Архив тегов | Nina İskrenkonun şeirləri

NİNA İSKRENKO. BİOQRAFİK SKETÇ-2

NİNA İSKRENKO

    BİOQRAFİK SKETÇ-2

           Первый муж был алкоголик

          а последний сутенер

 

İlk ərim alkoqolikdi,

Sonuncuysa sutenyor

Aradasa elə dəhşət

Yada salmaq ağırdı

 

Doğma anaydı ər mənə
Sonra doğma dədəydi
Geyinib gəldim yanna,

Yanında da çarpayı.

 

Xarakiri etdi mənə

Xaçapuri və pirke

Getdi daban əlli altı

Yasa batdım mən yenə

 

Başı batmış günü qara,

Bütün şənbə ağladım

Təzə işə düzəlməyə
Sonra yazdım ərizə

 

Nə olubsa yazdım yəni

Hər iş gəlir əlimdən

Yazdım

Yapışdırdım alnıma

 

İlk ərim nəzəriyyəçi,

Qurumsaqdı sonuncu.

Neynim ki mən insanları

Heyran edə bilirəm

 

Ruscadan tərcümə

26.10.2016

Samara

 

 

NİNA İSKRENKO. QƏBİRİSTAN 1

 NİNA İSKRENKO

                        (1951-1995)

      QƏBİRİSTAN

               1

                   Тоже женщина Тоже мужчина

                   ДОРОГОМУ ОТЦУ                    

Hər biri kişiydi ya da qadındı

ƏZİZ ATAMA

Olub hər birinin şəxsi həyatı

İndi bir bədəndə hamısı yatır
Hər üçündən biri xristiandı.

 

Hər beşindən biri uşaq ya qarı,
On səkkizdən biri yazan, alovlu

Xilaskar hardasa yaxında olub,

Hardasa rəndəsi, şaqulu qalır

 

Tutub dilimizlə, dodağımızla,

Kilsə zənglərini ehtiyatla biz,

Dincliyi möhlətlə alırıq, kağız

Torpada aparıb gedirik elə

 

Ehmalca sinəyə sıxır, ölümü,

Qəbul eləyirik narkotik kimi

Günortadan sonra saat ikidə

Sütunlu tağ üstdə dolaşıb qalan

Payız yarpağını görəndə

Nəsə Gözə dəydi və Sancdı nəsə

Indicə sel gedəcək

Daşların bozaran yazılarında

Nə qəliz səsləşmə, nə bir hədə var,

Yalnız şikəstlik tək can üzən faktlar

Hər biri kişiydi ya da qadındı

Ruscadan tərcümə

25.10.2016

Samara

NİNA İSKRENKO. QƏBİRİSTAN 2

  QƏBİRİSTAN

                   2

                      Кладбище ночью не то же что кладбище днем
                      Ночью на кладбище сразу же набок съезжает ментальность….               

 

 

Gecələr qəbiristan gündüzlər kimi deyil,

Gecə qəbiristanda ağıl o saat çaşır.

Xəfifcə bir xışıltı gələn tək itir başın

Təmikinlilik, ağırlıq, düşüncə itib gedir.

 

 

Gündüz qəbiristanda sən bir yoldan keçənsən
Elə bil təsadüfi, tamamilə özgə şəxs.

Gecə qəbiristanda sənə göz dikir hər kəs,

İstəyir barmağını soxa gözünə hələ.

 

Oktyabr gecəsi turşumuş qədiristan
Ən üzüntülü yerdir dünyada, yəni burdan.

Müdhiş yer çətin ola. Palçığı qurşağacan,

Vecsiz yöndəmsiz üzlər görürsən hara baxsan.

 

Ruscadan tərcümə

24.10.16

Samara

 

NİNA İSKRENKO. NƏSƏ AVTOBUSDA YAZIR YƏHUDİ

 NİNA İSKRENKO

                                  (1951 – 1995)       

 

                         сидит еврей и что-то пишет
                                  в автобусе сидит и пишет

 

 Avtobusda nəsə yazır yəhudi 

Nəsə avtobusda oturub yazır

Açıb vərəqləyir o bir kitabı

Kitabın cıldində portreti var,

Başqa bir yəhudinin

Baxır yanı-yanı, yazır yəhudi

Pəncərəyə baxır, yenə də yazır

Tamamiə sakit, deyərdim hətta təmkinlə, ağılla

Hoqqasız-filan (yəni ki, baxın, yaıçıyam, ha)

Sadəcə anladım məsələni xırp

(kim bilir bəlkə heç yəhudi deyil)

Güclə nəfəs alır yanındakı rus,
Ah çəkir yenə də təngiyir qalır

Üzünü-gözünü əyir, hıçqırır

Harasa ruhunun işiq düşməyən

Dərin toranına göz qapayaraq
Sanki nəfəs almır – gözünü döyür

Avtobus tərpənir – iztirab çəkir

Tərpənir – nəfəsi tutulur yenə

Hıçqırır üzünü turşudur belə

Bax elə beləcə  gedirlər onlar

İztirabla hikmət gedir yan-yana

Avtobusda qoşa oturacaqda

Oturub eləcə gedirlər onlar

Gedir iki hikmət iki iztirab

Bax belə

 

12.12. 91
Ruscadan tərcümə

23.10.2016

Samara