Архив тегов | Nardaran hadisələri

YA FUAD QƏHRƏMANLI YALAN DANIŞIR, YA DA DÜNYADAN XƏBƏRİ YOXDUR

Nə gizlədim, mən Fuad Qəhrəmanlını dünənə qədər tanımırdım, Xalq Cəbhəsi elə partiyadır ki, yalnız rəhbəri tanınır. Ona görə İnternetdə maraqlandım, təəccübləndim ki, Fuad Qəhrəmanlının akkauntu bağlanmayıb. Onun Hacı Talenin həbsiylə bağlı yazısını oxudum. Ətraflı təhlil etmək fikrindədeyiləm, buna mənim hazırlığım da yoxdur. Yazının iki yerinə toxunmaq istəyirəm, çünki burda cənab Qəhrəmanlı ictimai şüurla manipulyasiya edir, üskük altında noxud fırlatma fəndlərinə əl atır.

FUAD QEHR

Fuad Qəhrəmanlı:

Bu rejimə qarşı çıxdığına Hacı Taleyi İranın adamı kimi damğalayıb guya dini vlət qurmaq istədiyi htanıatırlar”.

Hacı Talenin çıxışından:

“Bizim böyüklərimiz, xüsusən rəhbərimiz Əli Xamanei xüsusilə bu məsələni vurğulayır: düşməni tanimaq lazımdır, vəhdəti qorumaq lazımdır”.

“Azərbaycan xalqının öz rəhbəri Xamaneiyə bağlılığı var, düşmən bunu bilir”.

Fuad Qəhrəmanlı:

“İndi həbsdə olan Tale Bağrzadəyə xalq olaraq biz sahib çıxmalıyıq. Məgər bizim ölkədə müstəqil, dindarları demokartik mübarizəyə səsləyən din xadimlərimiz ola bilməz?”

“Cəhənnəmə vasil olmuş Rafiq Tağı” – bunu Hacı Tale deyir.

Məgər danışdığı, yazdığı sözə görə qətlə yetirilmiş bir insanı kütlə qarşısında lənətləmək demokratizmdir? Rafiq Tağını elə bu cür nifrət moizələrindən ruhlanan fanatiklər bıçaqlamayıbmı? Hacı Tale Rafiq Tağının ölümündə müqəssir deyilmi? hacı Talenin çıxışlarından Fuad Qəhrəmanlının yəqin ki, xəbəri var, Hacı Tale demokratik mübarizəyə çağırmır, qana, şəhidliyə çağırır.

Mən, əlbəttə, Fuad Qəhrəmanlının həbsinə haqq qazandırmıram, bəlkə də bu adama ciddi xəbərdarlıq ya ev dustaqlığı kafi tədbir olardı. Ancaq belə bir insanın nüfuzlu partiyanın rəhbəriyində olması partiyanı yaxşı cəhətdən xarakterizə eləmir. Belə partiya özüylə Hacı Tale kimi adamları hakimiyyətə gətirəcəksə, həmişə marginal halda qalmağı yaxşıdır.

 

 

HACI TALE İMAM HÜSEYNİ FÜRERƏ DÖNDƏRİB

“Leyli və Məcnun”da Qeyslə Leyli məktəbdə tanış olurlar.

Məktəbdə onunla oldu həmdəm

Bir neçə mələkmisal qız həm.

Bir səf qız oturdu, bir səf oğlan,

 Cəm’ oldu behiştə hurüqılman.

 Oğlanlara qızlar olsalar yar,

 Eşqə bulunur rəvaci-bazar.

Qız nərgisi-məst edib füsunsaz,

Oğlana satanda işvəvü naz

Oğlan necə səbr pişə qılsın?

Vər səbri həm olsa, nişə qılsın?

Bu, 16-cı əsrin məktəbidir, məktəb isə şiələr üçün müqəddəs şəhər Kərbəladadır. Göründüyü kimi, burda qızlar nəinki təhsil alırlar, onlar oğlanlarla bir sinifdə oxuyurlar! On altıncı əsr! İndi sual çıxır: qız uşaqlarını xırda yaşdan bürüyüb basdıran, məktəbə qoymayan nardaranlılar hansı əsrdədirlər və onlar müsəlmandırlarmı?

On altıncı əsrdə Kərbəlada qız uşaqlarının başına çuval keçirilmədiyini Lyelinin təsvirindən görmək olar – poemanın bu hissəsi Füzulinin ən gözəl şeirlərindəndir:

Ol qızlar içində bir pərizad

 Qeys ilə məhəbbət etdi bünyad.

 Bir türfə sənəm ki, əqli-kamil,

 Gördükdə onu olurdu zail.

 Zülfeyni-müsəlsəli girehgir,

Can boynuna bir bəlalı zəncir…

Şəhbaz baxışlı, ahu gözlü,

Şirin hərəkətli, şəhd sözlü.

Rahü rəvişi müdam qəmzə,

Başdan-ayağa təmam qəmzə.

Ayruqca şəklü xoşca peykər,

Yaxşıca sənəm, gözəlcə dilbər.

Aləm səri-muyinin tüfeyli,

Məhbubeyi-aləm, adı Leyli….

Füzulinin poemasından bu qısaca parça Hacı Tale və onun kimilərinin islamçılıq, şiəçilik adıyla kütləyə sırıdıqları təlimin klassik islamla və şiəliklə əlaqəsi olmadığına sübutdur.

Hacı Tale ritorikasının əsas fiqurları “Hüseyni şüur”, “hüseynçi şüur”dur. Aydın olan burasıdır ki, “hüseyni şüur”lu adam – kişi cinsindəndir, çünki Nardaran tipli dünya quruculuğunda qadın nəinki siyasətin, hətta heç bir social hərəkatın ya proqramın subyekti deyil – belə halda şüur onun nəyinə lazımdır? Hacı Tale və onun kimilərin çoxsaylı videoçarxlarında qadın yoxdur, Nardaranda qarışıqlıq vaxtı bir neçıə qadın küçədə göründü — əslində onların qadın olduğunu yalnız təxmin etmək olardı, çünki görünən yalnız gözləriydi. Şiə konstitusiyalı İranda da qadınlıar delə bürünmürlər, İranda qızlar elliklə təhsil alırlar, bütün sahələrdə işləyirlər. Nardarandakı qadın indiki statusu, yəni statussuzluğu ilə İŞİDdəki qadınlar vəziyyətindədir, yəni ki, özünü mə qədər şiə ritoruikası ilə pərdələsə də, Hacı Tale İŞİD tipli dövlətin arzusundadır.

Qayıdaq “hüseyni şüura”. İmam Hüseyndən yazılı əsərlər qalmayıb, bu şəxs ölümündın qabaq fəal dövlət quruculuğuyla məşğul olmayıb, buna görə də Hacı Tale kimi ekstremistlərin öz fantaziyalarında yaratdığı və Nardaran kimi ərazilərdə sınaqdan keçirdiyi kvazi dövlət modelini Hüseynin adıyla bağlamaq arxasında təhlükəli məqsədlər gizlənmiş spekulyasiyadır. “Hüseyni şüura” dolmuş azərbaycanlı gəncə nə təklif olunur? Hacı Talenin moizələrində heç bir iqtisadi, sosial proqramın rüşeymi belə yoxdur. Bu insan hakimiyyət, özü də böyük, total, Xomeyni tipli totalitar hakimiyyət eşqiylə yanır və dərin savadlı olmasa da, instinktlə başa düşür ki, hakimiyyətə gəlmək olar. Buna görə də o, kişiləri şəhidliyə, qana çağırır, bilir ki, ölkədə qarışıqlıq yaransa, dinbazların hakimiyyətə gəlmək şansı tamamilə gerçəkdir, çünki rejim bütün siyasi həyatı sarsıdıb, insanları dünyəvi təşkilatlarda birləşməyə, özünüidarəni öyrənməyə qoymur, az-çox fəal siyasi qüvvələrin isə liderləri yoxdur,bütün zirəklər rejim ya qorxudub, ya dama salıb. Yeganə mütəşəkkil və məscidlərdə arxayınca yığışa bilən zümrə dinbazlardır.

Yəni Hacı Talenin hakimiyyətə gəlməsi üçün əsas şərt qarışıqlıqdır, ruslar buna smuta deyirlər. Əslində smutanın xeyli əlamətləri indi Azərbaycanda var. Tam qarışıqlıq üçün qan tökülməlidir. Kişilər isə qanı ən çox qeyrət, bəzən səhv başa düşülən qeyrət üstündə tökürlər. Ona görə də Hacı Tale bilə-bilə hicabdan yapışıb, dayanmadan kişilərə deyir ki, hökumət sizin arvad-uşağınızın başını açır, sizin namusunuza toxunur. Hacı Tale məhəllə etikasının incəliklərini çox gözəl bilir, belə insanların fitnəsiylə nə qədər gənc öz anasını, bacısını doğrayıb, qonşusunu güllələyib! Yəni Hacı Tale peşəkar fitnəkardır.

tale nardaran

Təkrar edirəm ki, Hacı Talenin heç bir social, iqtisadi proqramı yoxdur. Hakimiyyət ehtirası var. Kütlə üzərində hakimiyyətin şirinliyindən məst olub və axıracan getməyə hazırdır. Öz miqyası hələlik ölkə üçün kiçiklik edir. Ona görə də İmam Hüseyni qabağa atıb. Əslində real İmam Hüseynin Hacı Talenin qara bayrağa qaldırdığı Hüseynlə heç bir əlaqəsi yoxdur. Hacı Talenin kütləyə  sırıdığı imam Hüseyn Hacı Talenin qurmaq istədiyi  totalitar dövlət üçün mifik fürer surətidir. Və bu mənada Hacı tale İslamı da, şiəliyi də, İmam Hüseyni də diskreditasiya edir…

 

HACI TALE BAĞIRZADƏ: «MEIN KAMPF»

“Quranda Allah taala nə qədər yerdə cihada möminləri dəvət eləyir. Bir şəxs çıxır

guya şərh eləyir: “Cihad” —  yəni gedin öz üzərinizdə işləyin”

“Haqsızlıqdır bu ayələrə, camaatı yoldan azdırmaqdır”.

Əli buyurur Cihad dörd şöbədən ibarətdir:

  1. Yaxşı işlərə dəvət
  2. Pislikdən çəkindirmək
  3. Torpaqları qorumaq
  4. Ya fasiq insanı görüb onunla düşmənçilik edərək döyüş meydanında vuruşmaq. Günahkar insanlara qarşı vuruşmaq, fəsadı yayan insanlarla düşmənçilik emək

Həzrət Əlinin xəttidir bu.

“Görürsən biri şərabı yayır, qarşısına çıxırsan, qabağını alırsan”.

“Donuz ətini yemək olar, əgər ölürsənsə, ancaq ləzzət və doyma qəsdi olmadan.

İmam Hüseynin düşmənlərindən intiqam almaq boynumuzdadır

 “Cəhənnəmə vasil olmuş Rafiq Tağı”.

hacı taleHacı Talenin Rafiq Tağının xatirəsini təhqir etdiyi an

“Din dövlətdən ayrılanmaz, bu, konstitusiyada səhvdir”.

“Bir gün gələcək burdakı (Nardarandakı — X.X.)ruhiyyə bütün Azərbaycanda olacaq”.

 “Bizim böyüklərimiz, xüsusən rəhbərimiz Əli Xaamanei xüsusilə bu məsələni vurğulayır: düşməni tanimaq lazımdır, vəhdəti qorumaq lazımdır”.

“Azərbaycan xalqının öz rəhbəri Xamaneiyə bağlılığı var, düşmən bunu bilir”.

“Azərbaycanda şərait yaratmalıyıq ki, İmam-zaman ağa gəlsin bura”

“Azərbaycan Hüseynçilər diyarıdır”.

“Aşura bizim millətin milli kimliyi olub artıq”.

“Allah qanunu dünyanın hamısına hakim olmalıdır”.”

“Hicab qadının türməsi deyil, qalasıdır”.

“Hicab qeyrət simvoludur. Hər bir kişi bunları bilməlidir”.

“Bu söhbətlər hamısı müqəddimədir. Kişi gərək hicabı müdafiə edə və mübarizə apara. Bunlar hamısı söhbətlərdir, moizələrdir.Əsas məsələ meydanlarda agah olur”.

 

 

BU İNSAN NİYƏ GEDİB MAŞIN QAYIRMIR?

“Çətinliyin yanında asanlıq da var”.

“Düz yanaşaq dünyaya, düz baxışnan baxaq”.

“Yarışdar var ey iki nəfər döyüşür arada fasilə verillər,  futbolda fasilə olur”.

Allah deyir bir az rahattığ verəcəm, həyat başdan-başa çətinlikdir

“Allah ruzi verir, sora alır,

“İmam zaman dövründə də ailmlər deyir problemlərdər  qalacaq, düzdür çoxu həll olacaq, ancaq yenə qalacaq”.

“Xristian dini naqis yaşayır bu gün”.

“İsa dara çəkilməyib, göyə çəkilib”.

“Mən bunu bir kitabda oxumuşam, o kitab fars dilinə tərcümə olunub, mən farsca oxumuşam”

“İsanın çarmıxa çəkilməyi düzəlmə bir şeydir”

“Şəhidin qanı olmasa, din yaşamaz”.

“Dünyanını hər yerində azərbaycanlılar cəfəridirrlər”.

“Azərbaycanlı dünyanın harasında olursa olsun, Aşurada yadına düşür ki, azərbaycanlıyam”.

“Cəfərilik azərbaycanlıların milli kimliyidir.”

“Şəhidin qanı hesabına xalq yaşayır”.

ŞAHİN

Bu sitatlar Hacı Şahinin YouTube-a qoyulmuş iki çıxışındandır. Bu sitatların bəziləri cəfəngiyyat, bəziləri ağ yalan, bəziləri təhqirdir. Bəzilərində ciddi təhlükə var.

Dünyadakı bütün azərbaycanlılaın cəfəri olduğu iddiası – bu, ağ yalan deyil?

İsa haqqında iddialar xristianlığa təhqir deyil?

“İmam-Zaman dövründə” hası problemlərinsə həll olunacağ, hansılarınsa qalacağı haqqında fikirlər isə tam cəfəngiyyatdır.

Şəhidliyə, qana çağırış – ekstremizm deyilmi?

İnternetdə baxdım – bu cənab maşınqayırma fakültəsini qurarıb. Sual çıxır: niyə bu adam gedib maşın qayırmır?

Niyə ali təhsilli mühəndis Nardaranda bir sex açıb gəncləri başına yığmır?

Əlbəttə, maşın qayırmaq çətindir, intellekt istəyir, zəhmət istəyir, ancaq saatlarla belə cəfəngiyyat danışmaq demaqoqluq, naqqallıq  qabiliyyətidənheç bir səy istəmir, ancaq yaxşı pul gətirir və uca kürsülərə də qaldırır…