

Şeyx Pir ömrü boyu subay qalıb, çox ingilis gözəlləri onun dərdindən ölsələr də, Tubunu unuda bilməyib. Hətta şeir də yazıb: Tubu or not Tubu. Yəni Tubudan başqa arvad mənə lazım deyil…

Londonu Hitler tutanda Şeyx Pirin sorağını eşidib, gətirdib yanına. Əmr edib ki, şair “Hayl Hitler” desin və onun şəninə şeir yazsın. Şekspir, yəni Şeyx Pir boyun qoymayıb. Hitler onu öz tapançası ilə güləlləyib…

Üzr istəyirəm, deyəsən Ərəstun Oruclu efirimizə qoşulmaq istəyir. Buyurun Ərəstun bəy.

Ərəstun Oruclu: Qurban bəy, verilişinizə müdaxilə etdiyimə görə sizdən və izləyicilərinizdən dönə-dönə üzr istəyirəm. Şeyx Pir haqqında söhbətinzi eşidib özümü saxlaya bilmədim, ağladım. Mən də Şeyx Pir haqqında ilk dəfə Xəlil Rzadan eşitmişəm. Şairin dediyinə görə, Tubu da ərə getməyib, Şeyx Pir tərk-vətən olandan sonra özünü Salyan körpüsündən Kürə atıb… Şeyx Pirin “Hamlet” əsərində çayda boğulan Ofeliya əslində Tubudur…

30. 01. 2024, Samara