Архив тегов | müharibə haqqında şeir

«MÜHARİBƏLƏR DƏ ELƏ QUMARDIR…»

Ludoman… qumarbaz… oyun dəlisi…

Nə udan bəs deyir, nə də uduzan.

Özünü qumara qoyur eləsi,

Bütün var-yoxunu itirən zaman.

 +

Nişan üzyünü, paltarını da,

Qoyub arvadının uduzdu biri.
Böyükdü, dahiydi o insan hətta,

Və eyni zamanda qumar əsiri.

 +

Oyun ehtirası bir qumarbazın,

Fəlakət yaşadır neçə insana.

Olur namusunu arvadın, qızın

Uduzan – ev-eşik hələ bir yana…

 +

O dahi sağaldı… Sağalmır hər kəs,

Ehtiras qızdıqca mərci qaldırar.

Nə uduzan, nə də udan deyir “bəs”,

Göz yaşı axan var, qanı axan var…

 +

Müharibələr də elə qumardır,
Əlbəttə, hamısı yox, çoxu ancaq.

Əlli mini birdən, yüz mini birdən,
Var xalqın adından uduzan qoçaq.

 +

Dəstləyib qumarbaz əskinasları,

Qumar masasına necə atırsa,

Yığıb milyonları cəbhəyə basır,
Soyumur “rəhbərin” ehtirasısa.

 +

Hərbi oyunlarda ciddi fərq də var:

Rəhbər cibdən çəkmir oyuna xərci,

Adi insanlardır uduzulanlar,
Qaldırır rəhbərsə həvəslə mərci…

 +

Napoleon olsun, ya da xırdası,
Biz ludomanların cılbik hərbinə.

Hərəmiz müxtəlif bir əskinasıq,
Sabah növbə çatar sənə ya mənə…

 

02. 10. 2025, Samara

SMS ALMIŞAM FÖVQƏLADƏDƏN…

SMS almışam Fövqəladədən,

Xəbərdarlıq edir o, lütfən mənə:

Yağış gözlənilir axşama yenə,
İstisna edilmir dolu da hərçənd.

 +

Ciddi narahatdr hava saytı da:

“Çıxsan, çətirini unutma” deyir.

Hava məlumatı qadağan deyil,

Rusiyada hələ, şükr Allaha.

 +

Və şükr Allaha, burda hələ ki,
Göydən yağış yağır və dolu hərdən,

Unudub çətiri götürməsən də,
Yoxdur həyatına ciddi təhlükə.

 +

Hələ aralıdan keçir dronlar,
Hələ biz deyiliK, hədəfdə, şükr.

Hardasa raketlər yükünü tökür,

Hələ ayrı yerlər bombalanırlar.

 +

Hava barəsində xəbər tək indi,
Cəbhə xəbərləri burda izlənər.

Mövsümə uyğunsa üst-başın əgər,

Rahat işindəsən ya gəzməyində.

 +

Bir harın bahalı maşında bəlkə,
Səni basar suya keçib yanından.

Darıxma, düşün ki, elə bu anda,
Dronlar harasa yükünü tökər…

 04.09. 2025, Samara

 

«MƏNİM DƏ QƏZZAM VAR, ADI AYRIDIR…»

Yenə köç, yenə də qələbəlikdir:
Əldə sarıqları, düyünçələri,

Fələstin ərəbi qayıdır geri,
Xaraba qoyulan ölkəyə gedir.

 +

Göydə yəhudinin pilotsuzaları,

Bombalar partlayan yer uzaq deyil.

Ayrı səs eşitmir ərəb elə bil,

Qəzzanın “gəl” deyən səsindən ayrı.
+

Gedir yetim uşaq, gedir dul arvad,
Gedir hər kəsini itirən qoca.

Gedir gün uzunu, dayanmaz gecə,
Ay, il ömürlüdür ötən hər saat.

 +

Arxa xarabadır, virandır qabaq,

Hələ  çox  ölü var basdırılmayan,

Dayanmır yəhudi, hələ axır qan,
Qalmır fələstinili yolundan ancaq.

+
Gedib yaşayacaq açıq havada,

Yağış da islatsa, külək də döysə.

Hay verir yurdundan ucalan səsə,
Sabah ölərsə də yeni davada.

 +

Parisdə, Londonda, Stokholmda,

Yaşamaq imkanı olan da gedir,

Görüb gözəl həyat, şərait nədir,

Ürəyi yurdunu istəyir amma…


Bəs niyə mən durub köç eləmirəm? –

Mənim də Qəzzam var, adı ayrıdır.

Bəlkə qurğuşun var qulaqlarımda,

Qoymur çağıranı eşidə biləm?

 +

Hərçənd var deyirəm – varmı o ölkə?

Varmı cəsarəti zənciri qıra,

Öz dili, öz səsi varmı çağıra?

Ya mən itirmişəm vətəni bəlkə?…

 

28. 01. 2025, Samara

 

RADYARD KİPLİNQ. ZAVALLI ƏSGƏRLƏRƏ MƏRHƏMƏT

RADYARD KİPLİNQ

Dünya boyu yarası hələ də üzə gələn,

Qoca döyüşçülər var, savaşlarda yenilən.

Tutqun, qaşqabaqlıdır hər yerdə qoca əsgər,

Rişxəndlə qaliblərin himninə qulaq verər.

 +

Bürüdü və gizlədi onları tozu hərbin,

Halal şöhrət onları tapa bilmədi yəqin.

Ağır yaralı, üzgün, lazaretə düşdülər,
Ordular gəlib-gedən yola tökülüşdülər.

 +

Mükafata, şöhrətə can atan döyüşçülər,
(Rəhm görsün Tanrıdan, sağ çıxarsa kim əgər!)

Göylərə yksəlməmiş şöhrət, ad qazanaraq,

Anın hərb şikəst edən əsgərləri siz ancaq!

1902

ingiliscədən tərcümə

13. 11. 2024, Samara

++++++++++++++++

RUDYARD KİPLİNG

Pity poor fighting men

 

All the world over, nursing their scars,

Sit the old fighting-men broke in the wars—

Sit the old fighting-men, surly and grim

Mocking the lilt of the conquerors’ hymn. Читать далее

RADYARD KİPLİNQ. KAFTARLAR

hyaenas (1)

Dəfn komandası gedir elə ki,

Qıy vurub uçurlar çalağanlar həm,

Gəlir ölümüzlə haq-hesab çəkə,

Ağıllı kaftarlar düşəndə axşam.

 +

Onların qətiyyən vecinə deyil,

O nə üçün ölüb və ölüb necə.

Daşları, kolları kənar eləyib,
Eşirlər, qazırlar ona çatınca.

 +

Tıxıb aşırmağa qərarlıdırlar,

Cana gələcəklər, yesələr əgər.
Ən zəif canlını yeməkdən hətta.

Xətərsiz yeməkdir ölü, bilirlər.

 +

Keçi kəllə atar, cücüsə sancar,
Uşaq müqavimət göstərə bilər,

Zavallı əsgəri Kralın ancaq,
Ölübsə, tərpətməz əlini belə.

 +

Ulayar, zibili sovurar onlar,

Ağarar, parıldar iri dişləri,

Ordu köynəyindən bərk  yapışarlar,

Çəkərlər cəsədi işığa sarı.

 +

Və görünər yenə zavallı sifət,

Bir anlığa — onlar qapayanacan;

Görməz onu daha bir insan fəqət,
Təkcə Tanrı görər və bir də utanc,

 +

Bilməyən nə şeydir, qəlbi olmayan,

Nə tapsa yeyənlər; ölünü isə

Murdarlayan onlar deyil, bu, insan

Övladına məxsus işdir həmişə.


1918 ya 1919

ingiliscədən tərcümə

07-08.11. 2024, Samara

 

+++++++++++++++++++

RUDYARD KİPLİNG

The Hyaenas

After the burial-parties leave

  And the baffled kites have fled;

The wise hyænas come out at eve

  To take account of our dead. Читать далее

SAŞA ÇORNI.HƏRBİN MAHNISI

saşa çornı

Yeddi min əlvan il sovuşdu, getdi,

Ötsün, zərər yox, ha-ha!

Daha da yağlıdır naharım indi,

Qanlı şorba və yuxa…

Bir vaxt bu gicbəsərlər,
Qapırdılar dəyənək,

Nəslini kəsirdilər,
Bir-birininr vəhşi tək.

Qadın oda atılır,

Çırpılır daşa körpə,

Əsirlər batırılır –

Gülməli və qəribə!

 +

Mənim qəssabımdır elmlər indi, –

İndi buludların özünə qədər,

Qalxır xırıltılı qışqırıq hərdən,

Elə ki, dağılır altda beyinlər.

Hər gün, hər ay ay, hər il milyonlarla əl,

Zirehə, topıara əridir metal.

Gələn günümüzə qarşı yönələn,

Qanlı buzun qatı daha da artar.

Mətbuat haray çəkər,
Messalar, konqreslər,

Arvadlar gecə kimi…

Çəkilin!

 +

Hamıdaan güclüsə kim – o haqılıdır,
Bunun sübutunu istəyə bir şəxs,

Dikbaşın üstünə gürzə tək atıl,

Bir kərə çalmaqla nəfəsini kəs!

Düşənin — ağzından tikəni çəkən,
Ya kimin ağzından sən tikə alsan.

Dəyişmz qonağam yer üzündə mən,

Və bütün bu dünya – gülməli yalan!

Öldür, taputa doldur,

Qundaqla alnına vur,

Süngü sox qarınlara,
İrəli, ura!

1913

ruscadan tərcümə

05-06. 10. 2024, Samara

++++++++++++++++++

САША ЧЕРНЫЙ

ПЕСНЯ ВОЙНЫ

Прошло семь тысяч пестрых лет —
Пускай прошло, ха-ха!
Еще жирнее мой обед,
Кровавая уха…
Когда-то эти дураки
Дубье пускали в ход
И, озверев, как мясники,
Калечили свой род:
Женщин в пламень,
Младенцев о камень,
Пленных на дно —
Смешно!
+

Теперь — наука мой мясник, —
Уже средь облаков
Порой взлетает хриплый крик
Над брызгами мозгов.
Мильоны рук из года в год
Льют пушки и броню,
И все плотней кровавый лед
Плывет навстречу дню.
Вопли прессы,
Мессы, конгрессы,
Жены, как ночь…
Прочь!

 +

Кто всех сильнее, тот и прав,
А нужно доказать, —
Расправься с дерзким, как удав,
Чтоб перестал дышать!
Враг тот, кто рвет из пасти кость,
Иль — у кого ты рвешь.
Я на земле — бессменый гость,
И мир — смешная ложь!
Укладывай в гроб,
Прикладами в лоб,
Штыки в живот, —
Вперед!

1913

ANNA AXMATOVA. “DAHA GEDİB-GƏLMƏZ SƏNİN NƏFƏSİN…”

AKHMATOVA

Daha gedib-gəlməs sənin nəfəsin,
Əbədi yatağın – qar.

Süngü yaraların iyirmi səkkiz,

Beş də güllə yaran var.

Dosta mən hədiyyə tikirdim axı,

Döndü sovxaya.

Sevir, sevir qanı rus torpağı,
Sevir Rusiya.

1921

ruscadan tərcümə

05. 02. 2024, Samara

 +++++++++++

Анна АХМАТОВА

 Не бывать тебе в живых,
Со снегу не встать.
Двадцать восемь штыковых,
Огнестрельных пять.
Горькую обновушку
Другу шила я.
Любит, любит кровушку
Русская земля.

1921 г.

 

“FƏLAKƏT, QƏZADIR – BİR İNSAN ÖLSƏ..”

“Fəlakət, qəzadır  bir insan ölsə,

Statistikadır – ölürsə yüz min”.

Bir vaxt bunu deyən Kurt Tuxolski,

Özü dəhşətini yaşayıb hərbin.

 + 

Qovğası hələ də rusun tükənmir,

On minlər, yüz minlər qırılıb gedir.

Sayını boş yerə can verənlərin,
Bəlkə bilənlər var, millətə sirdir.

+

İndi statistik rəqəm qədər də,
Hərbi ölümlərdə sanki yox dəyər.

Qapıya vurulan, ya da səbətə,
Salınan hər topu qeyd edir bəşər.

 +

İndi “layk”lardır statistika,
Sevinc də, qüssə də bəyənmələrdə.

Uzağı sayırıq topu ya tankı,
Əsgərdə dəyər yox mərmi qədər də…

 +

“Bir insan ölümü – fəlakət, qəza”,
Deyirdi  bir zaman Kurt Tuxolski.

İndi sosşəbəkə yas tutur bizə,
Görən layklayıb keçir tələsik…

!5. 01. 2023, Samara

«ÖZÜN ROSSİYANİNSƏN, ARVADIN ROSSİYANKA…»

Yarmca il qabaq sən,
Soydaşım, necə şaddın! —

Özün rossiyanınsən,

Rossiyanka – arvadın!

 +

Al-qırmızı pasportun,
Ürəyinin başında.

Rus bayrağı asırdın,

İş yerində, maşında.

 +

Evində də, dyəsən,
Putinin şəkli vardı.

Özün rossiyaninsən,
Rossuyanka arvadın!

 +

Uşaqlar, fəxr edirdin,
Bilmir heç azəricə.

Rus – ana dilləridir,

Nə aksent, nə də ləhcə.

 

Başlayandan rus hərbə,

Halın dəyişib, qağa!

Rossiyaninsən, lələ,

Arvad da rossiyanka!

 +

Avtomat qap indi sən,

Gir görüm ya da tanka.

Axı rossiyaninsən,
Arvadın rossiyanka!

 +

Özünü ver qabağa,
“Za Putina!” deyərək.

Qan axıt yad torpağa,
Vəhşi tək böyürərək!

 +

Uşaqlarını göndər,
Putinin hərbinə ya.

Oğlun rossiyanindir,
Qızınsa rossiyanka.

 +

Çaşmısan, görürəm sən,

Rəngin ağarıb, qağa!

Sən ki rossiyaninsən,
Arvadın rossiyanka!

 +

Yaxasından sən idin,

Georgi lenti asan.

Kol axtarırsan indi,
Girib gözdən itəsən.

 +

Sevdiyin himn, deyəsən,
Çağırır, qalx, ayağa!

Sən ki rossiyaninsən,
Arvadın rossiyanka!

23. 11. 2022, Samara

RUSİYA. ÇİÇİKOV — 2022

2021 лето

Yenə Rusiyada paytaxtdan uzaq

Şəhərlər və kəndlər təşviş içində.

Məmurlar, əhali gözləyir qonaq,

Gələnsə müfəttiş deyildir hərçənd.

 +

Uzaq paytaxtdan və Tanrı gözündən,
Gözü xumarlıqdan çətin açılan
Əhali yaşayan yerlərə indi,
Gəlir gözəl insan, nəcib qəhrəman!

 +

Pavel İvanoviç yadınızdamı? Çiçikov!

Nə gözəl, nə çirkin, nə gənc, nə qoca.

Kübar ədaları ləyaqət dolu,
Frakı, köynəyi nəfis və incə.

 +

Gəzir troykada quberniyanı,
Qonaq olur zəngin mülkədarlara,

Kef deyildir ancaq məqsədi onun,

“Ölü can” dalınca gəlib o bura.

 +

Ağılla və səbrlə sövdələşərək,

Alıb heç-neçəyə ölü canları,
Yaxşı pul qazanar sonra, diri tək

Girov qoya bilsə banka onları.

 +

Xırda səhv eləyir bu nəcib insan,
Əldən ehtiyatı buraxır yəni.

Qalmaqal yaranır… Quberniyadan
Qaçmaq isttəyəndə tutulur yəqin.

 +

Bu ölməz süjeti Nikolay Qoqol
İki əsr əvvəl alıb qələmə.

Çoxdan azadlığa çıxıb Çiçikov,
İndi Putinə də yaxındır demə!

 +

Əlbəttə, troyka vaxtı deyildir,

Var helikopteri, təyyarəsi də.

Paytaxtdan ən uzaq yerlərə gedir,

Kef deyil, ayrıdır yenə məqsədi.

 

Ayrı cür geyinir Çiçikov indi,
Çoxdan ayrılıbdır qara frakdan,
Əyni Çiçikovun indi hərbidir.
Sinəsində ulduz — əsl qəhrəman!

 +

Çevrilib sövdəsi amma tərsinə,

İndi gəzib diri canları alır.

Daha nə dil tökür, hiylə gəlir nə,

Pula satılmağa çoxları hazır.

 +

Pulu zibil kimi Çiçikovunsa,

Dövlət büdcəsində oynayır əli.

Alveri, sövdəsi cənabın asan,
Artıq danışanın kəsilər dili.

 +

Gedir Rysiyada beləcə rahat,
Ukrayna hərbinə can tədarükü.

Oğlu ana satır, ərisə arvad,

Satırlar elə bil malı ya mülkü.

 +

Dönərək 200 nömrəli yükə,
Qayıdar onlardan kimsə geriyə,
Kininsə tapılmaz tikəsi bəlkə,
Yandırılar, külü sovrular göyə.

 +

Yenı təyyarəsi Çiçikovunsa,
Şığıyıb qırğı tək qalxır havaya.
Gedən diri candır, ölü – gələnsə,

Qanlı bir bazara dönür Rusiya.

06. 11. 2022, Samara