Архив тегов | Napoleon haqqında şeir

YÜZ DOXSAN ÜÇ YAŞLI CONATANIN ÖLÜMÜNƏ

Atlantik okeanının uzaq bir adasında,
Müqəddəs Yelenada sakit, duymadan ağrı,
Öldü bağa Conatan yüz doxsan üç yaşında,
Gözlərini qapadı şəxsi veterinarı.

 

Müqəddəs Yelenada Conatandan çox əvvəl,
Qısa sürgün həyatı Napoleon yaşamışdı

Dünya imperatorun adını bilir əzbər,

Çoxlu şücaətisə hər insana tanışdı.

 

Conatansa yaşayıb həqir, başıaşağı,
Ölkələr fəth etməyib, ordular dağıdaraq.

.Ziyarətinə ancaq Britaniya monarxı,

Gedib şəxsən, Atlantik okeanını aşaraq.

 

Bonopart getməsəydi dünyadan vaxtsız əgər,
Görüşə bilərdi o, tısbağa Conatanla.

Salamlardı fransız onu görüb hər səhər,

Bəlkə də çıxardılar gəzintiyə birgə lap.

 

Həyatında ilk dəfə Napelon duyardı,
Tələsmədən getməyin dadı, ləzzəti nədir.

Gözlərini yumaraq keçmişə qayıdardı,
Nümunəsiylə ona  Conatandərs deyərdi…

 

Zenon haqlıdır tamam — mahiyyətcə ən azı —

Ötə bilməz heç zaman tısbağanı Axilles.

Geriyə atır hökmən tələsməyimiz bizi,

Nə qədər tələsirik, dönürük o qədər tez….

 

BMT qərar verib elan eləməyəcək yas,

Danışılsa da bütün dünyada Conatandan.

Bayraqlar endirilməz, matəm marşı çalınmaz,

Bombalar yenə partlar, yenə də tökülər qan…

 

02.04. 2026, Samara

ARTUR REMBO. QEYSƏRİN HİDDƏTİ

Gəzir ağbəniz adam çiçəklənən çəməndə,

Qara geyimli, siqar dişləri arasında.

Tyüilri güllərini görür sanki önündə —

Sönükmüş baxışları alovlanır bu anda.

 

İmperator sərxoşu  iyirmi illik kefin!

O söyləmişdi: gərək söndürm azadlığı.
Həm də çox incəliklə, şamı söndürən kimi!”

Azadlıqsa dirilir! Monarxı azar yıxır!

 

Yaxalandı. – Nə addır bu, lal dodaqlarında
Titrəyən? Nə qınaqdır gəmirən içdən onu?

Bilmərik…Baxışları İmperatorun sönür.

 

Eynəkli aşnasını salır bəlkə o yada.

— Və siqarından çıxan tüstüsə xatırladır,

Sen-Klu axşamları zərif, göy buludları.

1870

fransızcadan tərcümə

06-07. 03. 2026, Samara

+++++++++++++++++++++++++++

QEYDLƏR:

Sonet formasında yazılmış şeirdə təsvir olunan şəxs imperator (1852-1870) III Napoleondur.

Sonuncu üçlüyün birinci misrasında “Compère en lunettes” (“eynəkli aşna” “eynəkli əlbir” ya “tərəfdar” mənasında) ifadəsi ) III Napoleonun naziri olmuş Emil Olivyeyə aiddir. Rembo, 1870-ci ildə müharibə elan etməklə  imperatorun süqutunda Olivyenin mühüm rol oynadığını xatırladır.

 +++++++++++++++++++++++++++++++

Arthur Rimbaud

RAGES DE CÉSARS

L’Homme pâle, le long des pelouses fleuries,

Chemine, en habit noir, et le cigare aux dents:

L’Homme pâle repense aux fleurs des Tuileries—

Et parfois son œil terne a des regards ardents…! Читать далее

PERSİ BİŞİ ŞELLİ. BONOPARTIN SÜQUTU İLƏ BAĞLI RESPUBLİKAÇININ DUYĞULARI

 (1792-1822)

Devrilən Tiran, sənə nifrət edirdim, sən tək

Miskin qul Azadlığın məzarı üzərində,

Rəqs edib şənlənərkən salırdın məni dərdə,
Sızladırdın. Taxtını elə quraydın gərək,

+
Qalaydı indiyədək. Qanlı cəlalı ancaq,
Üstün tutdun: dağıltı. Dağıntıları  Zaman,

Yaddaşlardan da sildi. Tanrıya yalvararaq,

Dedim yuxularında tökülə həmişə Qan,

 +

Xidmət elədiklərin: Xəyanət və Köləlik,

Qarət, Qorxu və Şəhvət girib səni boğalar.

Gecdir: Fransa həm sən torpaqdasız indilik.

 +

Gücdən, Yalandan artıq Xeyirin düşməni var:

Leqal Cinayət, Adət- köhnə düqnyadan qalan,
Zamanın ən eybəcər törəməsi – kor İman.

 

Gücdən, Yalandan artıq Xeyirin düşməni var:

Leqal Cinayət, köhnənin Ənənəsi,

Xoşəməlliyin daha qorxulu düşməni var,

Qüvvədən və Yalandan: Köhnənin ənənəsi,

Zamanın ən eybəcər törəməsi: kor İman.

 + 

Ən qorxulu düşəni Qüvvədən və Yalandan

Xoşəməlliyin da qorxulu düşməni var
Yalandan və Qüvədən: Adət, Leqal cinayət

Zamanın ən eybəcər törəməsi: kor İman.

1815

ingiliscədən tərcümə

02. 04. 2024, Samara

=======


Percy Bysshe Shelley

 

Feelings of a Republican on the Fall of Bonaparte

  

I hated thee, fallen tyrant! I did groan
To think that a most unambitious slave,
Like thou, shouldst dance and revel on the grave
Of Liberty. Thou mightst have built thy throne
Читать далее

YATDIQ ƏSRLƏRİ FİL QULAĞINDA…

 Napoleon gedən iki yüz il  var,
Ömrüsə həm tarix, həm əfsanədir.

O miqyas heç kimdə yoxsa da indi,
Çoxdur Napoleon iddialılar.

 +

“Əsgər, sənə baxər qırx əsr!” dedi,
Üz-üzə duranda fransız osman,
Gələndə inglis donanmasıyla.

O an ehramdan o, möhtəşəm idi.

 +

Yatdıq əsrləri fil qulağında,

Biz harasındayıq indi tarixin?

Dəyənək əsridir bizə ən yaxın,
Fərqi yox: rezindir, zoğaldır ya da.

 +

Ehram zirvəsindən bizə qırx əsr,

Baxmamış. Nə tarix, nə şanlı ad var.

Bizi Napoleon iddialılar,
Hərlədir, fırladır, asır və kəsir.

10. 01. 2024, Samara