Архив тегов | müdafiə nazirliyi

ZAKİR HƏSƏNOV İKİ MEYİD QOYUB GƏLİB?

ZAKİR HƏSƏNOV.jpg

Zakir Həsənov dünən gecə Talış kəndi istiqamətində döyüşə şəxsən komandanlıq edib.

Azərbaycanın əsas dezinformasiya və böhtan resursu virtualaz.org fevralın 24-də xəbər verirdi ki, “Zakir Həsənov dünən gecə Talış kəndi istiqamətində döyüşə şəxsən komandanlıq edib”. ( http://virtualaz.org/bugun/90272)

 . Eynulla Fətullayev bu xəbəri müdafiə nazirliyinin saytına istinadla verirdi. Ancaq nazirliyin saytında Zakir Həsənovun şəxsən döyüşə girməyi haqqında heç nə yoxdur. Ancaq cənab Həsənov əsgərləri döyüşə şəxsən aparıbsa, bu, fəlakətlə nəticələnib: iki Azərbaycan əsgərinin meyidi döyüş meydanında qalıb…

 

ZAKİR HƏSƏNOV AZƏRBAYCANA HÜCUM NAZİRİDİR?

Azərbaycan ordusunda itkilər artdıqca istər-istəməz fikirləşirsən: bu Zakir Həsənov Azərbaycanın müdafiə nazididir ya Azərbaycana hücum naziri?

MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOVDAN BAYATI

Xəbər gəldi Bodruma,

Hücum olub orduma.

Lüt çıxaraq hamamdan,

Tələsirəm yardıma.

ZAKİR HƏSƏNOVUN CASUS TUTMAĞI

Azərbaycan müdafiə nazirliyi erməni casusu tutub. Casusun yetmiş yeddi yaşı var, bu casus dünyada indiyəcən tutulmuş casusların ən qocasıdır. Tutulan şəxs Ermənistanın əməkdar və xalq casusu adlarına layiq görülüb. Azərbaycan müdafiə nazirliyi iyirmi ildən bəri bu casusun dalına düşübmüş, ancaq casus həmişə burcudurmuş, əl vermirmiş. Axırda müdafiə naziri Zakir Həsənov özü bu qoca casusun dalınca düşüb, o qədər qovub ki, casus yorulub, Zakir Həsənov yorulmuş casusu xamlayıb, daldan çatıb ona elə təpik vurub ki, casus özündən gedib, ayılan kimi təmiz Azərbaycan dilində deyib: “General, başına dönüm, Qarabağ sizindir, ancaq xayama vurma, arvad cavandır…”

BU MEDAL GƏRƏK NAZİRİN GÖZÜNƏ SOXULA…

Cəbhədə həlak olmuş Səbuhi Əzizov  müdafiə nazirinin əmiri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Bu nə medaldır görəsən? Cəbhədə həyatını itirmək nə vaxtdan “fərqlənmək” olub? Azərbaycanda hər cür binamusluq eləyən adamlara “Şərəf” ordeni verilir, həyatını itirənlərə üçüncü dərəcəli medal…

Və Bakıda naz-nemət içində yaşayıb min cür binamusluq edən harınlardan ötrü fəhlə-kəndli balaları niyə ölməlidirlər?